Beynəlxalq Ekoenergetika Akademiyasının Gəncə şəhərində yaradılan yeni bölməsinə müdir təyinatı olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Gəncə Dövlət Universitetinin Ekologiya və təbiəti mühafizə kafedrasının kafedra müdiri, professor Sevda Əhmədova həm də akademiyanın yerli bölməsinə rəhbərlik edəcək.
Qeyd edək ki, 1999-cu ildən Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Ekoenergetika Akademiyası, respublikamızda ekoloji-energetik problemlərin həllinə yönəldilmiş elmi tədqiqatlara, təcrübi konkstruktor və texniki işlərə kömək etmək məqsədi ilə yaradılıb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu