Həbs edilən sabiq məmurun ŞOK ƏMƏLLƏRİ - 6,5 milyonluq fırıldaq

Dövlət Sosial Müdafiə Fondunun sabiq əməkdaşı 1983-cü il təvəllüdlü Vüsal Əliyevin məhkəməsi yekunlaşıb.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə onun saxta əmək kitabçaları, şəxsiyyət vəsiqələri və digər sənədlər hazırlayaraq ayrı-ayrı vətəndaşlara əsassız olaraq güzəştli şərtlərlə ailə başçısını itirməyə və ya yaşa görə əmək pensiyalarının təyin olunmasına nail olması, nəticədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna məxsus ümumilikdə 6 milyon 500 min manatdan artıq pul vəsaitini ələ keçirməsi bildirilib. 

V.Əliyev əsasən güzəştli kateqoriyalı şəxslərə aid sənədləri saxtalaşdırmağa və özünün müəyyən etdiyi şəxslərə xüsusilə külli miqdarda pensiyanın köçürülməsinə nail olub.

Pensiya köçürülmüş şəxslər arasında onun baldızı və digər qohumları, eləcə də tanışları da olub.

Pullar 2019-cu ilədək müxtəlif bankomatlarda nağdlaşdırılıb. Müəyyən edilib ki, 6,5 milyon manat pul müvafiq olaraq ümumilikdə 16 161, 192 987, 81 066, 293 795, 110 927, 96 089, 410 568, 751 192, 228 974, 217 004, 97 843, 155 097, 119 395, 390 621, 142 157, 56 424, 173 310, 637 490, 338 924, 35 085, 361 072, 152 218, 128 944, 137 143, 221 818, 320 611, 218 290, 99 559, 107 462, 50 872, 40 856, 16 183, 94 369, 11 413, 16 812 və 9 381 manat olmaqla 40-a yaxın şəxsin adına olan kartlara köçürülüb. Bəzi şəxslərin adına saxta yollarla hazırlanmış pensiya sənədləri əsasında 751, 637 min manat kimi böyük məbləğin köçürülməsi diqqət çəkir.
 

Vüsal Əliyev Cinayət Məcəlləsinin 178.4 (dələduzluq xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 313 (vəzifə saxtakarlığı), 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) və digər maddələri ilə yekun ittiham edilib.


Məhkəmə ona 14 il 6 ay həbs cəzası verib. Həmçinin ondan müsadirə edilmiş 270 min manat dövlət hesabına köçürülüb. Bundan başqa Vüsal Əliyevdən 5 milyon 656 min manat pulun tutularaq DSMF-nin hesabına köçürülməsi də hökmdə yer alıb.

Qeyd edək ki, V.Əliyev 16 avqust 2019-cu ildə həbs edilib.

O, 2006-2010-cu illərdə DSMF-nin Səbail rayon şöbəsinin pensiya təyinatı sektorunda məsləhətçi və aparıcı məsləhətçi, 2013-2015-ci illərdə isə qurumun Suraxanı rayon şöbəsinin pensiya təyinatı sektorunda baş məsləhətçi vəzifələrində işləyib.

Xatırladaq ki, həbs edildikdən sonra V.Əliyev onun əleyhinə ifadə vermiş keçmiş iş yoldaşını sifarişlə döydürərək bıçaqlatdırıb. (“Qafqazinfo”)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu legioner “Sumqayıt”ı tərk etdi

Bu legioner “Sumqayıt”ı tərk etdi

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Lavrov “The Washington Times”ın jurnalistlərini “vicdansız” adlandırdı

Lavrov “The Washington Times”ın jurnalistlərini “vicdansız” adlandırdı

“Turan Tovuz” İran millisi ilə heç-heçə oynadı

“Turan Tovuz” İran millisi ilə heç-heçə oynadı

Hərbçimiz təlim zamanı həlak oldu - FOTO

Hərbçimiz təlim zamanı həlak oldu - FOTO

Laçında qaban sürüsü göründü – VİDEO

Laçında qaban sürüsü göründü – VİDEO

Mərdəkanda gənc oğlan dənizdə boğuldu

Mərdəkanda gənc oğlan dənizdə boğuldu

Ayselin villası – VİDEO

Ayselin villası – VİDEO

Bakıda separatçıların məhkəməsi: Çıxışlar başa çatdı- FOTO

Bakıda separatçıların məhkəməsi: Çıxışlar başa çatdı- FOTO

Millimiz Tacikistanla yoxlama görüşü keçirəcək

Millimiz Tacikistanla yoxlama görüşü keçirəcək

ABŞ ordusu İranın limanındakı strateji qülləni məhv etdi - VİDEO

ABŞ ordusu İranın limanındakı strateji qülləni məhv etdi - VİDEO

Qaradağda zəncirvari QƏZA: Böyük tıxac yarandı

Qaradağda zəncirvari QƏZA: Böyük tıxac yarandı

Trampın paylaşımları pulla satılacaq - “Truth Social”dan YENİLİK

Trampın paylaşımları pulla satılacaq - “Truth Social”dan YENİLİK

Ömər Eldarov xəstəxanaya yerləşdirildi - AÇIQLAMA

Ömər Eldarov xəstəxanaya yerləşdirildi - AÇIQLAMA

“Araz Naxçıvan” stadion problemi ilə üzləşib

“Araz Naxçıvan” stadion problemi ilə üzləşib

Günün qəhrəmanlarının FOTOLARI

Günün qəhrəmanlarının FOTOLARI

Mikayıl Cabbarov Şavkat Mirziyoyevin qəbulunda - FOTO

Mikayıl Cabbarov Şavkat Mirziyoyevin qəbulunda - FOTO

"Qızımın 12 yaşı olanda ondan ayrıldım" - Nahidə Orucova kövrəldi

"Qızımın 12 yaşı olanda ondan ayrıldım" - Nahidə Orucova kövrəldi

ADNSU gənc alimləri işə dəvət edir – 3500 manatadək maaş TƏKLİFİ - FOTO

ADNSU gənc alimləri işə dəvət edir – 3500 manatadək maaş TƏKLİFİ - FOTO

Azərbaycan Kubokunun final matçı bu tarixdə keçiriləcək

Azərbaycan Kubokunun final matçı bu tarixdə keçiriləcək

“ASAN asan yaranmadı” - Osman Gündüz

“ASAN asan yaranmadı” - Osman Gündüz

Telefonunuza bu mesaj gəlibsə, dərhal məlumat verin - Onların yeri axtarılır

Telefonunuza bu mesaj gəlibsə, dərhal məlumat verin - Onların yeri axtarılır

End of content

No more pages to load

RADİO