7 körpənin öldüyü YANĞINLA bağlı məhkəmə: Zərərçəkənlər məcburi gətiriləcək

“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə zərərçəkənlər ifadə verib.

İş üzrə zərərçəkən qisimdə tanınan Gülbahar Zülfüqarova məhkəmədə bildirib ki, o, mərkəzin Təcili və təxirəsalınmaz Tibbi yardım şöbəsində çalışır:

“Mən orada mamaçayam. Həmin gün növbədə idim. Bizim şöbə birinci mərtəbədə yerləşir. Hadisə dördüncü mərtəbədə baş verib. Mən ora cavabdeh deyiləm. Kimsə dedi ki, 4-cü mərtəbədə yanğın baş verib. Qalxdıq. Soruşdum ki, kiməsə demisiniz? Təkcə, polisə məlumat verdiklərini dedilər. Mən tez aidiyyati orqanlara və Mehriban xanıma məlumat verdim. Daha sonra yenə ora qayıtdım. Qara tüstü ətrafı bürüdü.

Yuxarıda yeriyə bilməyən xəstələr, küvezdə saxlanılan uşaqlar var idi. Onlar həkim nəzarətində olduğundan mənim onları götürməyə və ya yerini dəyişməyə səlahiyyətim yox idi”.

Daha sonra mərkəzin mühafizəçisi Vaqif Hacıyev ifadə verib:

“Mən mərkəzin daxili mühafizəçisiyəm. Mənimlə yanaşı, DİN-in mühafizə xidmətindən də bir şəxs var. Adətən, mərkəzdə xəstə olarkən biz yeməyə gec gedirik. Həmin gün də yeməyə gec getdim. Resepşında çalışan qız mənə zəng etdi. Danışıqdan heç nə anlamadım. Elə bildim dava olub.
 

Ora qaçdım, gördüm heç kim yoxdur. Bilmədim kim idi, amma 4-cü mərtəbədə yanğın olduğunu eşitdim. Balon götürüb 4-cü mərtəbəyə qaçdım. Hamı ora yığışmışdı. Balonla söndürməyə çalışdıq. Ətraf qara tüstü idi. Rəhbərlik ora yanğınsöndürənlərdən öncə gəlmişdi. Yanğının söndürülməsi üçün işlər görürdü. Biz küvezlərin təhlükəsiz yerə aparılması üçün köməklik etdik”.


İfadə verən hər iki şəxs iş üzrə özlərinin zərərçəkən qisimdə tanınmasını istəməyib. Bir neçə zərərçəkən şəxsin məhkəmədə iştirak etmədiyi bildirilib.

Məhkəmə onlar barəsində məcburi gətirmə qərarı qəbul edib. Proses aprel 28-də davam etdiriləcək.

Qeyd edək ki, ötən il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib.

Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
 

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.


Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.
 

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.


Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu legioner “Sumqayıt”ı tərk etdi

Bu legioner “Sumqayıt”ı tərk etdi

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Lavrov “The Washington Times”ın jurnalistlərini “vicdansız” adlandırdı

Lavrov “The Washington Times”ın jurnalistlərini “vicdansız” adlandırdı

“Turan Tovuz” İran millisi ilə heç-heçə oynadı

“Turan Tovuz” İran millisi ilə heç-heçə oynadı

Hərbçimiz təlim zamanı həlak oldu - FOTO

Hərbçimiz təlim zamanı həlak oldu - FOTO

Laçında qaban sürüsü göründü – VİDEO

Laçında qaban sürüsü göründü – VİDEO

Mərdəkanda gənc oğlan dənizdə boğuldu

Mərdəkanda gənc oğlan dənizdə boğuldu

Ayselin villası – VİDEO

Ayselin villası – VİDEO

Bakıda separatçıların məhkəməsi: Çıxışlar başa çatdı- FOTO

Bakıda separatçıların məhkəməsi: Çıxışlar başa çatdı- FOTO

Millimiz Tacikistanla yoxlama görüşü keçirəcək

Millimiz Tacikistanla yoxlama görüşü keçirəcək

ABŞ ordusu İranın limanındakı strateji qülləni məhv etdi - VİDEO

ABŞ ordusu İranın limanındakı strateji qülləni məhv etdi - VİDEO

Qaradağda zəncirvari QƏZA: Böyük tıxac yarandı

Qaradağda zəncirvari QƏZA: Böyük tıxac yarandı

Trampın paylaşımları pulla satılacaq - “Truth Social”dan YENİLİK

Trampın paylaşımları pulla satılacaq - “Truth Social”dan YENİLİK

Ömər Eldarov xəstəxanaya yerləşdirildi - AÇIQLAMA

Ömər Eldarov xəstəxanaya yerləşdirildi - AÇIQLAMA

“Araz Naxçıvan” stadion problemi ilə üzləşib

“Araz Naxçıvan” stadion problemi ilə üzləşib

Günün qəhrəmanlarının FOTOLARI

Günün qəhrəmanlarının FOTOLARI

Mikayıl Cabbarov Şavkat Mirziyoyevin qəbulunda - FOTO

Mikayıl Cabbarov Şavkat Mirziyoyevin qəbulunda - FOTO

"Qızımın 12 yaşı olanda ondan ayrıldım" - Nahidə Orucova kövrəldi

"Qızımın 12 yaşı olanda ondan ayrıldım" - Nahidə Orucova kövrəldi

ADNSU gənc alimləri işə dəvət edir – 3500 manatadək maaş TƏKLİFİ - FOTO

ADNSU gənc alimləri işə dəvət edir – 3500 manatadək maaş TƏKLİFİ - FOTO

Azərbaycan Kubokunun final matçı bu tarixdə keçiriləcək

Azərbaycan Kubokunun final matçı bu tarixdə keçiriləcək

“ASAN asan yaranmadı” - Osman Gündüz

“ASAN asan yaranmadı” - Osman Gündüz

Telefonunuza bu mesaj gəlibsə, dərhal məlumat verin - Onların yeri axtarılır

Telefonunuza bu mesaj gəlibsə, dərhal məlumat verin - Onların yeri axtarılır

End of content

No more pages to load

RADİO