Samuxda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan "VAZ 2107 " ilə "VAZ 21015" markalı minik avtomobillərinin toqquşması zamanı 2-i azyaşlı olmaqla, 5 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu