Astarada 9 yaşlı uşağın itməsi ilə baglı axtarış elan olunub.
Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Bildirilib ki, onun tapılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Qeyd edək ki, Astara rayonun Maşxan kənd ərazisində kənd sakini 9 yaşlı Reyhan Məmmədtağı qızı Məmmədzadənin itkin düşdüyü bildirilir. Məlumata görə azyaşlı nitq qüsurludur.
Bizim.Media