“Şeytan Məkkədə oturub gözləmir ki, milyonlarla adam gəlib ONU DAŞLASIN” - İlahiyyatçı

“Həcc İslamın şərtlərindən biri olaraq namaz, oruc, zəkat kimi ibadət xarakteri daşıyır. Bu maddi imkanı qaydasında olan, orucunu, namazını tam icra edib zəkatını vermiş adamın Məkkədə icra etdiyi ibadətdir. Həcc ibadəti İslamın şərtləri arasında sonuncu yerdədir. Ona görə ki, əvvəlcə müsəlman namaz borcunu, qəzalarını icra edib Allaha borcunu ödəməlidir.

Oruclarının qəzasını yaxud fidyəsini icra etməli, bütün malının zəkatını tam verməli, onun əlinə baxan, ümid gözləyən fəqirlərin haqqını verib haqqına müdaxilə etdiyi, könlünü sındırdığı, qəlbinə dəydiyi, bəlkə də haqqını qəsb etdiyi bütün insanları tapıb hallalıq almalı ondan sonra Məkkəyə üz tutmalıdır”.
 

MÖVZU İLƏ BAĞLI:

Peyğəmbərlər dini, yoxsa siyasi lider funksiyasını daşıyıb? – İlahiyyatçıdan AÇIQLAMA


Bunu Bizim.Media-ya söhbətində ilahiyyatçı Tural İrfan deyib.

Həcc kiçik qiyamətdir

Müsahibimiz qeyd edib ki, Həzrət Muhəmməd salavatullah buyurur ki, Həcc kiçik qiyamətdir:

“Ora üz tutan düşünməlidir ki, sanki qiyamətə gedir. Qiyamətə də hazırlıqsız adamın nə işi var?! Həcc ayini İbrahim peyğəmbər zamanında da icra olunub. Məcazi və bir çox başqa mənaları var. Ağ və yarısı açıq ehram geymək kəfəni bildirir. Həm də varlı - kasıb hamının eyni libasda olması diqqətin yayınmaması üçün şərtdir. Ayaq yalın, baş açıq olmaq da yenə qiyamətin görüntüsünü təmsil edir ki, orada da hamı elə olacaq.

Kəbəni 7 dəfə təvaf etmək insanın 7 aləmdə dövr etməsini, son olaraq da Rəbbinə qovuşduğunun rəmzidir.

1. İnsan ilk dəfə Allahın elmində idi.

2. Sonra ruhlar aləmində qərar tutdu.

3. Atada nütfə halında qərar tutdu.

4. Ana bətnindəki aləmə daxil oldu.

5. Bu dünyaya gəldi.

6. Bərzəx-qəbr aləminə varid getdi.

7. Nəhayət Axirətə, əbədi həyata yetişdi.

Həccdəki təvaf bu silsilənin xatırladılması, insanın həyat fəlsəfəsinin rəmzlərlə yenidən ona təlqin edilməsidir. Səfa və Mərvə arasında qaçmaq zəhmətin, əməyin vacib olduğunu bildirir. Çünki Həcər xanım məhz oğlu İsmayıl üçün bu təpələr arasında qaçaraq səy göstərib. Oturub sadəcə göyə baxaraq dua etməyib”.

Şeytana niyə daş atılır?

“Şeytana daş atmaq, şərin, batilin, bütün mənfi işlərin qarşısında olmaq deməkdir. Təbii ki, şeytan hər il gedib Məkkədə oturub gözləmir ki, milyonlarla adam gəlib onu daşlasın. Bu, rəmzi mənadadır. Əslində insanın öz içindəki mənfi enerjini, xəbisliyi, kini, qəzəbi əlindəki daşla şərin üstünə atması, özünə qaytarmasıdır. Bunu icra edərək sanki içindəki bütün pisliyi, mənfi enerjini şeytana yönəltmiş olur.

Qara Daş və İbrahim Məqamı adlanan yer isə təvafın başlanma nöqtəsinin nişanıdır. Daşı öpmək yaxud əl sürmək vacib deyil, Həcc ayinləri arasında. Bəzi mülahizələrə görə daşın yaddaşı var. Xüsusən də meteorid daşların. Kəbədəki Qara Daşın tərkibi elmi cəhətdən hələ öyrənilməyib. Öpərkən bütün şəxslərin sifətinin fotosunu daşın yaddaşına həkk olunması haqda irəli sürülən mülahizələr ola bilsin, gələcəklə elmi yöndən sübut olunacaq. Məqsəd daşı öpmək və ya sitayiş etmək deyil. Daşa doğru əyilib sifət hissəsini daşa göstərməkdir güzgüyə baxmaq misalı”.

Həcc ziyaərəti turizm lahiyəsi deyil

Tural İrfan hesab edir ki, Həcci ibadət olmaqdan çıxarıb ziyarət, turizm səyahətinə çevirmək də islamı bir başqa yöndən təhrif etməkdir:

“Bəziləri Həcc toplantısını İslam ümmətinın varlı adamlarının illik ümumi yığıncağı kimi xarakterizə edirlər. Təbii ki, ibadətin bir mənası da budur. Amma ümumi məqsəd təkcə bu deyil. Həccin əsas mahiyyətindən biri də dünyanın müxtəlif yerlərindən gəlmiş inanarların orada bir-biri ilə tanış olması, sosial, mədəni əlaqələr qurmasıdır. Müsəlmanların qaynayıb qarışması, vahid ibadət formalarının unudub təhrif olunmaması üçün ildə bir dəfə hamı bir yerə toplaşıb kollektiv şəkildə ibadət edir, namaz qılırlar.

Bu gün demək olar ki, Həccin mahiyyəti təhrif olunaraq İslamın nəzərdə tutduğu məramdan uzaqlaşdırılıb. İmanı, dini, dini mükəlləfiyyəti, əxlaqi səviyyəsi, bu ibadət üçün vacib olan digər məziyyətləri nəzərə alınmadan maddi imkanı olan istənilən adam üçün Həcc qapıları açılıb.

Bu, ən böyük günahlardandır.

25-30 dəfə Həccə gedən var. Hərçənd ki, onların gedişini Həcc də adlandırmaq olmaz. Bəlkə də bunu bildikləri üçün ibadət yox, bu səfəri "ziyarət" adlandırırlar. Ziyarət turizm səfəri kimidir, vacib deyil. İbadət isə vacibdir. Həcc ziyarət yox, ibadətdir. Həcci icra etdikdən sonra Mədinədə Peyğəmbərin məzarına gedib salam - dua etmək isə ziyarətdir. Hansısa məscidə baş çəkmək ziyarətdir.

Həzrət Muhəmməd ömründə bircə dəfə Həcc ibadətini icra edib. İmkanlı müsəlman üçün Həcc etmək ömründə bircə dəfə vacibdir. Zəruri ehtiyac olmadan bir dəfədən artıq getmək doğru deyil. Hər il qapı açıq olsa belə, gərək adamın da həyası-abrı olsun.


Bu ibadəti biznesə, turizm səfərinə, maddi gəlir mənbəyinə, şan-şöhrət vasitəsinə çevirmək həm günah həm də küfrdür. Hər şeydən öncə Həccə gedən maddi cəhətdən əlavə mənəvi kamillik yönündən, sosial cəhətdən də mütləq hazırlıqlı olmalıdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu legioner “Sumqayıt”ı tərk etdi

Bu legioner “Sumqayıt”ı tərk etdi

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Lavrov “The Washington Times”ın jurnalistlərini “vicdansız” adlandırdı

Lavrov “The Washington Times”ın jurnalistlərini “vicdansız” adlandırdı

“Turan Tovuz” İran millisi ilə heç-heçə oynadı

“Turan Tovuz” İran millisi ilə heç-heçə oynadı

Hərbçimiz təlim zamanı həlak oldu - FOTO

Hərbçimiz təlim zamanı həlak oldu - FOTO

Laçında qaban sürüsü göründü – VİDEO

Laçında qaban sürüsü göründü – VİDEO

Mərdəkanda gənc oğlan dənizdə boğuldu

Mərdəkanda gənc oğlan dənizdə boğuldu

Ayselin villası – VİDEO

Ayselin villası – VİDEO

Bakıda separatçıların məhkəməsi: Çıxışlar başa çatdı- FOTO

Bakıda separatçıların məhkəməsi: Çıxışlar başa çatdı- FOTO

Millimiz Tacikistanla yoxlama görüşü keçirəcək

Millimiz Tacikistanla yoxlama görüşü keçirəcək

ABŞ ordusu İranın limanındakı strateji qülləni məhv etdi - VİDEO

ABŞ ordusu İranın limanındakı strateji qülləni məhv etdi - VİDEO

Qaradağda zəncirvari QƏZA: Böyük tıxac yarandı

Qaradağda zəncirvari QƏZA: Böyük tıxac yarandı

Trampın paylaşımları pulla satılacaq - “Truth Social”dan YENİLİK

Trampın paylaşımları pulla satılacaq - “Truth Social”dan YENİLİK

Ömər Eldarov xəstəxanaya yerləşdirildi - AÇIQLAMA

Ömər Eldarov xəstəxanaya yerləşdirildi - AÇIQLAMA

“Araz Naxçıvan” stadion problemi ilə üzləşib

“Araz Naxçıvan” stadion problemi ilə üzləşib

Günün qəhrəmanlarının FOTOLARI

Günün qəhrəmanlarının FOTOLARI

Mikayıl Cabbarov Şavkat Mirziyoyevin qəbulunda - FOTO

Mikayıl Cabbarov Şavkat Mirziyoyevin qəbulunda - FOTO

"Qızımın 12 yaşı olanda ondan ayrıldım" - Nahidə Orucova kövrəldi

"Qızımın 12 yaşı olanda ondan ayrıldım" - Nahidə Orucova kövrəldi

ADNSU gənc alimləri işə dəvət edir – 3500 manatadək maaş TƏKLİFİ - FOTO

ADNSU gənc alimləri işə dəvət edir – 3500 manatadək maaş TƏKLİFİ - FOTO

Azərbaycan Kubokunun final matçı bu tarixdə keçiriləcək

Azərbaycan Kubokunun final matçı bu tarixdə keçiriləcək

“ASAN asan yaranmadı” - Osman Gündüz

“ASAN asan yaranmadı” - Osman Gündüz

Telefonunuza bu mesaj gəlibsə, dərhal məlumat verin - Onların yeri axtarılır

Telefonunuza bu mesaj gəlibsə, dərhal məlumat verin - Onların yeri axtarılır

End of content

No more pages to load

RADİO