Mingəçevirdə bir neçə yaşayış məntəqələrini su basıb.
Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, şəhərin Tingçilik massivi, Bahar küçəsi, Yeni Həyat köçkün şəhərciyini və digər yaşayış məntəqələrini su basıb.
Aramsız yağan yağış səbəbindən 5 evə ciddi ziyan dəyib. Bir neçə evin zirzəmilərinə su dolub.
İnsanların və avtomobillərin hərəkətində problemlər yaranıb. Bundan başqa fərdi təsərrüfata da ziyan dəyib.




Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu