“Heç bir təqsirim olmaya-olmaya bu yaşımda mühakimə edilirəm”

71 yaşlı Nazim Xudaverdiyev 35 il dostluq etdiyi şəxsin şikayəti ilə cinayət məsuliyyətinə cəlb olunub. 

Bizim.Media xəbər verir ki, ahıl yaşında haqsız yerə mühakimə edildiyini düşünən vətəndaş “Qafqazinfo”ya müraciət edib. 

Onun sözlərinə görə, ittiham edildiyi hallar üzrə əleyhinə heç bir mötəbər sübut təqdim olunmayıb. N.Xudaverdiyev işinin xüsusilə Məhkəmə-Hüquq Şurası tərəfindən nəzarətə götürülməsini istəyir.

İttihamda yazılıb ki, təqsirləndirilən şəxs “Our Orchards” MMC-nin idarə heyətinin sədri olduğu müddətdə dostu Namiq Məmmədmuradovun etibarından sui-istifadə etməklə ona 153 min 500 manatlıq ziyan vurub. N.Xudaverdiyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittiham elan olunub. Onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.


Bu gün Xudaverdiyev məhkəmənin ədalətli hökm çıxaracağına ümid edir:


“Özünü zərərçəkmiş kimi təqdim edən köhnə dostum müxtəlif vasitələrlə məhkəməyə təsir etməyə çalışır. Hətta bunu çəkinmədən açıq şəkildə dilə gətirir. Məhkəmə də bu hərəkətlərinə görə ona irad bildirir. Mən heç bir təqsirim olmaya-olmaya bu yaşımda mühakimə edilirəm. Əleyhimə heç bir mötəbər sübut təqdim olunmayıb.

Zərərçəkmişin istintaqda və məhkəmədə müxtəlif ifadələr verməsi, şahidlərin əvvəl başqa, məhkəmədə isə başqa cür danışması, eyni zamanda sənəd saxtalaşdırma ilə bağlı irəli sürülmüş ittihamın əsassızlığını sübut edən ekspert rəylərinin mövcudluğu bunun bariz nümunəsidir. Ekspertiza müəyyən edib ki, həmin sənəddəki imzaların heç biri mənə məxsus deyil, amma yenə də ittiham tərəfi əksini iddia edir”.

Müttəhimin vəkili Esmira Tağıyeva isə müdafiə çıxışına hazırdır. Xanım vəkilin sözlərinə görə, əllərində müvəkkilinin təqsirsizliyini təsdiq edən kifayət qədər sübutlar var, növbəti iclasda onlar tək-tək məhkəməyə təqdim ediləcək:

“Elə prosesin gedişini tamamilə dəyişə biləcək sübutlarımız var. Həmçinin biz əlavə şahidlərin hakim qarşısında dindirilməsini istədik. Bu vəsatətimiz də təmin edilib. Lakin müvəkkilimin də dediyi kimi istintaq və məhkəmə mərhələsində müşahidə etdiyimiz təzyiqlər bizi ciddi şəkildə düşündürür. Narahatıq ki, bəzi təzyiqlər nəticəsində 71 yaşlı bir insanın ömrünün son illəri həbsdə keçə bilər. Bu da təkcə hüquqi yox, həm də mənəvi faciə olar”.


Cinayət işini hazırda Mahirə Kərimovanın sədrlik etdiyi hakimlər araşdırır. Müdafiə tərəfi ümid edir ki, məhkəmə bu mürəkkəb prosesin sonunda ədalətli hökm çıxaracaq və haqsızlığa yer olmayacaq.

İşin gedişatını, müdafiə tərəfinin təqdim edəcəyi sübutları və məhkəmənin yekununu izləməyə davam edəcəyik.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu legioner “Sumqayıt”ı tərk etdi

Bu legioner “Sumqayıt”ı tərk etdi

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Lavrov “The Washington Times”ın jurnalistlərini “vicdansız” adlandırdı

Lavrov “The Washington Times”ın jurnalistlərini “vicdansız” adlandırdı

“Turan Tovuz” İran millisi ilə heç-heçə oynadı

“Turan Tovuz” İran millisi ilə heç-heçə oynadı

Hərbçimiz təlim zamanı həlak oldu - FOTO

Hərbçimiz təlim zamanı həlak oldu - FOTO

Laçında qaban sürüsü göründü – VİDEO

Laçında qaban sürüsü göründü – VİDEO

Mərdəkanda gənc oğlan dənizdə boğuldu

Mərdəkanda gənc oğlan dənizdə boğuldu

Ayselin villası – VİDEO

Ayselin villası – VİDEO

Bakıda separatçıların məhkəməsi: Çıxışlar başa çatdı- FOTO

Bakıda separatçıların məhkəməsi: Çıxışlar başa çatdı- FOTO

Millimiz Tacikistanla yoxlama görüşü keçirəcək

Millimiz Tacikistanla yoxlama görüşü keçirəcək

ABŞ ordusu İranın limanındakı strateji qülləni məhv etdi - VİDEO

ABŞ ordusu İranın limanındakı strateji qülləni məhv etdi - VİDEO

Qaradağda zəncirvari QƏZA: Böyük tıxac yarandı

Qaradağda zəncirvari QƏZA: Böyük tıxac yarandı

Trampın paylaşımları pulla satılacaq - “Truth Social”dan YENİLİK

Trampın paylaşımları pulla satılacaq - “Truth Social”dan YENİLİK

Ömər Eldarov xəstəxanaya yerləşdirildi - AÇIQLAMA

Ömər Eldarov xəstəxanaya yerləşdirildi - AÇIQLAMA

“Araz Naxçıvan” stadion problemi ilə üzləşib

“Araz Naxçıvan” stadion problemi ilə üzləşib

Günün qəhrəmanlarının FOTOLARI

Günün qəhrəmanlarının FOTOLARI

Mikayıl Cabbarov Şavkat Mirziyoyevin qəbulunda - FOTO

Mikayıl Cabbarov Şavkat Mirziyoyevin qəbulunda - FOTO

"Qızımın 12 yaşı olanda ondan ayrıldım" - Nahidə Orucova kövrəldi

"Qızımın 12 yaşı olanda ondan ayrıldım" - Nahidə Orucova kövrəldi

ADNSU gənc alimləri işə dəvət edir – 3500 manatadək maaş TƏKLİFİ - FOTO

ADNSU gənc alimləri işə dəvət edir – 3500 manatadək maaş TƏKLİFİ - FOTO

Azərbaycan Kubokunun final matçı bu tarixdə keçiriləcək

Azərbaycan Kubokunun final matçı bu tarixdə keçiriləcək

“ASAN asan yaranmadı” - Osman Gündüz

“ASAN asan yaranmadı” - Osman Gündüz

Telefonunuza bu mesaj gəlibsə, dərhal məlumat verin - Onların yeri axtarılır

Telefonunuza bu mesaj gəlibsə, dərhal məlumat verin - Onların yeri axtarılır

End of content

No more pages to load

RADİO