Valideynlərin DİQQƏTİNƏ– Övladlarınızı “oyun dostları”ndan QORUYUN!

Günümüzdə uşaqların realdan çox, virtual aləmdəki oyunlara marağının artması onların sosiallaşmasına, dərslərinə xüsusi təsir göstərir.

Nəzərə alaq ki, müxtəlif növləri, mövzuları olan bu oyunların oxşar xüsusiyyətlərindən biri də mesajlaşmanın, hətta səsli danışmağın mümkün olmasıdır. Bu da azyaşlı və yeniyetmələrin asanlıqla tanımadıqları insanlarla tanış olmasına, hətta onlara özləri haqda məlumatlar verməsinə səbəb olur.

Mütəxəssislər bildirir ki, bu halların nəticəsi uşaqlar üçün təhlükəli, problemli ola bilər.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən psixoloq Ofelya Məmmədovanın sözlərinə görə uşaq yaşlarında beyində formalaşan güvən, sərhəd və təhlükə duyğuları hələ yetkin səviyyədə inkişaf etməmiş olur:
 

“Onlar ünsiyyət zamanı qarşıdakının niyyətini anlamaqda və emosional manipulyasiyanı tanımaqda çətinlik çəkə bilərlər. Onlayn oyunlarda tanımadığı biri ilə dostlaşan uşaq, onun nə dərəcədə etibarlı olduğunu anlamır və bu, emosional istismara qapı aça bilər.


Uşaqların beyin inkişafı hələ tam formalaşmadığı üçün onlar emosional niyyətləri oxumaqda və sərhədləri müəyyən etməkdə çətinlik çəkirlər. Onlayn mesajlar vasitəsilə manipulyasiya ilə qarşılaşa, etimadlarını sui-istifadəyə açıq buraxa, qorxuducu və ya travmatik təcrübə yaşaya bilərlər”.

Psixoloq vurğulayır ki, bu kimi halların nəticəsi olaraq uşaqda özünə güvənsizlik, sosial fobiya, depressiv əhval və emosional bağlanma çətinlikləri yarana bilər.

“Onlayn aləmdə uşaqlarla ünsiyyət qurmaq istəyən hər kəs eyni niyyətdə olmaya bilər. Bəzən pedofil xarakterli şəxslər və ya zərərli niyyət daşıyanlar uşaqları dostluqla aldadaraq onlardan şəxsi məlumat, şəkil və ya video almağa çalışırlar. Uşaqlar bu münasibətlərin risklərini anlamadan, “oyun dostu” bildikləri biri ilə emosional bağ qurur və nəticədə isə şəxsi sərhədlər pozulur,travmatik əlaqə yaranır.Uşaq özünü günahkar və ya təcrid olunmuş hiss edir”.

Bəs valideyn yanaşması necə olmalıdır?

“Uşaqların bu prosesdə tək buraxılması doğru deyil. Lakin onları tam qadağalarla, sərt nəzarətlə qorumağa çalışmaq da psixoloji baxımdan faydalı deyil. Ən sağlam yanaşma – emosional əlaqəyə əsaslanan, açıq və dəstəkləyici münasibətdir”.

Müsahibimiz sonda valideynlərə psixoloji tövsiyələr də verib.

“Dinləyici olun, sorğu-sual edən yox: Uşaq bir məsələni danışmaq istəyirsə, onu bölməyin və qorxutmayın. Qoy danışsın.

Sərhədləri birgə müəyyən edin: Qadağa yox, izah verin. “Niyə tanımadığın biri ilə şəkil paylaşmaq olmaz?” sualını birlikdə cavablandırın.

Onun dünyasına daxil olun: Maraqlanın ki, hansı oyunları oynayır, oradakı “dostları” kimlərdir? Bu maraq nəzarət deyil, təhlükəsizlik və güvən hissidir.
 

Sakit və etibarlı mühit yaradın: Uşaq səhv etdikdə ilk ağlına gələn “valideynimə deyim” fikri olmalıdır, “gizlədim ki, cəzalandırılmayım” yox.


Onlayn oyunlardakı mesajlaşma imkanı uşaqlar üçün sosiallaşma vasitəsi olduğu qədər, psixoloji risk daşıyan bir sahədir. Valideynin əsas vəzifəsi nəzarət etmək yox, yol göstərmək və yanında olmaqdır. Uşaqlar rəqəmsal dünyada özlərini yalnız hiss etməməlidirlər.

