Gəncədə itkin düşən 15 yaşlı yeniyetmə tapılıb.
Bizim.Media-nın yerli bürosu DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 2010-cu il təvəllüdlü Yəhya Yaqubov yaşadığı evdən çıxaraq geri qayıtmamışdı.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbilər nəticəsində şəxin yeri müəyyən edilərək ailəsinə təhvil verilib.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu