Eksternat imtahan nədir və kimlərə şamil OLUNUR? – RƏSMİ AÇIQLAMA

Azərbaycan qanunvericiliyinə görə, ümumtəhsil məktəblərində təhsil almanın 4 forması var: Əyani, qiyabi, distant və eksternat. 

Maraqlıdır, bəs, eksternat imtahan nədir və o, necə həyata keçirilir?

Mövzu ilə bağlı Bizim.Media-nın sorğusunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi cavablayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Magistraturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!


Bildirilib ki, eksternat imtahanlar "Ümumi orta və tam orta təhsil səviyyələri üzrə sərbəst (eksternat) təhsilalma formasında təhsil alan şəxslərin buraxılış imtahanlarının təşkili haqqında Qaydalar"a uyğun olaraq həyata keçirilir:

“Bu formanın tətbiqi müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməmiş şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi (ümumi orta və ya tam orta təhsil haqqında attestat) almaq üçün şərait yaratmaq məqsədi daşıyır”.

Eksternat təhsilin qaydalarına gəlincə, agentlikdən bildirilib ki, qaydalara əsasən ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verənlərin yaşı 16-dan, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verənlərin isə yaşı 18-dən aşağı olmamalıdır:

“Eksternat imtahanlarla bağlı sənəd qəbulu hər il noyabr-dekabr aylarında, aralıq imtahanları isə yanvar ayının sonlarında təşkil olunur. Aralıq imtahanlarından uğur əldə etmiş şəxslər, DİM-in buraxılış imtahanlarında iştirak edərək təhsil sənədi almaq şansı qazanırlar”.

Məlumatda bu il sözügedən formada imtahan verənlərin sayı da açıqlanıb:

“Bu ilki imtahanlarda Bakı şəhəri və regionlar üzrə ümumilikdə 6 minə yaxın şəxs müraciət edib, onlardan 4959 nəfəri uğurlu nəticə əldə edib”.

Qeyd edək ki, eksternat təhsilalma forması ölkəmizdə 2009-cu ildən tətbiq olunur.

Eksternat təhsildə şagirdlər orta ümumtəhsil məktəblərində musiqi, rəsm kimi fənlər istisna olunmaqla tədris olunan fənlərdən imtahan verirlər.

Hər fənn üzrə 10 sual müəyyənləşdirilir.  İlk mərhələdə 6 fəndən - Ana dili, ədəbiyyat, riyaziyyat, kimya, fizika, informatikadan imtahan verilir. Rus bölməsi əlavə olaraq Azərbaycan dilindən imtahan verir. Daha sonra isə digər 8 imtahan verilir”.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu legioner “Sumqayıt”ı tərk etdi

Bu legioner “Sumqayıt”ı tərk etdi

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Lavrov “The Washington Times”ın jurnalistlərini “vicdansız” adlandırdı

Lavrov “The Washington Times”ın jurnalistlərini “vicdansız” adlandırdı

“Turan Tovuz” İran millisi ilə heç-heçə oynadı

“Turan Tovuz” İran millisi ilə heç-heçə oynadı

Hərbçimiz təlim zamanı həlak oldu - FOTO

Hərbçimiz təlim zamanı həlak oldu - FOTO

Laçında qaban sürüsü göründü – VİDEO

Laçında qaban sürüsü göründü – VİDEO

Mərdəkanda gənc oğlan dənizdə boğuldu

Mərdəkanda gənc oğlan dənizdə boğuldu

Ayselin villası – VİDEO

Ayselin villası – VİDEO

Bakıda separatçıların məhkəməsi: Çıxışlar başa çatdı- FOTO

Bakıda separatçıların məhkəməsi: Çıxışlar başa çatdı- FOTO

Millimiz Tacikistanla yoxlama görüşü keçirəcək

Millimiz Tacikistanla yoxlama görüşü keçirəcək

ABŞ ordusu İranın limanındakı strateji qülləni məhv etdi - VİDEO

ABŞ ordusu İranın limanındakı strateji qülləni məhv etdi - VİDEO

Qaradağda zəncirvari QƏZA: Böyük tıxac yarandı

Qaradağda zəncirvari QƏZA: Böyük tıxac yarandı

Trampın paylaşımları pulla satılacaq - “Truth Social”dan YENİLİK

Trampın paylaşımları pulla satılacaq - “Truth Social”dan YENİLİK

Ömər Eldarov xəstəxanaya yerləşdirildi - AÇIQLAMA

Ömər Eldarov xəstəxanaya yerləşdirildi - AÇIQLAMA

“Araz Naxçıvan” stadion problemi ilə üzləşib

“Araz Naxçıvan” stadion problemi ilə üzləşib

Günün qəhrəmanlarının FOTOLARI

Günün qəhrəmanlarının FOTOLARI

Mikayıl Cabbarov Şavkat Mirziyoyevin qəbulunda - FOTO

Mikayıl Cabbarov Şavkat Mirziyoyevin qəbulunda - FOTO

"Qızımın 12 yaşı olanda ondan ayrıldım" - Nahidə Orucova kövrəldi

"Qızımın 12 yaşı olanda ondan ayrıldım" - Nahidə Orucova kövrəldi

ADNSU gənc alimləri işə dəvət edir – 3500 manatadək maaş TƏKLİFİ - FOTO

ADNSU gənc alimləri işə dəvət edir – 3500 manatadək maaş TƏKLİFİ - FOTO

Azərbaycan Kubokunun final matçı bu tarixdə keçiriləcək

Azərbaycan Kubokunun final matçı bu tarixdə keçiriləcək

“ASAN asan yaranmadı” - Osman Gündüz

“ASAN asan yaranmadı” - Osman Gündüz

Telefonunuza bu mesaj gəlibsə, dərhal məlumat verin - Onların yeri axtarılır

Telefonunuza bu mesaj gəlibsə, dərhal məlumat verin - Onların yeri axtarılır

End of content

No more pages to load

RADİO