Ukrayna Silahlı Qüvvələrinin yeni Baş komandanı Mixaylo Drapatıy Rusiya və ruslar barədə sərt fikirlər səsləndirib.
Bizim.Media xəbər verir ki, o, Rusiyanın Ukrayna üçün qonşu sayıla bilməyəcəyini bildirib.
“Biz görürük ki, bunu qonşu adlandırmaq olmaz. Bu, rəhbərliyi ilə birlikdə mövcud olmağa haqqı olmayan bir millətdir. Orada minilliklər ərzində nə düşüncə tərzi, nə də imperiya iddialarına əsaslanan davranış dəyişib”, – deyə Drapatıy vurğulayıb.
Bizim.Media