Qusarda aramsız yağan yağış və qar bir sıra FƏSADLAR TÖRƏTDİ - FOTO

Şimal bölgəsində müşahidə olunan qeyri-sabit hava şəraiti, yağan leysan xarakterli yağışlar, bir sıra kəndlərdə müşahidə edilən qar yağışı rayon ərazisində fəsadlara səbəb olub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bəzi kəndlərdə yağış sonradan qara çevrilib.

Arçan, Əlix, Kənərçay, Quxur, Quturğan, Yerği Kek, Sudur kəndlərində 35-40 sm, Gican kəndində 50-60 sm, Düztahir kəndində 10-15 sm, Laza kəndində 60-70 sm, Kuzun kəndində 15 sm, Zindanmuruq kəndində qarın hündürlüyü 10 sm təşkil edib. Digər kəndlərdə və Qusar şəhərində gün ərzində intensiv yağış yağmaqda davam edib.

Eyni zamanda, aprel ayının 15-dən 16-na keçən gecədən başlanan və gün ərzində davam edən intensiv yağıntı nəticəsində bir sıra yaşayış məntəqələrində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

60 yaşayış məntəqəsində 13000 abonentin elektrik enerjisi təchizatı kəsilib. Gün ərzində bəzi kəndlərə elektrik enerjisinin verilişi bərpa edilib.

Bir sıra kənlərdə əkin və bağ sahələri yağış sularının altında qalıb, bəzi kəndlərdə fərdi yaşayış evlərinə su dolub.

Gündüzqala kəndinin bir məhəlləsinə gedən avtomobil yolunda iri diametrli borulardan ibarət körpü quru çaya gələn sel suları tərəfindən dağılıb, 7 evə gedən yol bağlanıb.
 

Qar ilə bağlanmış Qusar-Əniq-Laza yolunun qardan təmizlənməsi üçün əraziyə texnikalar, evlərdən suyun çəkilməsi üçün nasoslar cəlb olunub. Yağış sularının ötürülməsi üçün axarların açılması, yolların qardan, qırılaraq düşən ağac və digər maneələrdən təmizlənməsi istiqamətində tədbirlər davam etdirilir.


Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Gündüzqala, Köhnə Xudat, Hil, Laza kəndlərində qeyri-sabit hava şəraitinin törətdiyi fəsadlarla yerində tanış olub. Fəsadların və sakinlərə dəymiş ziyanın aradan qaldırılması istiqamətində tapşırıqlarını verib.










Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Maksimum bal toplayan iki şagirdin digər UĞURU: Ölkə rekordu vurublar

Maksimum bal toplayan iki şagirdin digər UĞURU: Ölkə rekordu vurublar

Partlayışda yaralanan, canı ilə çəkişən həkim haqda MÜHÜM FAKT

Partlayışda yaralanan, canı ilə çəkişən həkim haqda MÜHÜM FAKT

D vitamini qanda spirt yaradır? – Həkim AÇIQLADI

D vitamini qanda spirt yaradır? – Həkim AÇIQLADI

Tramp Avropa İttifaqına: "Rüsumları qaldırdım..."

Tramp Avropa İttifaqına: "Rüsumları qaldırdım..."

Xalq artisti Firəngiz Mütəllimova: Şuşaya köçməyi planlaşdırıram

Xalq artisti Firəngiz Mütəllimova: Şuşaya köçməyi planlaşdırıram

Ağdamda ağır QƏZA: ölən və xəsarət alanların ADLARI məlum olub

Ağdamda ağır QƏZA: ölən və xəsarət alanların ADLARI məlum olub

1 saylı İxtisaslaşdırılmış Poliklinikada Laboratoriya şöbəsi açıldı – FOTO

1 saylı İxtisaslaşdırılmış Poliklinikada Laboratoriya şöbəsi açıldı – FOTO

İran müharibədə dəyən MADDİ ZİYANI açıqladı

İran müharibədə dəyən MADDİ ZİYANI açıqladı

Zerrin Özər aylar sonra ilk dəfə - FOTO

Zerrin Özər aylar sonra ilk dəfə - FOTO

Ağdamda ağır QƏZA: ölən və xəsarət alanlar var

Ağdamda ağır QƏZA: ölən və xəsarət alanlar var

Sibiqa: Ukrayna Rusiyadan ATƏŞKƏS barədə təklif almayıb

Sibiqa: Ukrayna Rusiyadan ATƏŞKƏS barədə təklif almayıb

Fəxr edərək baxılası FOTOLAR

Fəxr edərək baxılası FOTOLAR

Azərbaycan əhalisinin bu aydakı ödənişləri ƏN YÜKSƏK həddə çatıb

Azərbaycan əhalisinin bu aydakı ödənişləri ƏN YÜKSƏK həddə çatıb

İsa Həbibbəyli onu yüksək vəzifəyə təyin etdi - FOTO

İsa Həbibbəyli onu yüksək vəzifəyə təyin etdi - FOTO

Gəncənin Baş Polis İdarəsinin rəisi “Kəpəz”in qonağı oldu

Gəncənin Baş Polis İdarəsinin rəisi “Kəpəz”in qonağı oldu

Baş nazirdən idxal və ixrac gömrük rüsumları ilə bağlı QƏRAR

Baş nazirdən idxal və ixrac gömrük rüsumları ilə bağlı QƏRAR

TÜRKPA Azərbaycanı bu qərarına görə DƏSTƏKLƏDİ

TÜRKPA Azərbaycanı bu qərarına görə DƏSTƏKLƏDİ

Röyanın geyimi müzakirə yaratdı - VİDEO

Röyanın geyimi müzakirə yaratdı - VİDEO

Milli Yaşıl Taksonomiya təsdiq edildi - QƏRAR

Milli Yaşıl Taksonomiya təsdiq edildi - QƏRAR

İsmayıllıda 4 kəndin rayonla əlaqəsi kəsildi - SƏBƏB- FOTO

İsmayıllıda 4 kəndin rayonla əlaqəsi kəsildi - SƏBƏB- FOTO

Naqil qırıldı, mal-qara tələf oldu – YARDIMLIDA - VİDEO

Naqil qırıldı, mal-qara tələf oldu – YARDIMLIDA - VİDEO

Bakıda marketdə İNSİDENT: müştəri kassiri döydü

Bakıda marketdə İNSİDENT: müştəri kassiri döydü

İdmançılarımızın may ayı üçün REYTİNQİ: Həsrət Cəfərov liderdir

İdmançılarımızın may ayı üçün REYTİNQİ: Həsrət Cəfərov liderdir

Ramin Qurbana nazirlikdə yüksək vəzifə VERİLDİ

Ramin Qurbana nazirlikdə yüksək vəzifə VERİLDİ

End of content

No more pages to load

RADİO