Unutmayaq ki, uşaqların emosional təhlükəsizliyi təkcə real həyatda yox, virtual mühitdə də qorunmalıdır. Bu isə yalnız sevgiyə, anlayışa və davamlı əlaqəyə əsaslanan valideyn münasibəti ilə mümkündür”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Saç kəsimini bəyənmədiyi üçün bərbəri bıçaqladı – ANBAAN VİDEO

Saç kəsimini bəyənmədiyi üçün bərbəri bıçaqladı – ANBAAN VİDEO

Beynəlxalq Türk Dövlətləri Universitetində 50 təqaüd yeri ayrılması planlaşdırılır

Beynəlxalq Türk Dövlətləri Universitetində 50 təqaüd yeri ayrılması planlaşdırılır

"Evdə Tək"in "Göyərçinli Qadın"ı dünyasını dəyişdi – FOTO

"Evdə Tək"in "Göyərçinli Qadın"ı dünyasını dəyişdi – FOTO

Püşkatma oldu- “Qarabağ”ın oyununun yeri dəyişdi

Püşkatma oldu- “Qarabağ”ın oyununun yeri dəyişdi

“Hədəfimiz 5 universiteti dünyanın ilk 500-lüyünə çıxarmaqdır” - Bahadır Turayev

“Hədəfimiz 5 universiteti dünyanın ilk 500-lüyünə çıxarmaqdır” - Bahadır Turayev

Bakı metrosunda yeni ventilyatorlar quraşdırıldı – VİDEO

Bakı metrosunda yeni ventilyatorlar quraşdırıldı – VİDEO

Azərbaycan və Özbəkistan universitetləri ortaq proqramlar açacaq

Azərbaycan və Özbəkistan universitetləri ortaq proqramlar açacaq

Naxçıvanda “Gözümün Nuru Vətən” sənədli filminin təqdimatı keçirilib - FOTO

Naxçıvanda “Gözümün Nuru Vətən” sənədli filminin təqdimatı keçirilib - FOTO

Ceyhun Bayramov: "Azərbaycan Rusiya-Ukrayna münaqişənin sülh yolu ilə nizamlanmasına çağırır" - VİDEO

Ceyhun Bayramov: "Azərbaycan Rusiya-Ukrayna münaqişənin sülh yolu ilə nizamlanmasına çağırır" - VİDEO

Valideynlərin NƏZƏRİNƏ! Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır

Valideynlərin NƏZƏRİNƏ! Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır

Sanksiya PARADOKSU – Avropa İttifaqı iqtisadi maraqlara görə prinsiplərini necə QURBAN VERİR?

Sanksiya PARADOKSU – Avropa İttifaqı iqtisadi maraqlara görə prinsiplərini necə QURBAN VERİR?

"Mediada Azərbaycan dili" mövzusunda keçirilən təlim proqramı uğurla yekunlaşdı – FOTO

"Mediada Azərbaycan dili" mövzusunda keçirilən təlim proqramı uğurla yekunlaşdı – FOTO

Sakit Okeanı üç günə üzüb keçdi, kiçik göldə boğuldu – Alimin SSRİ-dən qeyri-adi qaçış hekayəsi

Sakit Okeanı üç günə üzüb keçdi, kiçik göldə boğuldu – Alimin SSRİ-dən qeyri-adi qaçış hekayəsi

Bəzi hüquqi şəxslər gömrük rüsumundan AZAD EDİLƏCƏK

Bəzi hüquqi şəxslər gömrük rüsumundan AZAD EDİLƏCƏK

II və III ixtisas qrupları üzrə qəbul imtahanında dörd nəfər 400 bal topladı – ADLAR

II və III ixtisas qrupları üzrə qəbul imtahanında dörd nəfər 400 bal topladı – ADLAR

SON DƏQİQƏ! II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticəsi AÇIQLANDI

SON DƏQİQƏ! II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticəsi AÇIQLANDI

Şahin Mustafayev Aleksey Overçukla GÖRÜŞƏCƏK

Şahin Mustafayev Aleksey Overçukla GÖRÜŞƏCƏK

Bakıda narkotiklə bağlı 199 fakt aşkarlandı: 161 nəfər saxlanıldı – VİDEO

Bakıda narkotiklə bağlı 199 fakt aşkarlandı: 161 nəfər saxlanıldı – VİDEO

Qurban Qurbanovdan ŞOK QƏRAR - FOTO

Qurban Qurbanovdan ŞOK QƏRAR - FOTO

Rusiyaya bir sıra istiqamətlər üzrə aviareyslər bərpa oluna bilər – RƏSMİ - VİDEO

Rusiyaya bir sıra istiqamətlər üzrə aviareyslər bərpa oluna bilər – RƏSMİ - VİDEO

Sadiq Xan Lord OLACAQ

Sadiq Xan Lord OLACAQ

Kondisionerin ömrünü uzadan sadə qayda: "3 dəqiqə" nədir?

Kondisionerin ömrünü uzadan sadə qayda: "3 dəqiqə" nədir?

Bakı metrosunda yeni texnologiya tətbiq ediləcək

Bakı metrosunda yeni texnologiya tətbiq ediləcək

Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı AÇIQLAMA – VİDEO

Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı AÇIQLAMA – VİDEO

End of content

No more pages to load

RADİO