Sökülən evlərə görə təzminat belə hesablanır

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatına görə, Bakı şəhəri üzrə 194 qəzalı və kəskin qəzalı binanın sökülməsi nəzərdə tutulur. Bundan başqa, ayrı-ayrı tikinti şirkətlərinin təşəbbüsü ilə yaşayış yerləri vətəndaşlardan müxtəlif şərtlərlə alınmaqla sökülərək yerində yeni binaların inşası aparılır. Maraqlıdır, bəs bu zaman sakinlərə ödənilməli olan kompensasiyanın məbləği necə müəyyən edilir?

Bizim.Media xəbər verir ki, mövzuya daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev münasibət bildirib. O, “Qafqazinfo”ya bildirib ki, köhnə binalar yeniləri ilə əvəz olunarkən mənzil sahiblərinə kompensasiya olaraq həmin tikiləcək binadan mənzil verilir. Mütəxəssis deyir ki, həmçinin onlara tikinti müddətində kirayə və köçmək xərcləri ödənilir. Yeni bina tikildikdən sonra isə vətəndaşlara yeni binadan əvvəlkindən daha böyük sahədə tam təmirli mənzil verilir.

Torpaqların dövlət ehtiyacları üçün alınması zamanı isə həmin ərazi qiymətləndirilir:

“Vətəndaşlara qiymətləndirilən məbləğ üzrə kvadratına görə pul ödənilir. Dövlət ehtiyacları üçün alınan ərazilərdə yeni yolların salınması, infrastrukturların qurulması, parkların salınması nəzərdə tutulur ki, bu zaman daha çox istismar müddətini bitirmiş və qəzalı binalar müəyyən olunur. Qiymət ərazilərə görə dəyişir. Ərazilərin bazar qiymətinə uyğun olaraq vətəndaşlara mənzillərinin hər kvadratmetrinə görə kompensasiya ödənilir”.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc isə deyir ki, Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Fövqəladə Hallar Nazirliyi ilə birgə aparılan bu proses qiymətləndirmə mərhələsindən keçdikdən sonra kompensasiyanın məbləği müəyyən olunur:
 

“Müvafiq satınalma üzrə tender elan olunur və tenderdə qalib gələn şirkət ərazilərdə baxış keçirdikdən sonra kompensasiya məqsədilə ödəniləcək məbləği müəyyən edir. Yəni həmin ərazinin bir kvadratmetrinin dəyəri hesabladıqdan sonra müvafiq dövlət qurumları vətəndaşlara məxsus olan mənzillərin sahəsini həmin müəyyən edilmiş kompensasiya məbləğinə vurur və bundan sonra bütövlükdə mənzilin kompensasiya dəyəri müəyyən edilir. Tikinti şirkətlərinin təşəbbüsü ilə binaların sökülməsi zamanı isə proses vətəndaşlarla qarşılıqlı razılıq əsasında həyata keçirilir”.


Nazirlər Kabinetinin sözügedən istiqamətdə olan qərarlarından birində - 17 dekabr 2019-cu il tarixli Qərarında Bakı şəhərinin müvafiq rayonlarının icra hakimiyyətlərinə qəzalı vəziyyətdə olan binaları sökərək onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsi tapşırılıb.

Lakin məlum məsələdir ki, tikinti şirkətləri çoxmənzilli yaşayış binalarını söküb yenisini inşa etmək üçün xeyli mülkiyyətçi ilə razılıq əldə etməlidir. Bu baxımdan təcrübədə bütün ev sahibləri ilə razılaşmanın əldə edilməsinin mümkün olmadığı hallarla tez-tez rastlaşırıq. Məsələn, tərəflərdən biri müxtəlif səbəblərdən mənzillə təmin edilmə ilə razılaşmır. Bu zaman kompensasiya ödənişinin məbləği mübahisə yaradır. Belə ki, hər kvadratmetrə görə kompensasiya ödənişi hətta bazar qiymətinə uyğun olsa belə, yaşayış sahəsinin kiçik olması qarşı tərəfi narazı salır.

V. Oruc belə hallarda kompensasiya məbləğinin qiymətləndirmə fəaliyyəti əsasında müəyyən edilməsinin məcburi olmasını məqsədəuyğun hesab edir. O, rəhbərlik etdiyi qurum tərəfindən bununla bağlı qanunvericiliyə dəyişikliyin olunmasının təklif edildiyini də əlavə edib.
 

Torpaq sahələrinə görə kompensasiya ödənişlərinə gəlincə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna görə, torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki 3 ay ərzində alınan həmin torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir.


Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə torpağın bazar qiyməti əsas götürülür. Həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, bu olmadıqda, 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan torpağın bazar qiyməti əsas götürülür. Hətta 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda isə həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq (rayon, şəhər və şəhər rayonları) mövcud olan torpağın qiyməti nəzərə alınır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

Ayanın İstanbuldakı evi – VİDEO

Ayanın İstanbuldakı evi – VİDEO

Sumqayıtda sahibsiz itlərin davası kameraya düşdü – VİDEO

Sumqayıtda sahibsiz itlərin davası kameraya düşdü – VİDEO

Uqandada Ebolaya yoluxan sonuncu pasiyent evə buraxıldı

Uqandada Ebolaya yoluxan sonuncu pasiyent evə buraxıldı

Zelenski müdafiə naziri postuna Yevgeni Xmaranı təyin etdi

Zelenski müdafiə naziri postuna Yevgeni Xmaranı təyin etdi

Suyun temperaturu yüksələcək – Çimərlik HAVASI

Suyun temperaturu yüksələcək – Çimərlik HAVASI

Yuxusuzluq amerikalı qadını VARLI ETDİ

Yuxusuzluq amerikalı qadını VARLI ETDİ

19 ilin müəllimi MiQ-in imtahanında 95 bal TOPLADI

19 ilin müəllimi MiQ-in imtahanında 95 bal TOPLADI

Elvin Məmmədxanova yüksək VƏZİFƏ VERİLDİ

Elvin Məmmədxanova yüksək VƏZİFƏ VERİLDİ

Son dəqiqə: Dubayın mərkəzində güclü partlayış səsləri eşidilir

Son dəqiqə: Dubayın mərkəzində güclü partlayış səsləri eşidilir

Britaniya kral ailəsi məğlub olan İngiltərə millisinə müraciət etdi

Britaniya kral ailəsi məğlub olan İngiltərə millisinə müraciət etdi

Azərbaycana ən çox gəlir gətirən meyvə-tərəvəz - SİYAHI

Azərbaycana ən çox gəlir gətirən meyvə-tərəvəz - SİYAHI

Dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapıldı- RƏSMİ

Dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapıldı- RƏSMİ

Deputatın ələ keçirilən "Telegram" hesabı bərpa olundu

Deputatın ələ keçirilən "Telegram" hesabı bərpa olundu

DÇ-2026: İspaniya millisində final öncəsi ciddi itki - Yamal məşqi yarımçıq dayandırdı

DÇ-2026: İspaniya millisində final öncəsi ciddi itki - Yamal məşqi yarımçıq dayandırdı

Alimlər açıqladı: İnsan ömrünün ən xoşbəxt yaşı məlum oldu

Alimlər açıqladı: İnsan ömrünün ən xoşbəxt yaşı məlum oldu

End of content

No more pages to load

RADİO