Fermerlərə məhsuldarlıqla bağlı XƏBƏRDARLIQ – “Hava bir həftə də belə davam etsə...”

Bir neçə gündür Azərbaycanda hava qeyri-sabit keçir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8, Naxçıvan MR-də 11, Aran rayonlarında 9, dağlıq rayonlarda 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 5 dərəcəyədək şaxta qeydə alınıb.
 

MÖVZU İLƏ BAĞLI:

Qeyri-sabit hava şəraiti mayda da DAVAM EDƏCƏK


Bəzi rayonlara yağan yağışlar intensiv olub.

Yaz aylarında bəzi bölgələrdə meyvə ağacları indi çiçəkləyir, bəzi bölgələrdə çiçəklər tozlanma ərəfəsindədir, bəzilərində isə artıq ağaclar hər iki mərhələni keçiblər. Həmçinin, müxtəlif bostan bitkiləri, tərəvəzlər və onların şitilləri əkilib.

Bəs bu hava kənd təsərrüfatına, meyvə və tərəvəzlərə necə təsir edir?

Hazırkı durumu dəyərləndirən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizim.Media-ya açıqlamasında bildirib ki, yaz aylarında yağıntılı, küləkli hava şəraiti tozlanma prosesində olan çiçəkləri sıradan çıxarır:

“Tozlanma prosesini pozur, çiçək tökülür və meyvə əmələ gəlmir. Güclü külək də çiçəklərin tökülməsinə səbəb olur. Qeyri-sabit hava şəraiti qısa müddət çəkir, fəsadları o qədər ciddi olmur, əgər qeyri-sabit hava şəraiti uzun müddət, bir həftə və ya 10 gün davam etsə, hər hansı meyvənin məhsuldarlığına ciddi təsir göstərər.


Bizə elə gəlir ki, ağaclar hamısı eyni vaxtda çiçək açıb. Amma bu, elə deyil. Onların bəzisi yeni açıb, bəziləri tozlanma prosesindədir, bəziləri isə bu prosesi başa çatdırıblar. Yəni bəziləri üçün külək tozlanmanın daha effktiv alınmasına kömək edir”.

O hesab edir ki, bu cür hava bostan bitkilərinin məhsuldarlığını gecikdirəcək:

“Bostan tərəvəz bitkilərinin toxumu açıq havada əklibsə, soyuq havalar, temperaturun düşməsi onların inkişafını ləngidəcək. Yəni məhsulun bar verməsini gecikdirəcək”.

Ekspert hazırda ciddi problemin taxıl və ot sahəsində yaşandığını vurğulayıb:

“İndi yoncanın birinci biçim dövrüdür, havanın temperaturu aşağı düşdüyü üçün otun quruması bir həftə çəkir. Quruma dönəmində ota yağış dəyibsə, artıq onun keyfiyyəti azalır. Küləkli yağış taxıl zəmilərinə də zərər vurur.

Hazırda zəmilərin intensiv suvarıldığı dövrdür, bu dövrdə külək başlayıbsa, sünbülü yıxır.

Sünbülün ətrafında hava sirkulyasını pozur, sıxlıq yaranır və sünbül normal yetişmir. Digər tərəfdən yığım zamanı yerə yatmış sünbüllər sayəsində ciddi itkilər yaranır. Yəni bu cür hava şəraiti həm taxıl, həm də ot sahəsinə ciddi ziyan verə bilər.

Digər sahələrdə ciddi problem yaratmır. Yağıntının düşməsi torpaqda nəmliyin uzun müddət qalmasına kömək edir ki, bu da müsbət hal kimi qiymətləndirilə bilər”.

Günay Şahmar, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

Ayanın İstanbuldakı evi – VİDEO

Ayanın İstanbuldakı evi – VİDEO

Sumqayıtda sahibsiz itlərin davası kameraya düşdü – VİDEO

Sumqayıtda sahibsiz itlərin davası kameraya düşdü – VİDEO

Uqandada Ebolaya yoluxan sonuncu pasiyent evə buraxıldı

Uqandada Ebolaya yoluxan sonuncu pasiyent evə buraxıldı

Zelenski müdafiə naziri postuna Yevgeni Xmaranı təyin etdi

Zelenski müdafiə naziri postuna Yevgeni Xmaranı təyin etdi

Suyun temperaturu yüksələcək – Çimərlik HAVASI

Suyun temperaturu yüksələcək – Çimərlik HAVASI

Yuxusuzluq amerikalı qadını VARLI ETDİ

Yuxusuzluq amerikalı qadını VARLI ETDİ

19 ilin müəllimi MiQ-in imtahanında 95 bal TOPLADI

19 ilin müəllimi MiQ-in imtahanında 95 bal TOPLADI

Elvin Məmmədxanova yüksək VƏZİFƏ VERİLDİ

Elvin Məmmədxanova yüksək VƏZİFƏ VERİLDİ

Son dəqiqə: Dubayın mərkəzində güclü partlayış səsləri eşidilir

Son dəqiqə: Dubayın mərkəzində güclü partlayış səsləri eşidilir

Britaniya kral ailəsi məğlub olan İngiltərə millisinə müraciət etdi

Britaniya kral ailəsi məğlub olan İngiltərə millisinə müraciət etdi

Azərbaycana ən çox gəlir gətirən meyvə-tərəvəz - SİYAHI

Azərbaycana ən çox gəlir gətirən meyvə-tərəvəz - SİYAHI

Dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapıldı- RƏSMİ

Dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapıldı- RƏSMİ

Deputatın ələ keçirilən "Telegram" hesabı bərpa olundu

Deputatın ələ keçirilən "Telegram" hesabı bərpa olundu

DÇ-2026: İspaniya millisində final öncəsi ciddi itki - Yamal məşqi yarımçıq dayandırdı

DÇ-2026: İspaniya millisində final öncəsi ciddi itki - Yamal məşqi yarımçıq dayandırdı

Alimlər açıqladı: İnsan ömrünün ən xoşbəxt yaşı məlum oldu

Alimlər açıqladı: İnsan ömrünün ən xoşbəxt yaşı məlum oldu

Bu xəstələrə verilən dərmanların sayı ARTIRILDI

Bu xəstələrə verilən dərmanların sayı ARTIRILDI

Bakıda açıq ərazidə baş verən yanğın söndürüldü - FOTO

Bakıda açıq ərazidə baş verən yanğın söndürüldü - FOTO

İran Trampın göydələnlərini və qolf klublarını HƏDƏF ALDI - FOTO

İran Trampın göydələnlərini və qolf klublarını HƏDƏF ALDI - FOTO

Tərtərdəki qəzada ölənlər ər-arvad imiş – FOTO

Tərtərdəki qəzada ölənlər ər-arvad imiş – FOTO

Rza Zərrabla bağlı uzun illər davam edən məhkəmə işi YEKUNLAŞDI

Rza Zərrabla bağlı uzun illər davam edən məhkəmə işi YEKUNLAŞDI

Sabah 4 mindən çox abonentin qazı kəsiləcək

Sabah 4 mindən çox abonentin qazı kəsiləcək

Azərbaycanda internetin sürəti açıqlandı – Rəsmi göstəricilər

Azərbaycanda internetin sürəti açıqlandı – Rəsmi göstəricilər

İtkin düşənlərin tapılması üçün işlər sürətləndirilir – Təcili tapşırıq

İtkin düşənlərin tapılması üçün işlər sürətləndirilir – Təcili tapşırıq

End of content

No more pages to load

RADİO