SON DƏQİQƏ! Neft Emalı Zavodundakı yanğınla bağlı DTX-də cinayət işi başlandı – TUTULAN VAR

Neft Emalı Zavodunda baş vermiş yanğın hadisəsi ilə bağlı DTX-də cinayət işi başlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb.

5 mart 2025-ci ildə Bakı şəhərinin Nizami rayonu ərazisində yerləşən SOCAR Neft Emalı Zavodunda baş vermiş yanğın hadisəsi ilə bağlı aidiyyəti dövlət orqanları ilə birgə kompleks tədbirlər həyata keçirilib.

İlkin araşdırmalar zamanı müəyyən edilib ki, SOCAR Neft Emalı Zavodunun 2 nömrəli istehsalat sahəsinin 21 nömrəli ilkin emal qurğusunun N-21/1 saylı nasos sisteminin iş planına uyğun təmirə hazırlanması prosesində müvafiq təhlükəsizlik qaydalarına əməl edilməyib. 

Belə ki, növbə qəbulu zamanı nasosda mazut axınının davam etməsi barədə birbaşa xəbərdaredici yazılı məlumat verilməsinə baxmayaraq, 4-5 mart 2025-ci il tarixlərində olan növbə heyəti qurğunu təmirə tam hazır vəziyyətə gətirmədən və borunun ağır dizel fraksiyası ilə təmizlənərək boş olmasını təmin etmədən təmir-bərpa qrupuna təhvil verib.

Nəticədə nasos avadanlığı ümumi qurğudan təmir məqsədilə ayrılarkən tezalışan mazut kütləsinin borudan təzyiq altında sızaraq, alovlanıb geniş ərazini əhatə edən yanğın yaratması insanların həyat və sağlamlığına ciddi təhlükə doğurub, ilkin emal qurğusunun istismardan çıxarılmasına, ətrafda olan konstruksiyaların yanmasına və əlaqəli digər texniki qurğuların sıradan çıxmasına, habelə yanacaq materiallarının istehsalı prosesində fasilələr yaranmasına və maddi ziyan vurulmasına səbəb olub.

Bundan başqa, 8 mart 2025-ci il tarixində yanğının nəticələrinin aradan qaldırılması və qurğunun təmirə hazırlanması prosesi çərçivəsində eyni növbə heyəti tərəfindən həmin ilkin emal qurğusunun borularında və qurğuda olan dizel məhsulunun boşaldılması zamanı təhlükəsizlik qaydaları pozulub, ərazidə qaynaq işləri aparılmasına baxmayaraq, dizel məhsulu emal qurğusunun yerləşdiyi torpaq sahəsinə axıdılıb, bununla da təkrar yanğın təhlükəsi yaranıb, müəssisədə iş prosesi pozulmuş və maddi ziyan vurulub.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə növbə heyəti rəhbəri, baş operator Qarayev Sadiq Hümbət oğlu saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarının pozulması) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanın smartfon aldığı ölkələr – Lider KİMDİR?

Azərbaycanın smartfon aldığı ölkələr – Lider KİMDİR?

Ermənilərdən TƏXRİBAT: AFFA hərəkətə keçdi

Ermənilərdən TƏXRİBAT: AFFA hərəkətə keçdi

Çexiyada furqon qatarla toqquşdu: Xəsarət alanlar var

Çexiyada furqon qatarla toqquşdu: Xəsarət alanlar var

Tacir Şahmalıoğlu Bakıdan köçür

Tacir Şahmalıoğlu Bakıdan köçür

Qarabağ atlarının sayı açıqlandı - RƏSMİ

Qarabağ atlarının sayı açıqlandı - RƏSMİ

"Brent" neftin qiyməti 100 dolları ÖTDÜ

"Brent" neftin qiyməti 100 dolları ÖTDÜ

ADY sərnişin qatarlarına daş atanlarla bağlı MƏLUMAT YAYDI - VİDEO

ADY sərnişin qatarlarına daş atanlarla bağlı MƏLUMAT YAYDI - VİDEO

Bakının iki rayonunda QAZ OLMAYACAQ

Bakının iki rayonunda QAZ OLMAYACAQ

Azərbaycandakı universitetlərin birinə magistr qəbulu LƏĞV EDİLDİ

Azərbaycandakı universitetlərin birinə magistr qəbulu LƏĞV EDİLDİ

İkili diplom almaq istəyənlər üçün ƏLA FÜRSƏT

İkili diplom almaq istəyənlər üçün ƏLA FÜRSƏT

Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU

Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU

Bu vaxtı doğulan uşaqlar daha ağıllı olur

Bu vaxtı doğulan uşaqlar daha ağıllı olur

Reklam çarxı rusiyalıların etirazına səbəb oldu - FOTO

Reklam çarxı rusiyalıların etirazına səbəb oldu - FOTO

"Ukrayna Azərbaycandan nümunə götürməlidir" – Qordon və Batsmanın ölkəmizlə bağlı TƏƏSSÜRATLARI – VİDEO

"Ukrayna Azərbaycandan nümunə götürməlidir" – Qordon və Batsmanın ölkəmizlə bağlı TƏƏSSÜRATLARI – VİDEO

Yaponiyalı futbolçu “Kəpəz”dən GETDİ

Yaponiyalı futbolçu “Kəpəz”dən GETDİ

Ukraynanın yeni Baş komandanı: “Ruslar mövcud olmağa haqqı olmayan millətdir” – VİDEO

Ukraynanın yeni Baş komandanı: “Ruslar mövcud olmağa haqqı olmayan millətdir” – VİDEO

Telefon oyuncaqdır, yoxsa təhlükə? - Baş Prokurorluq “Media Masası”nda eksklüziv rəqəmlər açıqlayacaq – VİDEO

Telefon oyuncaqdır, yoxsa təhlükə? - Baş Prokurorluq “Media Masası”nda eksklüziv rəqəmlər açıqlayacaq – VİDEO

Səbaildə illərdir yararsız olan yolun təmiri ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Səbaildə illərdir yararsız olan yolun təmiri ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Hər iki adamdan biri sosial şəbəkələrdə özünü varlı kimi göstərir - SORĞU

Hər iki adamdan biri sosial şəbəkələrdə özünü varlı kimi göstərir - SORĞU

Tramp İran və husiləri bir daha HƏDƏLƏDİ: “Əgər bunu etsələr…”

Tramp İran və husiləri bir daha HƏDƏLƏDİ: “Əgər bunu etsələr…”

Britaniyadan sonra Fransa da Tehrandakı səfirliyinin əməkdaşlarını təxliyə etdi

Britaniyadan sonra Fransa da Tehrandakı səfirliyinin əməkdaşlarını təxliyə etdi

Vyetnamdan qayıdan turistin başına gələnlər görənləri heyrətləndirdi - FOTO

Vyetnamdan qayıdan turistin başına gələnlər görənləri heyrətləndirdi - FOTO

Müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlar BU TARİXDƏ ödəniləcək

Müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlar BU TARİXDƏ ödəniləcək

Ağcaqanadlardan qorunmağın yeni ÜSULU tapılıb

Ağcaqanadlardan qorunmağın yeni ÜSULU tapılıb

End of content

No more pages to load

RADİO