Gəncədə Nizami prospektində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların kimliyi məlum olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə zamanı 1998-ci il təvəllüdlü Ə.A. və 2001-ci təvəllüdlü R.Ə. müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya çatdırılıb və onlara tibbi yardım göstərilib.
İlkin ehtimala görə, qəzaya səbəb yağışlı havada yolun sürüşkənliyi olub.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu