Xəbər verdiyimiz kimi, paytaxtın Yasamal rayonu Alatava ərazisində tikinti işi aparan şirkət sakinlər evdə ola-ola evin bir hissəsini dağıdıb.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Məlumata görə, ərazidə tikinti "Melissa Group" tərəfindən aparılıb.
Məsələ ilə bağlı "Melissa Group"dan verilən açıqlamada hadisənin araşdırıldığı bildirilib:
"Məsələ aidiyyəti bölməyə bildirilib. Hazırda araşdırma gedir. Tərəfimizdən geri dönüş olunacaq"- şirkətdən deyilib. (Mənbə: Yeni Sabah)
Bizim.Media