Estoniyanın Rannarootsi ət şirkətinin yeni qril məhsulu üçün hazırladığı reklam sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Bizim.Media xəbər verir ki, reklam posterində Ukrayna bayraqları tutan iki nəfərin Rusiyanın neft emalı zavodlarına endirilən zərbələrin nəticələrini xatırladan fonda ət bişirdiyi əks olunub.
Plakatda "Düzgün qril acı soğanı şirinə çevirir" şüarı yer alıb.
Rusdilli istifadəçilərin bir hissəsi reklamı təhqiramiz hesab edib. Buna səbəb eston dilində "sibul" sözünün həm "soğan" mənasını verməsi, həm də bəzi hallarda ruslara qarşı alçaldıcı ləqəb kimi işlədilməsidir.
Bununla belə, estoniyalıların əksəriyyəti reklamı siyasi yumor nümunəsi kimi qiymətləndirib. Bəzi istifadəçilər isə şirkətə dəstək əlaməti olaraq onun məhsullarını alacaqlarını bildiriblər.

Bizim.Media