Jalə Sabirqızı: ""FarmHER” kənd qadınları üçün yeni bir fürsət oldu”

Şamaxıda kənd təsərrüfatı sahəsində çalışan qadınların bilik və bacarıqlarının artırılması məqsədilə həyata keçirilən "FarmHER” layihəsi uğurla yekunlaşıb.

Layihə "Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi tərəfindən "Azercell”in dəstəyi ilə "Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı” çərçivəsində icra olunub. "Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin sədr müavini, layihə rəhbəri Jalə Sabirqızı ilə bu təşəbbüs barədə danışdıq.

- "FarmHER” layihəsinin əsas məqsədi nə idi və bu məqsədə çatmaq üçün hansı fəaliyyətlər həyata keçirildi?

- "FarmHER" layihəsinin əsas məqsədi kənd qadınlarını sadəcə aqrobiznes bilikləri ilə təmin etmək yox, onların öz güclərinə inamını artırmaq, gündəlik həyatlarında iqtisadi və sosial rolunu gücləndirmək idi. Biz istəyirdik ki, bu qadınlar yalnız məhsul istehsal etməklə kifayətlənməsinlər. Onlar eyni zamanda strategiya quran, bazar araşdırması aparan və dayanıqlı gəlir modellərinə əsaslanan sahibkarlara çevrilsinlər. Bu məqsədlə Şamaxıda reallaşdırdığımız layihədə bir neçə istiqamətdə fəaliyyətlər həyata keçirdik. İlk növbədə rayonun qəsəbə və kəndlərində aqrar sektorda çalışan, yeni fəaliyyətə başlayan, eləcə də bu sahədə biznes qurmaq istəyən qadınlarla bağlı araşdırma apardıq, onları layihəmizə cəlb etdik. Beynəlxalq təcrübəli təlimçi Ağaməhəmməd Alosmanovu dəvət edərək 25 qadına aqrobiznesin əsasları, bazar mexanizmləri, innovativ yanaşmalar və maliyyə savadlılığı ilə bağlı intensiv təlimlər keçdik. Bu təlimlər nəzəri biliklərlə yanaşı, praktiki nümunələr və yerli reallıqlara əsaslanan məsləhətlərlə zənginləşdirildi. Bundan əlavə, infosessiyalar və təcrübə paylaşımları təşkil etdik. Bu görüşlər zamanı qadınlar öz sahələrində uğur qazanmış yerli sahibkarlarla bir araya gəldi. Onların uğur hekayələri layihə iştirakçılarına böyük motivasiya verdi. Eyni zamanda heyvandarlıq, bağçılıq, arıçılıq, quşçuluq, şərabçılıq, aqroturizmlə məşğul olan qadınlarla praktiki işlər apardıq. Onlara innovativ metodlar və yeni texnologiyaların tətbiqi ilə bağlı biliklər verildi ki, öz təsərrüfatlarını daha səmərəli və gəlirli şəkildə idarə edə bilsinlər. Həmçinin sahib olduqları resurslar əsasında biznes fəaliyyətlərini şaxələndirərək risklərdən sığortalansınlar. "Azercell”in dəstəyi ilə "Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı” çərçivəsində icra olunan "FarmHER” layihəsi "Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin növbəti uğurlu təşəbbüsü oldu.

- Layihə çərçivəsində qadınların hansı konkret bilik və bacarıqları inkişaf etdirildi?

- Konkret desək, qadınlar aqrobiznesin əsas mexanizmlərini öyrəndilər. Yəni, təlimlər zamanı məhsul yetişdirməkdən tutmuş, onu bazara çıxarmaq, düzgün qiymətləndirmək və satmaq kimi bütün tədürük zənciri əhatə olundu. Onlara maliyyə idarəçiliyi, xərclərin optimallaşdırılması, gəlirin artırılması yolları və risklərin düzgün qiymətləndirilməsi kimi vacib bacarıqlar aşılandı. Qadınlar həm də innovativ üsullarla tanış oldular. Məsələn, suya qənaətli damcı suvarma sistemləri, təbii gübrələrdən səmərəli istifadə, məhsulun saxlanma şəraitinin yaxşılaşdırılması və digər praktik texnologiyalar barədə ətraflı məlumat əldə etdilər. Qadın fermerlər izafi xərclərini azaltmaqla daha çox gəlir əldə etməyin yollarını öyrəndilər. Qadınlarımız "özünü təqdim etmə”, "məhsulu düzgün tanıtmaq” və "bazar araşdırması aparmaq” kimi yumşaq bacarıqlara da yiyələndilər. Ən gözəl tərəfi isə odur ki, onlar tək deyildilər – hər bir təlimdə digər qadınlarla fikir mübadiləsi aparmaqla şəbəkələşdilər, bir-birindən öyrəndilər. Qısası, biz bu layihə ilə kənd qadınlarının həm biliklərini artırdıq, həm də onlara "Sən bacarıqlısan, sən fərq yarada bilərsən" fikrini aşıladıq. Bu inam, bu güvən bəlkə də bütün texniki biliklərdən daha güclü təsirə malik oldu. "FarmHER” kənd qadınları üçün yeni bir fürsət oldu.

