“Yanar dağ”da bir gün - FOTOLAR

Abşeron rayon Məmmədli qəsəbəsində yerləşən “Yanar dağ” Dövlət tarix-mədəniyyət və qoruğu bu gün də ölkəmizə gələn xarici turistlərin üz tutduğu ünvanlardan biridir. Biz də Məmmədli qəsəbəsinə olarkən “Yanar dağ”a da baş çəkdik.xa0 Bəllidir ki, “Yanar dağ” həmin qəsəbədəki dağın ətəyində qazın çıxması nəticəsində alovlanan tarixi bilinməyən təbiət abidəsidir. Dağın yuxarı hissəsinin hündürlüyü 116 metrə çatır və Abşeronda ən hündür yer hesab edilir. Qafqaz sıra dağlarının son zirvələrindən biri olan “Yanar dağ” dəniz səviyyəsindən 86 metr hündürlükdədir. Dağın alovunun hündürlüyü deyilənə görə qış aylarında on metrə qədər qalxır.xa0
Qoruğun ərazisinə giriş 2 manatdır. Biz ərazidə olarkən özümüz də buranı ziyarət edən turistlərlə rastlaşdıq. Bir sözlə, qoruğun daimi qonaqları var. Əsasən də bura gələnlər xarici turistlərdir.xa0

Hələ qədim dövrlərdə tarixi şəxsiyyətləri heyrətləndirən “Yanar dağ” Məmmədli qəsəbəsinin qərbində yerləşir. Məhz elə bu dağların varlığına görə hələ qədim dövrdən Azərbaycan “odlar yurdu” adlandırılıb. Qoruğun əməkdaşlarının bildirdiyinə görə hələ qədim dövrlərdə “Yanar dağ”ın əks istiqamətində yanan üç təpə olub. Tədqiqatçıların fikrincə, Bakının rəmzi üç alov dili və dəniz simvolu da “Yanar dağ”ın mövcudluğuna istinadən seçilib. Araşdırmalar nəticəsində abidənin ərazisində qədim qəbiristanlıq və üç tərəfdən alov izləri aşkar olunub.xa0
İslam dinindən əvvəl “Yanar dağ” yerli və gəlmə atəşpərəstlərin inanc yeri olub. İndi də abidəyə “pir”, “ocaq” kimi dəyər verənlər var. Xarici ölkələrdən gələn atəşpərəstlər bura dini ocaq kimi baxırlar. Bu tarixi abidə ilə bağlı bir çox əfsanə və rəvayətlər də mövcuddur.xa0
Qədim səyyahlar Abşeronda belə yanan təpələrin, dağların olduğunu qeyd ediblər. Amma onların bir çoxu artıq sönüb. Məmmədli qəsəbəsində üç yanan dağ olsa da, zaman keçdikcə onlar sönüb və yeganə olaraq bu dağ qalıb.
2007-ci ildə ölkə başçısının sərəncamına əsasən “Yanar dağ” qorunan abidələr sırasına daxil edilib və qoruq elan olunub. Həmin il qoruğa 64,55 hektar ərazi ayrılıb. Abidə qoruq elan edildikdən sonra Almaniya, İngiltərə, Yaponiya, Koreya, Norveç, İsveç, Hindistan, Pakistan və digər ölkələrdən gələn turistlərin böyük marağına səbəb olub. Ərazidə bu gün də təmir işləri davam etdirilir.xa0

Vasif Əlihüseynxa0
Fotolar müəllifindir
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nyu-York meri: "Mən İsraili bir dövlət kimi dəstəkləyirəm" - VİDEO

Nyu-York meri: "Mən İsraili bir dövlət kimi dəstəkləyirəm" - VİDEO

Venesuelada zəlzələ zamanı argentinalı futbolçunun ailəsi HƏLAK OLDU

Venesuelada zəlzələ zamanı argentinalı futbolçunun ailəsi HƏLAK OLDU

ABŞ-ın İrana son hücumundan görüntülər - VİDEO

ABŞ-ın İrana son hücumundan görüntülər - VİDEO

Bu ərazilərdə qaz kəsiləcək - XƏBƏRDARLIQ

Bu ərazilərdə qaz kəsiləcək - XƏBƏRDARLIQ

Almaniyada ən yüksək temperatur qeydə alındı: 41,7 dərəcə

Almaniyada ən yüksək temperatur qeydə alındı: 41,7 dərəcə

Əraqçı İraqda Qasım Süleymaninin öldürüldüyü yerə baş çəkdi - VİDEO

Əraqçı İraqda Qasım Süleymaninin öldürüldüyü yerə baş çəkdi - VİDEO

İranda dolların məzənnəsi bahalaşdı

İranda dolların məzənnəsi bahalaşdı

Murad Fətiyev Sindao Qran-Prisinin bürünc medalını qazandı - FOTO

Murad Fətiyev Sindao Qran-Prisinin bürünc medalını qazandı - FOTO

Müctəba Xamenei: "Tramp və Netanyahunun bəyanatları İrana qarşı cinayətlərin etirafıdır"

Müctəba Xamenei: "Tramp və Netanyahunun bəyanatları İrana qarşı cinayətlərin etirafıdır"

Çəyirtkələr Dağıstana da gəlib ÇATDI - VİDEO

Çəyirtkələr Dağıstana da gəlib ÇATDI - VİDEO

Ermənistanda keçmiş səhiyyə nazirinin meyiti tapıldı

Ermənistanda keçmiş səhiyyə nazirinin meyiti tapıldı

Berlin polisi su şırnaqları ilə yüzlərlə insanın köməyinə çatdı - VİDEO

Berlin polisi su şırnaqları ilə yüzlərlə insanın köməyinə çatdı - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Slavyansk neft emalı zavodu dron hücumundan sonra - VİDEO

Slavyansk neft emalı zavodu dron hücumundan sonra - VİDEO

Tovuzdakı qəzada xəsarət alanların SON DURUMU

Tovuzdakı qəzada xəsarət alanların SON DURUMU

Türkiyə Futbol Federasiyası Montella bağlı qərarını verdi

Türkiyə Futbol Federasiyası Montella bağlı qərarını verdi

Qadın evindəki “domovoy”u VİDEOYA çəkdiyini deyir

Qadın evindəki “domovoy”u VİDEOYA çəkdiyini deyir

Yaponiyada rusiyalı residivist saxlanıldı

Yaponiyada rusiyalı residivist saxlanıldı

Rassel "Formula 1" Avstriya Qran-prisinin qalibi oldu

Rassel "Formula 1" Avstriya Qran-prisinin qalibi oldu

Evdən yaşlı qadın meyiti tapıldı

Evdən yaşlı qadın meyiti tapıldı

Ən az qulluq tələb edən 5 meyvə ağacı: Bir dəfə əkin, illərlə məhsul götürün

Ən az qulluq tələb edən 5 meyvə ağacı: Bir dəfə əkin, illərlə məhsul götürün

Yayın ortasında 5 metr QAR YAĞDI

Yayın ortasında 5 metr QAR YAĞDI

Azərbaycan XİN-dən Səudiyyə Ərəbistanına BAŞSAĞLIĞI - FOTO

Azərbaycan XİN-dən Səudiyyə Ərəbistanına BAŞSAĞLIĞI - FOTO

Putin: "Rusiya ya güclü, müstəqil dövlət olmalı, ya da olmamalıdır" - VİDEO

Putin: "Rusiya ya güclü, müstəqil dövlət olmalı, ya da olmamalıdır" - VİDEO

End of content

No more pages to load

RADİO