28 sentyabr 2018-ci il tarixdə fizika elminə böyük itki üz verib. Azərbaycanın və türk dünyasının böyük fiziki, Azərbaycanda nəzəri fizika elminin yaradıcısı, dünyada tanınmış akademik Firudin Haşımzadə vəfat edib. Bu gün 29 sentyabr 2018-ci il tarixdə Firudin Haşımzadəni ata yurdu Qəbələ rayonunun Zarağan kəndində torpağa taşırdıq... Qəbri nurla dolsun...
Ey Firudin Haşımzadə!
Mənim böyük müəllimim...
Fizika İnstitutunun böyük müəllimi, alimi...
Azərbaycan fiziklərinin müəllimi...
Sən mənə yaxşılıq etdin...
Hamıya yaxşılıq etdin...
Pislik üstümə gələndə...
Pisliklər üstümə göndəriləndə...
Mən əksəriyyəti sınadım...
İnsancıqlar, müəllimciklər, alimciklər...
Məndən qaçdılar...
Onlar üstümə gələn pislikdən qorxdular...
Onlar çörəklərini itirməkdən qorxdular...
Özləri pislik oldular...
Çünki onlar yerlərində deyildilər...
Yalnız SƏN qorxmadın...
Sən yerində olduğunçün qorxmadın...
Sən alim olduğunçün qorxmadın...
İnsan olduğunçün qorxmadın...
Mən səninlə işləyib, elmlər doktoru oldum...
Elmi işlərimə Rusiya, ABŞ, İsrail, Ukrayna, Moldovanın...
Dünya şöhrətli alimləri akademikləri, professorları yüksək rəsmi rəylər yazdılar...
Adamcığazlar, alimciklər...
Özlərinə saxta elektron poçtu açdılar...
Rusiyanın elmi institutlarına yazdılar...
Çoxlu ölkələrin institutlarına, jurnallarına yazdılar...
AAK-a yazdılar... şər və böhtan yazdılar...
Bütün ölkələr və jurnallar...
Pisliklərin cızmaqaralarını zibil yeşiklərinə atdılar...
Çünki sənin elmin vardı...
Mən səninlə birgə zənginləşdim...
Pislik məğlub oldu...
Sən rəsmən akademik olsan da...
Akademik titulundan yuxarıda durmusan...
Sən İnsan olmusan, Sən alim olmusan...
Yetirdiyin alimlər yüksək bilik sahibidilər...
Sən Azərbaycan ədəbiyyatını,
Dünya ədəbiyyatını,
Azərbaycan tarixini,
Dünya tarixini, siyasəti
Dərindən bilən bir fizik, bir alim idin...
Səninlə danışan insan zənginləşirdi...
Böyük fiziklərimizdən olan Bəhram Əsgərov mənə demişdi ki,
O da Səninlə danışanda zənginləşir...
Azərbaycanda fizika elminin yaradıcısı
Həsən Abdullayev də səni yüksək qiymətləndirirdi...
Səninlə məzmunsuz və boş-boş danışmaq mümkün deyildi...
Səninlə danışanlar hazırlaşmalı idilər...
Sən insanlara, alimlərə akademiklərə nümunə idin...
Sən yaxşılıq üçün doğulmuşdun,
Sən yaxşılıq mücəssəməsi idin...
Allah Sənə rəhmət etsin...
Ey Firudin Haşımzadə...
Allah varsa, Cənnət də var.
Sənin yerin Cənnətdi...
Prof.Dr. Qüdrət İsaqov