- Layihənin nəticələrinə əsasən, iştirakçılarda nə kimi dəyişikliklər müşahidə etdiniz?

- Ən gözəl dəyişikliklər insanın öz baxışında baş verir. Biz də "FarmHER” layihəsinin sonunda məhz bu dəyişikliyi gördük. Qadınlar daha inamlı, daha məqsədli və daha təşəbbüskar idilər. Əvvəlcə təlimlərdə sadəcə dinləyici olan, "mən bacararammı?” deyən qadınlar artıq fikirlərini bölüşən, suallar verən, ideyalarını formalaşdıran aktiv iştirakçılara çevrilmişdilər. Bu, təkcə bilik artımı deyildi, həm də özünə inamın güclənməsi idi. Məsələn, bir çox iştirakçı təlimlərdən sonra biznes fəaliyyətlərini şaxələndirdi. Onların arasında süd məhsullarının, un məmulatlarının istehsalına, təndir çörəyinin bişirilməsinə, hətta aqroturizm üçün hazırlıqlara başlayanlar oldu. Bundan başqa, məhsullarını birbaşa alıcılara çatdırmaq üçün sosial şəbəkə hesabları yaratdılar, qiymət formalaşdırma ilə bağlı fərqli strategiyalar düşündülər, məhsullarına əlavə dəyər qatmaq üçün qablaşdırma və markalaşma ideyaları üzərində işlədilər. Onların ənənəvi təsərrüfatdan daha innovativ, daha rəqabətli bir yanaşmaya keçid etdiklərinin şahidi olduq. Biz qadınlar arasında həmrəyliyin də artdığını müşahidə etdik. Layihə sadəcə fərdi inkişaf platforması olmadı, o həm də bir bacarıq və dəstək şəbəkəsinə çevrildi. İştirakçılar arasında əməkdaşlıqlar formalaşdı, bir-birinin təcrübəsindən öyrənmək və dəstək olmaq istəyi yarandı. Bu həm sosial, həm də iqtisadi baxımdan çox mühüm bir dönüş nöqtəsidir. Bu dəyişiklikləri görmək bizim üçün böyük bir qürur oldu. Çünki qadınlar bu kimi layihələrdə iştirak etməklə təkcə öz ailələrinə deyil, həm də yaşadıqları əraziyə, regiona üçün böyük töhfə verirlər. Yəni, bu biliklər sadəcə bugünün deyil, sabahın da təməlidir. Layihənin sonunda iştirakçılara Sertifikatlar təqdim olundu.

- Gələcəkdə bu kimi təşəbbüslərin davam etdirilməsi və daha geniş əhatə dairəsinə yayılması ilə bağlı planlarınız varmı?

- Bəli, "FarmHER” layihəsinin nəticələri bizə göstərdi ki, bu cür təşəbbüslər mütləq davamlı olmalıdır. Biz gördük ki, qadınlar öyrənmək, inkişaf etmək və iqtisadi müstəqillik qazanmaq üçün həm maraqlıdır, həm də hazırdır. Hazırda planlarımız var ki, "FarmHER” modelini digər rayonlarda da tətbiq edək. Xüsusilə də kənd təsərrüfatı potensialı yüksək olan, lakin qadınların bu imkanlara çıxışının məhdud qaldığı bölgələrdə belə layihələr reallaşdıraq. Eyni zamanda, layihəni bir qədər də genişləndirərək təlimlərlə yanaşı, buraya qadınlar üçün mikromaliyyələşdirmə imkanları, kooperativ quruculuğu və məhsulların onlayn satış platformalarına çıxışı kimi istiqamətləri də əlavə etməyi düşünürük. Ən vacibi isə odur ki, bu işdə tək deyilik. Bizimlə eyni vizyonu bölüşən tərəfdaşlarımız, o cümlədən Azercell kimi şirkətlər bu yolda bizə güc verir. "Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi olaraq gələcək planlarımız arasında həm də dövlət və özəl sektorla əməkdaşlıqları gücləndirmək var ki, bu təşəbbüslər daha uzunmüddətli olsun. Yəni, "FarmHER” bir layihə olaraq başa çatsa da, ideyası hələ yolun əvvəlindədir. İndi isə əsas məqsəd bu ideyanı daha çox bölgəyə yaymaq və daha çox qadını bu işığın ətrafına toplamaqdır. (Aktual.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyədə Trampa sui-qəsd hazırlanıb? - Araşdırıldı

Türkiyədə Trampa sui-qəsd hazırlanıb? - Araşdırıldı

Bəzi şəxslər üçün baş mühasib olma qaydası asanlaşdırıldı

Bəzi şəxslər üçün baş mühasib olma qaydası asanlaşdırıldı

Esra Ezmeci Xoşqədəm Hidayətqızının yerinə gəlir?

