Naxçıvanda qadınlar arasında DAVA: Ərini qonşusuna qısqanıb...

Naxçıvanda iki qadının mübahisəsi dava ilə nəticələnib.

Bizim.Media “teleqraf.az”a istinadla xəbər verir ki, hadisə Şərur rayonunun kəndlərindən birində baş verib.

1982-ci il təvəllüdlü Əfsanə şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi Sevilə (adlar şərti verilib - red.) xəsarət yetirib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində izahat verən Əfsanə bildirib ki, Şərur rayonunun kəndində yaşayır:

"İki ildir kənd mədəniyyət evində xadimə işləyirəm. Çalışdığım yerin yaxınlığındakı mağazada Sevil adlı həmkəndlimlə aramızda tez-tez mübahisə olur. O, əri İntiqamla münasibət qurduğumu deyir. Halbuki aramızda heç nə yoxdur".

Əfsanə qeyd edib ki, bu il fevralın 18-də təxminən saat 14 radələrində iş yerinə gedəndə Sevil onu görüb:

"Mənim barəmdə nalayiq ifadələr işlətməyə başladı. Kənarda adamların dayandığını görüb ona heç nə demədim.

Axşam işdən çıxıb evimə gəldim. Həyəti süpürəndə Sevilin yolla evlərinə getdiyini gördüm, onu səslədim, günorta nə üçün mənə söz atdığını soruşdum. O, yenə nalayiq ifadələr işlətdi. Qızım Aysu yanımıza gəldi. Sevil onun saçından tutdu, ünvanına nalayiq sözlər dedi. Mən araya girdim, Sevilin saçından tutdum. O da mənim saçımdan yapışdı. Aysu oradan uzaqlaşıb evə getdi. Sevillə biz dalaşdıq, bir-birimizi vurduq. Axırda mən yerdən şifer parçasını götürüb onun çiyninə zərbə endirdim. Davamız bitdi, mən evimə getdim".

Zərərçəkmiş qismində ifadə verən Sevilin sözlərinə görə, Şərur rayonunun kəndində ticarət mərkəzində satıcı işləyir:

"Fevralın 15-də bibim qızı Ləman vəfat etdiyindən üç gün kənddə olmadım. Fevralın 18-də kəndə qayıtdım, ticarət mərkəzində işimə davam etdim. Saat 18-də işdən çıxdım ki, evə gedim. Yolda qonşum Məmmədlə qarşılaşdım, o, televizorumuzda kanallar itdiyindən məndən kanalların yığılıb-yığılmadığını soruşdu.

Bu barədə söhbət edə-edə evə doğru getməyə başladıq. Əfsanəgilin evinin önündən keçəndə onun qızı və oğlu ilə küçədə dayandığını gördüm. Əfsanə Məmmədə "sən get, mənim Sevillə söhbətim var" dedi. Məmməd də getdi".

Sevilin ifadəsinə görə, Əfsanə onu niyə orda-burda haqqında danışdığı barədə sorğu-sual edib:

"Dedim, sənin haqqında heç nə danışmamışam, bunu sənə kim deyir? Qızı mənim üzərimə gəldi, saçımdan tutub yolmağa başladı. Məni yerə yıxıb üzərimə çıxdılar. Əfsanə məndən iri olduğundan ona gücüm çatmadı. Amma qızının saçını yolmağa başladım. Yerdə olarkən bədən və ayaq nahiyəmə zərbələr endirməyə başladılar.
 

Cibimdən necə çıxdığını bilmədim, amma mobil telefonumu Əfsanənin qızı götürüb yerə çırpdı. Avtomobili ilə yaxınlıqdan keçən qonşumuz Səid mənim döyülməyimi gördü, maşını saxladı, məni onların əlindən aldı. Məni maşına mindirib evimə apardı. Oğlum Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək döyülməyim barədə polisə məlumat verdi".


Şərur Rayon Məhkəməsinin qərarı ilə Əfsanə 350 manat məbləğində inzibati qaydada cərimə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu legioner “Sumqayıt”ı tərk etdi

Bu legioner “Sumqayıt”ı tərk etdi

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Lavrov “The Washington Times”ın jurnalistlərini “vicdansız” adlandırdı

Lavrov “The Washington Times”ın jurnalistlərini “vicdansız” adlandırdı

“Turan Tovuz” İran millisi ilə heç-heçə oynadı

“Turan Tovuz” İran millisi ilə heç-heçə oynadı

Hərbçimiz təlim zamanı həlak oldu - FOTO

Hərbçimiz təlim zamanı həlak oldu - FOTO

Laçında qaban sürüsü göründü – VİDEO

Laçında qaban sürüsü göründü – VİDEO

Mərdəkanda gənc oğlan dənizdə boğuldu

Mərdəkanda gənc oğlan dənizdə boğuldu

Ayselin villası – VİDEO

Ayselin villası – VİDEO

Bakıda separatçıların məhkəməsi: Çıxışlar başa çatdı- FOTO

Bakıda separatçıların məhkəməsi: Çıxışlar başa çatdı- FOTO

Millimiz Tacikistanla yoxlama görüşü keçirəcək

Millimiz Tacikistanla yoxlama görüşü keçirəcək

ABŞ ordusu İranın limanındakı strateji qülləni məhv etdi - VİDEO

ABŞ ordusu İranın limanındakı strateji qülləni məhv etdi - VİDEO

Qaradağda zəncirvari QƏZA: Böyük tıxac yarandı

Qaradağda zəncirvari QƏZA: Böyük tıxac yarandı

Trampın paylaşımları pulla satılacaq - “Truth Social”dan YENİLİK

Trampın paylaşımları pulla satılacaq - “Truth Social”dan YENİLİK

Ömər Eldarov xəstəxanaya yerləşdirildi - AÇIQLAMA

Ömər Eldarov xəstəxanaya yerləşdirildi - AÇIQLAMA

“Araz Naxçıvan” stadion problemi ilə üzləşib

“Araz Naxçıvan” stadion problemi ilə üzləşib

Günün qəhrəmanlarının FOTOLARI

Günün qəhrəmanlarının FOTOLARI

Mikayıl Cabbarov Şavkat Mirziyoyevin qəbulunda - FOTO

Mikayıl Cabbarov Şavkat Mirziyoyevin qəbulunda - FOTO

"Qızımın 12 yaşı olanda ondan ayrıldım" - Nahidə Orucova kövrəldi

"Qızımın 12 yaşı olanda ondan ayrıldım" - Nahidə Orucova kövrəldi

ADNSU gənc alimləri işə dəvət edir – 3500 manatadək maaş TƏKLİFİ - FOTO

ADNSU gənc alimləri işə dəvət edir – 3500 manatadək maaş TƏKLİFİ - FOTO

Azərbaycan Kubokunun final matçı bu tarixdə keçiriləcək

Azərbaycan Kubokunun final matçı bu tarixdə keçiriləcək

“ASAN asan yaranmadı” - Osman Gündüz

“ASAN asan yaranmadı” - Osman Gündüz

Telefonunuza bu mesaj gəlibsə, dərhal məlumat verin - Onların yeri axtarılır

Telefonunuza bu mesaj gəlibsə, dərhal məlumat verin - Onların yeri axtarılır

End of content

No more pages to load

RADİO