"Yetim Sabir"in adamları Bakıda evə atəş açıb videosunu çəkdilər - Kriminal hesablaşma

Şəmkirli kriminal avtoritet “Yetim Sabir” üçün Bakıda sifariş yerinə yetirən uşaqlıq dostu saxlanılıb. Həmin şəxs Bakıda qisas məqsədi ilə düşmənçilik etdikləri adamın evinə gedərək onun qapısına iki dəfə atəş açıb.

Bizim.Media “musavat.com”a istinadən xəbər verir ki, bir neçə ay əvvəl “TikTok” sosial şəbəkəsində “Yetim Sabir” ilə kriminal aləmə yaxınlığıyla bilinən Adil adlı şəxs arasında mübahisə olub.

Tərəflər sosial şəbəkə hesablarından bir-birini təhqir ediblər. Daha sonra Adilin evinin qapısına iki dəfə atəş açılması ilə bağlı videogörüntü “TikTok”da paylaşılıb.

Bu hadisədən sonra polis Bakıda əməliyyat keçirib və 5 nəfər saxlanılıb.

Məlumata görə, saxlanılan Qismət adlı şəxs “Yetim Sabir”in uşaqlıq dostu olub və çox yaxın münasibətləri var.

Qismətlə Adili tanış edən də “Yetim Sabir” olub. “Yetim Sabir”in istəyi ilə Adillə Qismət Bakıda görüşüblər və bir müddət sonra yaxın dostluq münasibətləri yaranıb. Lakin aylar sonra Adillə “Yetim Sabir” arasında mübahisə yaranıb və bir-birlərinin kriminal aləmdəki yollarının doğru olmadığını deyiblər. Bu mübahisə sosial şəbəkə üzərindən aparılıb və tərəflər bir-birlərini təhqir ediblər.

“Yetim Sabir”lə Adil arasındakı davada Qismət birincinin tərəfini tutub. Həmin ərəfədə Qismətdə “Makarov” tapançası olub. Tapançanı da aylar əvvəl münasibətlər yaxşı olanda “Yetim Sabir”in göstərişi ilə Qismətə Adil veribmiş.

Mübahisə böyüdükdən sonra “Yetim Sabir” və Qismət Adili cəzalandırmaq qərarına gəliblər. Bu məqsədlə onun evinə gedərək qapısına iki dəfə atəş açıblar.

Qismət istintaqdakı ifadəsində “Yetim Sabir”lə əlaqələrinin olduğunu deyib. Bildirib ki, “Yetim Sabir”lə uşaqlıq dostudur.

Onun sözlərinə görə, “Yetim Sabir”in istəyi ilə Adil adlı şəxslə dostluq münasibətlərini möhkəmləndirib. Lakin bir müddət sonra Adil ona “Yetim Sabir”in yolunun doğru olmadığını, Sübhan adlı kriminal avtoritetin doğru yolda olduğunu deyib. Sübhanı dəstəkləməsini istəyib.

Buna görə də aralarında mübahisə yaranıb.

“Mübahisə böyüyəndə Adil məni görüşə çağırdı. Görüşə gedəndə onun telefonuna zəng çatmadı. Sonra qayıdıb evə gəldim. Gördüm ki, “TikTok”da Sübhanla Adil video paylaşıb və guya mənim söhbətə gəlmədiyimi, qorxduğumu deyiblər. Mən də Adilin evinə getdim. Qapılarına iki güllə atdım. Bu zaman “Yetim Sabir”lə telefonla danışırdım və görüntülü ona hər şeyi göstərirdim”, - deyə Qismət ifadəsində qeyd edib.

Qismətin etdiyi hərəkəti “Yetim Sabir” “TikTok”da paylaşıb və bunu Adilin və onu dəstəkləyənlərin cəzalandırılması kimi şərh edib.

Hadisədən bir neçə saat sonra Qismət Bakını tərk etmək üçün Hava Limanına yollanıb. Qismət Hava Limanında saxlanılıb.

Əməliyyat zamanı Qismətin əlaqədə olduğu Fərid, Ümid və Nicat adlı şəxslər də saxlanılıb.

Onlara məxsus evdən külli miqdarda narkotik vasitə aşkar edilib. Saxlanılanlara qarşı bir qrup şəxs halında odlu silah saxlama və qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə maddələri ilə ittiham irəli sürülüb.

