Ağsuda torpaq sürüşməsi baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, son günlər yağan güclü yağışlardan sonra Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində torpaq sürüşməsi qeydə alınıb.
İlkin məlumatlara görə, torpaq sürüşməsi nəticəsində yolun bir zolağında asfalt qatında dərin çökmə və çatlar əmələ gəlib. Bu səbəbdən, həmin hissədə avtomobillərin hərəkəti mümkün olmayıb.
Hazırda avtomobillər həmin ərazidən növbə ilə hərəkət edirlər.


Bizim.Media, Aran bürosu