Sinoptiklərin müxtəlif rəngli hava xəbərdarlığı özünü şimalda göstərməkdədir. Ötən gündən daha da pisləşən qeyri-sabit hava şəraiti özünü ölkənin şimal bölgəsində 20 sm qar yağmaqla göstərib.
Bizim.Media-nın Qubadaki Şimal-Şərq Regional Hidrometereologiya Mərkəzindən əldə etdiyi məlumata görə, Xınalıq kəndindəki meteoroloji məntəqənin ərazisinə 20 sm qar düşüb, -0,5 dərəcə şaxta qeydə alınıb.
Qubanın Qrız kəndində 27, Qusarın Ləzə kəndində 4 sm qar yağması müşahidə edilib.
Qeyri-sabit havanın yaratdığı fəsadlar barədə məlumat hələlik yoxdur.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu