Şəkidə bıçaqlanma olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şəki şəhərində 16 yaşlı yeniyetmə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla həmyaşıdına xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Müvafiq ekspertiza təyin olunub və araşdırmalar aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu