Rusiyalı turist Vyetnamda istirahət etdikdən sonra ayağında aşkar edilən parazit sürfələri səbəbindən xəstəxanaya yerləşdirilib.
Bizim.Media xəbər verir ki, Moskva vilayətinin Ximki şəhərindən olan 26 yaşlı qadın Vyetnamdan qayıtdıqdan dərhal sonra ayağındakı şiddətli ağrılar səbəbindən həkimə müraciət edib.
Məlumata görə, turist qışı Cənub-Şərqi Asiya ölkələrində keçirib. Hadisənin Vyetnamın Fukok adasındakı Baysau çimərliyində baş verdiyi ehtimal olunur.
Bildirilir ki, qadın burada qum birələrinin hücumuna məruz qalıb və parazitlər dabanı və diz nahiyəsinin yumşaq toxumalarına sürfə qoyublar.
Həkimlər turistin ayağından ümumilikdə 8 parazit sürfəsi çıxarıblar.

Bizim.Media