Esra Ezmeci Xoşqədəm Hidayətqızının yerinə gəlir?

FİFA Azərbaycan klubuna transfer qadağası qoydu

FİFA Azərbaycan klubuna transfer qadağası qoydu

690 bal toplayan Zamin Kərimov: " Çox çalışmışam, telefondan da uzaq qalmamışam"

690 bal toplayan Zamin Kərimov: " Çox çalışmışam, telefondan da uzaq qalmamışam"

Hərbi Prokurorluqda əməliyyat müşavirəsi olub - FOTO

Hərbi Prokurorluqda əməliyyat müşavirəsi olub - FOTO

Azad olunmuş ərazilərdə torpaq alan qaliblər müəyyənləşdi – SMS göndərildi

Azad olunmuş ərazilərdə torpaq alan qaliblər müəyyənləşdi – SMS göndərildi

Bağçalarda dövlət dəstəyinin AYLIQ MƏBLƏĞİ məlum oldu

Bağçalarda dövlət dəstəyinin AYLIQ MƏBLƏĞİ məlum oldu

Azərbaycanda 5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək - FOTO

Azərbaycanda 5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək - FOTO

Bağça müəllimləri üçün vakansiya seçiminin vaxtı UZADILDI

Bağça müəllimləri üçün vakansiya seçiminin vaxtı UZADILDI

Saç kəsimini bəyənmədiyi üçün bərbəri bıçaqladı – ANBAAN VİDEO

Saç kəsimini bəyənmədiyi üçün bərbəri bıçaqladı – ANBAAN VİDEO

Beynəlxalq Türk Dövlətləri Universitetində 50 təqaüd yeri ayrılması planlaşdırılır

Beynəlxalq Türk Dövlətləri Universitetində 50 təqaüd yeri ayrılması planlaşdırılır

"Evdə Tək"in "Göyərçinli Qadın"ı dünyasını dəyişdi – FOTO

"Evdə Tək"in "Göyərçinli Qadın"ı dünyasını dəyişdi – FOTO

Püşkatma oldu- “Qarabağ”ın oyununun yeri dəyişdi

Püşkatma oldu- “Qarabağ”ın oyununun yeri dəyişdi

“Hədəfimiz 5 universiteti dünyanın ilk 500-lüyünə çıxarmaqdır” - Bahadır Turayev

“Hədəfimiz 5 universiteti dünyanın ilk 500-lüyünə çıxarmaqdır” - Bahadır Turayev

Bakı metrosunda yeni ventilyatorlar quraşdırıldı – VİDEO

Bakı metrosunda yeni ventilyatorlar quraşdırıldı – VİDEO

Azərbaycan və Özbəkistan universitetləri ortaq proqramlar açacaq

Azərbaycan və Özbəkistan universitetləri ortaq proqramlar açacaq

Naxçıvanda “Gözümün Nuru Vətən” sənədli filminin təqdimatı keçirilib - FOTO

Naxçıvanda “Gözümün Nuru Vətən” sənədli filminin təqdimatı keçirilib - FOTO

Ceyhun Bayramov: "Azərbaycan Rusiya-Ukrayna münaqişənin sülh yolu ilə nizamlanmasına çağırır" - VİDEO

Ceyhun Bayramov: "Azərbaycan Rusiya-Ukrayna münaqişənin sülh yolu ilə nizamlanmasına çağırır" - VİDEO

Valideynlərin NƏZƏRİNƏ! Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır

Valideynlərin NƏZƏRİNƏ! Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır

Sanksiya PARADOKSU – Avropa İttifaqı iqtisadi maraqlara görə prinsiplərini necə QURBAN VERİR?

Sanksiya PARADOKSU – Avropa İttifaqı iqtisadi maraqlara görə prinsiplərini necə QURBAN VERİR?

"Mediada Azərbaycan dili" mövzusunda keçirilən təlim proqramı uğurla yekunlaşdı – FOTO

"Mediada Azərbaycan dili" mövzusunda keçirilən təlim proqramı uğurla yekunlaşdı – FOTO

Sakit Okeanı üç günə üzüb keçdi, kiçik göldə boğuldu – Alimin SSRİ-dən qeyri-adi qaçış hekayəsi

Sakit Okeanı üç günə üzüb keçdi, kiçik göldə boğuldu – Alimin SSRİ-dən qeyri-adi qaçış hekayəsi

Bəzi hüquqi şəxslər gömrük rüsumundan AZAD EDİLƏCƏK

Bəzi hüquqi şəxslər gömrük rüsumundan AZAD EDİLƏCƏK

End of content

No more pages to load

RADİO