Şabranda 3 körpünü sel dağıtdı.
Şimal bölgəsində çaylardan suyun səviyyəsinin normadan bir neçə dəfə artması nəticəsində fəsadlar artmaqdadır.
Şabran rayonunun Bor-bor kəndini Şabrançaya gələn sel suları basıb. Sakinlərin sözlərinə görə ev-eşiklərini, həyət-bacalarını sel basma təhlükəsi var. Üstəlik sel suları Bor-bor körpüsünü dağıdıb.
Şabran icra başçısının müavini İlkin Ağayev Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, güclü seldən sonra Şabranda 3 körpünü sel aparıb. Bor-bor, Xəlfələr və Düzbilici kənd körpüləri sel nəticəsində dağılıb. Yaşayış məntəqələrinə alternativ yollar açılıb.
Hazırda rayon Fövqəladə Hallar Nazirliyinin əməkdaşları fəsadların aradan qaldırılması istiqamətində işləri davam etdirir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu