UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Ararat-Armeniya" - "Şemrok Rovers" (İrlandiya) matçında (2:0) erməni azarkeşlər təxribata əl atıblar.
Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, ev sahibi komandanın tribunalarında Qarabağ ermənilərinin əski parçası dalğalandırılıb.
Məsələ ilə bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mövqeyini öyrəndik.
Qurumun mətbuat xidmətinin rəhbəri Murad Axundov açıqlamasında bildirib ki, məsələdən xəbərdardırlar:
"Bununla bağlı müvafiq şikayət UEFA-ya göndərilib".
Bizim.Media