Ötən gün müşahidə olunan güclü yağışlardan gələn sel Xızı rayonunda da müxtəlif fəsadlar yaradıb. Paytaxta ən yaxın qəsəbələrdən olan Stalçay qəsəbəsini su basıb, körpünü keçilməz edib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu səbəbdən bir növ blokadada qalan Stalçay sakinləri yaşayış məntəqəsindən Sumqayıt və paytaxt istiqamətə getməkdə çətinlik çəkiblər.
Nəqliyyat vasitələri məcburən üzü Sumqayıta əks yolla hərəkət etməli olurlar.
Xızı icra başçısının Stalçay qəsəbəsi üzrə nümayəndəsi Əli İbrahimov Bizim.Media-ya selin dağlardan gələrək qəsəbə körpüsünü basdığını deyib. Onun sözlərinə görə ərazidə texnika ötən gün işləyib, bu gün də işləyəcək.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu