TikTok-da Novruz mövzusunda 12 min video: #Novruz2025-in yekunları

Qısa videoların yaradılması və izlənməsi üzrə aparıcı platforma olan TikTok Azərbaycanda ilk dəfə keçirilən #Novruz2025 onlayn festivalının nəticələrini açıqlayıb.  

Bu təşəbbüs platforma istifadəçiləri arasında böyük marağa səbəb olub: layihənin həştəqi ilə 12 mindən çox video hazırlanıb. TikTok, həmçinin, müsabiqənin qaliblərini elan edib: ən yaxşı videoların müəllifləri dəyərli hədiyyələr qazanıblar.  

TikTok-da keçirilən onlayn festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutub.

Artıq iki ildir ki, TikTok Azərbaycanda yerli mədəniyyətin və maarifləndirici məzmunun təbliği istiqamətində təşəbbüslər həyata keçirir. Azərbaycanın zəngin mədəni irsi ölkədəki bir çox məzmun yaradıcıları və təşkilatlar üçün ilham mənbəyinə çevrilib. Onlar həm yerli, həm də xarici auditoriya üçün maraqlı olan unikal və cəlbedici videolar hazırlayırlar.

TikTok-un bu istiqamətdə həyata keçirdiyi əvvəlki təşəbbüslər arasında mədəni layihə olan “Muzeylər gecəsi” xüsusi yer tutur. Layihə çərçivəsində ölkənin 10 aparıcı muzeyi canlı yayımlar təşkil edərək istifadəçilərə evdən çıxmadan virtual ekskursiyalara qoşulmaq, incəsənət dünyasına səyahət etmək və Azərbaycanın muzeylərində qorunan eksponatlar haqqında daha ətraflı məlumat almaq imkanı yaradıb. Bundan əlavə, TikTok “Ədəbi qonaq otağı” layihəsini də təqdim edib. Bu layihə çərçivəsində platformada tanınmış simalar və Azərbaycanın ədəbiyyat xadimlərinin muzeyləri ilə birlikdə şeir dinləmələri təşkil olunub. TikTok-un ən genişmiqyaslı layihələrindən biri isə #TikTokdanÖyrən təşəbbüsü olub. Bu layihə Azərbaycanın 22 mədəniyyət müəssisəsini bir araya gətirib. Layihədə 14 teatr, 6 muzey, Azərbaycan Milli Kitabxanası və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu iştirak edib.

#Novruz2025 TikTok-da

Platforma bu il ilk dəfə Azərbaycandakı istifadəçilərlə birlikdə yazın gəlişini və Novruz bayramını qeyd edib. TikTok bu münasibətlə genişmiqyaslı onlayn bayram festivalının keçirildiyi əsas platformaya çevrilib. #Novruz2025 həştəqi çərçivəsində istifadəçilər bayrama necə hazırlaşdıqlarını və onu necə qeyd etdiklərini göstərən, bayram süfrəsinə aid yemək reseptlərini paylaşdıqları, eləcə də ölkələrinin zəngin adət-ənənələrinin gözəlliyini nümayiş etdirdikləri 12 mindən çox video hazırlayıblar.

Bayram süfrəsi

Novruz bayramında milli mətbəx ənənələrinin önəmli yeri var.İstifadəçilər ən çox sevdikləri milli yemək və şirniyyatların, məsələn, şəkərbura, paxlava və plovun reseptini paylaşıblar, eləcə də qonaqlar üçün gözəl və zəngin bir süfrənin necə qurulduğunu göstəriblər. Bütün bunlar dərin mədəni məna daşıyır, firavanlığı və möhkəm can sağlığını simvolizə edir.

Novruz sevdiklərinizlə

Bayram günlərində ailə və yaxınlarınızla vaxt keçirmək vacibdir. Azərbaycanın müxtəlif yerlərindən olan istifadəçilər sevimli bayramlarını ailə və dostlarının isti çevrəsində necə qeyd etdiklərini nümayiş etdiriblər. Bəziləri üçün isə bu, ilk Novruz olub.

Milli musiqi və rəqslər

Novruzun əsas aspektlərindən biri onun musiqisidir. Bayram zamanı TikTok-da milli melodiyalar daha da gur səslənib: İstifadəçilər milli Azərbaycan musiqisi ilə videolar çəkiblər, şəhərin küçələrindəki musiqi çıxışlarından reportajlar paylaşıblar və bir-birilə bayramın ab-havasını bölüşüblər.

Milli moda

Festivalın diqqətçəkən trendlərindən biri milli modaya marağın artması olub. İstifadəçilər aktiv şəkildə milli geyimləri yenidən yaradır, milli paltarların müasir təsvirlərini təqdim edir, bayram zamanı şəhərdə gəzintiyə çıxmaq üçün bu paltarları geyinib, nəsillər arasındakı əlaqəni və mədəni irsə olan hörməti nümayiş etdirirdilər.

Xalq şənlikləri

Platforma xalq şənlikləri sayəsində rəngləndi. Minlərlə insan küçələrə çıxaraq yazın gəlişini qeyd edib, milli yeməklərdən dadıb, müxtəlif fəaliyyətlərdə iştirak edib və bayram əhval-ruhiyyəsini TikTok-da paylaşıblar. 

İncəsənət və ənənələr

TikTok-da rəssamlar və sənətkarlar öz əsərlərini bayrama həsr ediblər. Onlar bayram üçün Azərbaycan mədəniyyətindən və ənənəvi Novruz elementlərindən ilhamlanan rəsmlər, eləcə də əl işləri hazırlayıblar. 

Alovun gücü

Alov Novruzun simvoludur, isti, yenilənmə və işığın qaranlıq üzərində qələbəsini təmsil edir. TikTok istifadəçiləri Azərbaycanda, tonqal ətrafında toplaşaraq ruhlandırıcı rəqslər etdikləri anları paylaşıblar. Bu ənənəvi Novruz rituallarının ruhu təmizlədiyinə və gələcək ildə uğur gətirəcəyinə inanılır. 

Novruz bayramı haqqında ən kreativ videolar

 Layihədə iştirak edən bütün istifadəçilər arasında ən kreativ videoların müəllifləri müəyyən olundu. Qaliblər layihənin tərəfdaşı — kurort şəhəri Sea Breeze tərəfindən təqdim olunan hədiyyələrin sahibləri oldular:

•1-ci yer: @chinivibess adlı istifadəçi Çinarə Axundova və @aydankhalilzada adlı Aydan Xəlilzadədir. Onlar bayram ab-havasını bölüşdükləri, milli ənənələrin və geyimlərin gözəlliyini nümayiş etdirdikləri şəhər gəzintisi formatında hazırladıqları gözəl video ilə qalib oldular. Mükafat olaraq kontent müəlliflərinə DREAM Fest 2025 festivalının bütün günləri üçün fan zonaya 2 bilet təqdim olunub.



•2-ci yer: Rəssam Firuza İmanova @firca.darbesi, Novruzdan və onun ənənəvi elementlərindən ilhamlanaraq çəkdiyi rəsmin hazırlanma prosesini əks etdirən video təqdim edib. Mükafat olaraq Firuza Xəzər dənizi sahilində yerləşən Sea Breeze Resort-un apartamentlərində 2 günlük qalmaq üçün vauçer qazanıb.

•3-cü yer: @food_channel kanalının müəllifi Yusunova Rəhimə, paxlavanın hazırlanma prosesini ətraflı və estetik şəkildə təqdim edən video hazırlayıb. Mükafat olaraq müəllifə Bakıda yerləşən Crocus fitness klublarından birində altı aylıq üzvlük kartı təqdim edilib.



“TikTok-da #Novruz2025 onlayn festivalının necə gözəl keçməsindən çox razıyıq. Hər kəsin Novruzu bu qədər sevgi və yaradıcılıqla qeyd etməsi, ənənələrimizi belə sevinc əhvallı və canlı şəkildə paylaşması təqdirə layiqdir. Bu, sanki böyük, şən bir ailə bayramıdır və mədəniyyətimizin bu gözəl təşəbbüslə  yaşadılması əsl qürur verir!” – deyə Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov bildirib.

“Bu il biz ilkl dəfə Novruz bayramını Azərbaycandakı istifadəçilərimizlə birlikdə qeyd etdik və onlayn festival üçün parlaq, rəngarəng bir platforma olduq.  İstifadəçilərimizə təşəkkür edirik ki, TikTok-u bayramın bütün rəngləri, melodiyaları, iştahaaçan təamları, rəqsləri və əla əhval-ruhiyyəsi ilə doldurdular! Sizin sayənizdə dünyanın dörd bir yanındakı insanlar Azərbaycanın mədəniyyətinin necə gözəl və bənzərsiz olduğunu daha yaxından tanıya bildillər", – deyə TikTok-un Azərbaycanda, Türkiyədə, Şərqi Avropada və Mərkəzi Asiyada əməliyyatlar üzrə rəhbəri Melis Çağlar bildirib.



TikTok haqqında

TikTok aparıcı qısa video tətbiqidir. Bizim missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyədə Trampa sui-qəsd hazırlanıb? - Araşdırıldı

Türkiyədə Trampa sui-qəsd hazırlanıb? - Araşdırıldı

Bəzi şəxslər üçün baş mühasib olma qaydası asanlaşdırıldı

Bəzi şəxslər üçün baş mühasib olma qaydası asanlaşdırıldı

Esra Ezmeci Xoşqədəm Hidayətqızının yerinə gəlir?

Esra Ezmeci Xoşqədəm Hidayətqızının yerinə gəlir?

FİFA Azərbaycan klubuna transfer qadağası qoydu

FİFA Azərbaycan klubuna transfer qadağası qoydu

690 bal toplayan Zamin Kərimov: " Çox çalışmışam, telefondan da uzaq qalmamışam"

690 bal toplayan Zamin Kərimov: " Çox çalışmışam, telefondan da uzaq qalmamışam"

Hərbi Prokurorluqda əməliyyat müşavirəsi olub - FOTO

Hərbi Prokurorluqda əməliyyat müşavirəsi olub - FOTO

Azad olunmuş ərazilərdə torpaq alan qaliblər müəyyənləşdi – SMS göndərildi

Azad olunmuş ərazilərdə torpaq alan qaliblər müəyyənləşdi – SMS göndərildi

Bağçalarda dövlət dəstəyinin AYLIQ MƏBLƏĞİ məlum oldu

Bağçalarda dövlət dəstəyinin AYLIQ MƏBLƏĞİ məlum oldu

Azərbaycanda 5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək - FOTO

Azərbaycanda 5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək - FOTO

Bağça müəllimləri üçün vakansiya seçiminin vaxtı UZADILDI

Bağça müəllimləri üçün vakansiya seçiminin vaxtı UZADILDI

Saç kəsimini bəyənmədiyi üçün bərbəri bıçaqladı – ANBAAN VİDEO

Saç kəsimini bəyənmədiyi üçün bərbəri bıçaqladı – ANBAAN VİDEO

Beynəlxalq Türk Dövlətləri Universitetində 50 təqaüd yeri ayrılması planlaşdırılır

Beynəlxalq Türk Dövlətləri Universitetində 50 təqaüd yeri ayrılması planlaşdırılır

"Evdə Tək"in "Göyərçinli Qadın"ı dünyasını dəyişdi – FOTO

"Evdə Tək"in "Göyərçinli Qadın"ı dünyasını dəyişdi – FOTO

Püşkatma oldu- “Qarabağ”ın oyununun yeri dəyişdi

Püşkatma oldu- “Qarabağ”ın oyununun yeri dəyişdi

“Hədəfimiz 5 universiteti dünyanın ilk 500-lüyünə çıxarmaqdır” - Bahadır Turayev

“Hədəfimiz 5 universiteti dünyanın ilk 500-lüyünə çıxarmaqdır” - Bahadır Turayev

Bakı metrosunda yeni ventilyatorlar quraşdırıldı – VİDEO

Bakı metrosunda yeni ventilyatorlar quraşdırıldı – VİDEO

Azərbaycan və Özbəkistan universitetləri ortaq proqramlar açacaq

Azərbaycan və Özbəkistan universitetləri ortaq proqramlar açacaq

Naxçıvanda “Gözümün Nuru Vətən” sənədli filminin təqdimatı keçirilib - FOTO

Naxçıvanda “Gözümün Nuru Vətən” sənədli filminin təqdimatı keçirilib - FOTO

Ceyhun Bayramov: "Azərbaycan Rusiya-Ukrayna münaqişənin sülh yolu ilə nizamlanmasına çağırır" - VİDEO

Ceyhun Bayramov: "Azərbaycan Rusiya-Ukrayna münaqişənin sülh yolu ilə nizamlanmasına çağırır" - VİDEO

Valideynlərin NƏZƏRİNƏ! Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır

Valideynlərin NƏZƏRİNƏ! Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır

Sanksiya PARADOKSU – Avropa İttifaqı iqtisadi maraqlara görə prinsiplərini necə QURBAN VERİR?

Sanksiya PARADOKSU – Avropa İttifaqı iqtisadi maraqlara görə prinsiplərini necə QURBAN VERİR?

"Mediada Azərbaycan dili" mövzusunda keçirilən təlim proqramı uğurla yekunlaşdı – FOTO

"Mediada Azərbaycan dili" mövzusunda keçirilən təlim proqramı uğurla yekunlaşdı – FOTO

Sakit Okeanı üç günə üzüb keçdi, kiçik göldə boğuldu – Alimin SSRİ-dən qeyri-adi qaçış hekayəsi

Sakit Okeanı üç günə üzüb keçdi, kiçik göldə boğuldu – Alimin SSRİ-dən qeyri-adi qaçış hekayəsi

Bəzi hüquqi şəxslər gömrük rüsumundan AZAD EDİLƏCƏK

Bəzi hüquqi şəxslər gömrük rüsumundan AZAD EDİLƏCƏK

End of content

No more pages to load

RADİO