Digər tərəfdən isə Adil saxlanılıb. Ona qarşı külli miqdarda narkotik vasitə əldə etmə və saxlama maddəsi ilə ittiham irəli sürülüb.

Adil ifadəsində “Yetim Sabir”lə Türkiyədə görüşdüyünü, əvvəllər münasibətlərinin yaxşı olduğunu deyib. Onun sözlərinə görə, Qismət onların qapısına iki dəfə atəş açanda anası evdə olub. Lakin anası atəş səslərini eşitməyib.

Məhkəmənin hökmü ilə Qismət 8 il azadlıqdan məhrum edilib. Adil və digər 3 nəfər isə hər biri 7 il azadlıqdan məhrum ediliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mərdəkanda gənc oğlan dənizdə boğuldu

Mərdəkanda gənc oğlan dənizdə boğuldu

Ayselin villası – VİDEO

Ayselin villası – VİDEO

Bakıda separatçıların məhkəməsi: Çıxışlar başa çatdı- FOTO

Bakıda separatçıların məhkəməsi: Çıxışlar başa çatdı- FOTO

Millimiz Tacikistanla yoxlama görüşü keçirəcək

Millimiz Tacikistanla yoxlama görüşü keçirəcək

ABŞ ordusu İranın limanındakı strateji qülləni məhv etdi - VİDEO

ABŞ ordusu İranın limanındakı strateji qülləni məhv etdi - VİDEO

Qaradağda zəncirvari QƏZA: Böyük tıxac yarandı

Qaradağda zəncirvari QƏZA: Böyük tıxac yarandı

Trampın paylaşımları pulla satılacaq - “Truth Social”dan YENİLİK

Trampın paylaşımları pulla satılacaq - “Truth Social”dan YENİLİK

Ömər Eldarov xəstəxanaya yerləşdirildi - AÇIQLAMA

Ömər Eldarov xəstəxanaya yerləşdirildi - AÇIQLAMA

“Araz Naxçıvan” stadion problemi ilə üzləşib

“Araz Naxçıvan” stadion problemi ilə üzləşib

Günün qəhrəmanlarının FOTOLARI

Günün qəhrəmanlarının FOTOLARI

Mikayıl Cabbarov Şavkat Mirziyoyevin qəbulunda - FOTO

Mikayıl Cabbarov Şavkat Mirziyoyevin qəbulunda - FOTO

"Qızımın 12 yaşı olanda ondan ayrıldım" - Nahidə Orucova kövrəldi

"Qızımın 12 yaşı olanda ondan ayrıldım" - Nahidə Orucova kövrəldi

ADNSU gənc alimləri işə dəvət edir – 3500 manatadək maaş TƏKLİFİ - FOTO

ADNSU gənc alimləri işə dəvət edir – 3500 manatadək maaş TƏKLİFİ - FOTO

Azərbaycan Kubokunun final matçı bu tarixdə keçiriləcək

Azərbaycan Kubokunun final matçı bu tarixdə keçiriləcək

“ASAN asan yaranmadı” - Osman Gündüz

“ASAN asan yaranmadı” - Osman Gündüz

Telefonunuza bu mesaj gəlibsə, dərhal məlumat verin - Onların yeri axtarılır

Telefonunuza bu mesaj gəlibsə, dərhal məlumat verin - Onların yeri axtarılır

Tarixçilər BDU ilə bağlı daha bir sənəd yaydılar - FOTO

Tarixçilər BDU ilə bağlı daha bir sənəd yaydılar - FOTO

İmtahana gəlməyənlərin, xaric edilənlərin sayı AÇIQLANDI

İmtahana gəlməyənlərin, xaric edilənlərin sayı AÇIQLANDI

Bakının hansı rayonlarında torpaq daha çox bahalaşıb? – SİYAHI

Bakının hansı rayonlarında torpaq daha çox bahalaşıb? – SİYAHI

Meksikada 7,4 bal gücündə zəlzələ oldu

Meksikada 7,4 bal gücündə zəlzələ oldu

“Beşiktaş” Salahla danışıqlara başladı

“Beşiktaş” Salahla danışıqlara başladı

Gəncədə qadın boşanmaq üstündə ərini maşınla vurdu

Gəncədə qadın boşanmaq üstündə ərini maşınla vurdu

Dənizə getmək istəyənlər üçün ÇİMƏRLİK HAVASI

Dənizə getmək istəyənlər üçün ÇİMƏRLİK HAVASI

Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi - VİDEO

Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi - VİDEO

End of content

No more pages to load

RADİO