DSMF-nin gəlir və xərclərinin icrasında uyğunsuzluqlar AŞKARLANDI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlir və xərclərinin icrasında uyğunsuzluqlar müəyyən edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Hesablama Palatasının 2025-ci ilin I rübünə dair "Dövlət auditi" bülletenində bildirilir.

Audit fondun 2023-cü il üzrə büdcə gəlirləri və xərclərinin icrasını, habelə sərbəst vəsaitlərin idarə edilməsini əhatə edib.

Hesabat dövründə fondun əvvəlki ildən qalan qalığı 1 milyard 47 milyon 675 min manat, daxilolmaları 6 milyard 721 milyon 988 min manat, xərcləri isə 7 milyard 146 milyon 847 min manat təşkil edib. İlin sonunda isə 622 milyon 815 min manat vəsait qalıq olaraq göstərilib.

Audit zamanı bəlli olub ki, fondun büdcəsinin icrası zamanı bir sıra qanunvericilik pozuntuları və texniki uyğunsuzluqlara yol verilib:

- 5 milyon 883 min manat investisiya gəliri və həmin gəlirlərin əldə edilməsinə çəkilmiş 253 min manat xərc büdcə icrası sənədlərində nəzərə alınmayıb;

- 1 milyard 50 milyon manat məbləğində investisiyaya yönəlmiş vəsait "sair xərclər" kimi göstərilib və qanunvericiliklə müəyyən edilmiş istiqamətlər üzrə təsnif edilməyib;

- Dövlət icbari şəxsi sığorta çərçivəsində 41 milyon 113 min manat vəsait daxil olub, 16 milyon 18 min manat xərclənib, lakin bu əməliyyatlar büdcə sənədlərində əks olunmayıb.

Hesabatda bildirilir ki, "Büdcə sistemi haqqında" Qanuna əsasən, büdcədənkənar dövlət fondları üzrə gəlir və xərclərin vahid büdcə təsnifatı üzrə hazırlanması tələb olunsa da, 2023-cü ildə bu tələblərə tam əməl olunmayıb. Audit nəticəsində fondun gəlir və xərclərinin strukturlaşdırılması zamanı vahid büdcə təsnifatına uyğunluğun təmin edilmədiyi müəyyən olunub.

Qanunvericiliyə əsasən, fondun büdcəsində gəlir və xərclər bərabər təsdiq olunsa da, audit nəticələrinə görə gəlirlər xərcləri 625.1 milyon manat üstələyib. Bu fərq isə qanunla nəzərdə tutulmuş 1 milyard 50 milyon manatlıq investisiya xərcləri nəzərə alınmadığı halda yaranıb.

Həmçinin, "Əvvəlki illərdə istifadə olunmamış vəsaitlərdən cari ilin xərclərinə yönəldilən məbləğ" adı altında 4 milyon manat gəlir proqnozlaşdırılsa da, ilin sonunda bu mənbə üzrə heç bir icra qeydə alınmayıb.

Hesabata görə, ƏƏSMN yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) və sosial ödənişlər üzrə vəsaitlərin icrası müvafiq sənədlərlə əsaslandırılsa da, bu sahədə də büdcə sisteminin formallığı saxlanılmayıb.

Bundan başqa, audit fondun xərclərinin əsas hissəsini təşkil edən pensiya ödənişlərinin "Əmək pensiyaları haqqında" qanun əsasında formalaşdığını, bu səbəbdən xərclərin gəlirlərdən asılı olmayaraq müəyyən edildiyini vurğulayıb.

Dövlət büdcəsindən maliyyələşən təşkilatlar üzrə sosial sığorta haqları fonda tam daxil olmadıqda, fərq büdcənin öhdəlikləri hesabına kompensasiya edilməlidir. Lakin ötən il belə bir balanslaşdırma vəsaiti ayrılmayıb. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Röyanın geyimi müzakirə yaratdı - VİDEO

Röyanın geyimi müzakirə yaratdı - VİDEO

Milli Yaşıl Taksonomiya təsdiq edildi - QƏRAR

Milli Yaşıl Taksonomiya təsdiq edildi - QƏRAR

İsmayıllıda 4 kəndin rayonla əlaqəsi kəsildi - SƏBƏB- FOTO

İsmayıllıda 4 kəndin rayonla əlaqəsi kəsildi - SƏBƏB- FOTO

Naqil qırıldı, mal-qara tələf oldu – YARDIMLIDA

Naqil qırıldı, mal-qara tələf oldu – YARDIMLIDA

Bakıda marketdə İNSİDENT: müştəri kassiri döydü

Bakıda marketdə İNSİDENT: müştəri kassiri döydü

İdmançılarımızın may ayı üçün REYTİNQİ: Həsrət Cəfərov liderdir

İdmançılarımızın may ayı üçün REYTİNQİ: Həsrət Cəfərov liderdir

Ramin Qurbana nazirlikdə yüksək vəzifə VERİLDİ

Ramin Qurbana nazirlikdə yüksək vəzifə VERİLDİ

DOST Agentliyində işləmək istəyənlərin NƏZƏRİNƏ: VAKANSİYA var

DOST Agentliyində işləmək istəyənlərin NƏZƏRİNƏ: VAKANSİYA var

Sumqayıtda bayrağa hörmətsizlik edən ŞƏXS SAXLANILDI - FOTO

Sumqayıtda bayrağa hörmətsizlik edən ŞƏXS SAXLANILDI - FOTO

Bakıda 257 nömrəli məktəbdə nə baş verir? - Polis hərəkətə keçdi

Bakıda 257 nömrəli məktəbdə nə baş verir? - Polis hərəkətə keçdi

Prezidentin gəlini sərgidən paylaşım etdi - FOTOLAR

Prezidentin gəlini sərgidən paylaşım etdi - FOTOLAR

İşğal dövründə itkin düşənlərin taleyi ilə bağlı AÇIQLAMA

İşğal dövründə itkin düşənlərin taleyi ilə bağlı AÇIQLAMA

Xarici diplomatlar Şuşa qalasını ziyarət ediblər - FOTO

Xarici diplomatlar Şuşa qalasını ziyarət ediblər - FOTO

Bakıda avtobus sürücüsü sərnişinə evlilik təklif etdi – VİDEO

Bakıda avtobus sürücüsü sərnişinə evlilik təklif etdi – VİDEO

Kəmaləddin Heydərov Naxçıvan FHN-də xidməti müşavirə keçirdi -FOTO-VİDEO

Kəmaləddin Heydərov Naxçıvan FHN-də xidməti müşavirə keçirdi -FOTO-VİDEO

DİQQƏT! 30 avtobus marşrutunun hərəkəti DƏYİŞDİRİLİR

DİQQƏT! 30 avtobus marşrutunun hərəkəti DƏYİŞDİRİLİR

Ənvər Ənvərli federasiyaya prezident seçildi - FOTO

Ənvər Ənvərli federasiyaya prezident seçildi - FOTO

Bu marşrutun avtobusları YENİLƏNİR

Bu marşrutun avtobusları YENİLƏNİR

Mükəmməl qayğanaq bişirməyin sirri: Sadə bir hiylə hər şeyi dəyişdirir

Mükəmməl qayğanaq bişirməyin sirri: Sadə bir hiylə hər şeyi dəyişdirir

Səxavət Məmmədzadə xəstəxanaya direktor TƏYİN EDİLDİ

Səxavət Məmmədzadə xəstəxanaya direktor TƏYİN EDİLDİ

Avropadakı gizli şəbəkənin MALİYYƏ XƏRİTƏSİ – Okamponun kampaniyasında Vardanyan-Karapetyan İZİ

Avropadakı gizli şəbəkənin MALİYYƏ XƏRİTƏSİ – Okamponun kampaniyasında Vardanyan-Karapetyan İZİ

Bakının mərkəzində QAYDA POZUNTUSU: Maşını nizamsız park edib getdi - VİDEO

Bakının mərkəzində QAYDA POZUNTUSU: Maşını nizamsız park edib getdi - VİDEO

Qusarda yeni şahmat məktəbi AÇILDI – FOTO/VİDEO

Qusarda yeni şahmat məktəbi AÇILDI – FOTO/VİDEO

Buraxılış imtahanında maksimum bal toplamış şagirdlərin SİYAHISI

Buraxılış imtahanında maksimum bal toplamış şagirdlərin SİYAHISI

End of content

No more pages to load

RADİO