Manatın məzənnəsi ilə bağlı MÜHÜM AÇIQLAMA

Mərkəzi Bank xəbər verir ki, 28.02.2025-ci il tarixində pul bazası 19 milyard 842 milyon manat təşkil edib. Bu da o deməkdir ki, 2025-ci ilin fevral ayında Azərbaycanda pul bazası 282,1 milyon manat və ya 1,4% azalıb.

Nəzərə alaq ki, 2025-ci ilin yanvar ayında pul bazası 792,4 milyon manat və ya 3,8% azalmışdı.

Pul bazası 29.12.2024-cü il tarixində 20 milyard 916.5 milyon manat, 31.01.2025-ci il tarixində isə 20 milyard 124.1 milyon manat təşkil etmişdi. 
 

MÖVZU İLƏ BAĞLI:

1 dollar 1,08 manat OLACAQ?


Məlumat üçün bildirək ki, pul bazası dedikdə Pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.

Qeyd edək ki, pul kütləsi dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.

Bəs, pul bazasının kiçilməsinin hansı fəsadları ola bilər?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Fuad İbrahimov deyib ki, pul bazasında azalma var, amma bu ciddi rəqəm deyil:

“Bu amildən müsbət mənada yararlanmaq olar. Belə bir fikir var ki, dövriyyədəki pul kütləsi azalanda iqtisadiyyat kiçilir. Çünki kapital azaldıqca iqtisadiyyat sıxılır. Nəzərə alaq ki, pul bazasının azalması həm də bir alətdir. Bu alətdən istifadə edib infilyasiyanın qarşısını alırlar.

Həmçinin valyutanın məzənnəsinə təsir edən alət kimi də pul kütləsinin azalmasından istifadə edilir. Amma real vəziyyətə dediyimiz amillərin heç bir aidiyyatı yoxdur. Pul kütləsinin azalmasının səbəbi odur ki, il yeni başlayıb. Büdcə xərclərinin hərəkətə gəlməsində müəyyən yubanmalar olub. Bu da pul dövriyyəsinin azalmasına şərait yaradıb.


Maaş, pensiya və digər müavinətlər verilsə də, bəzi sahələrə, məsələn əsaslı kapital qoyuluşuna vəsaitin xərclənməsində ləngimələr var. Bu da hər ilin başlanğıcında təsadüf etdiyimiz reallıqdır. Əgər pul dövriyyəsinin kiçilməsi 4-5 ay davam edərsə, yalnız o zaman narahat olmağa dəyər. Hələlik, belə bir ehtimal yoxdur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanın smartfon aldığı ölkələr – Lider KİMDİR?

Azərbaycanın smartfon aldığı ölkələr – Lider KİMDİR?

Ermənilərdən TƏXRİBAT: AFFA hərəkətə keçdi

Ermənilərdən TƏXRİBAT: AFFA hərəkətə keçdi

Çexiyada furqon qatarla toqquşdu: Xəsarət alanlar var

Çexiyada furqon qatarla toqquşdu: Xəsarət alanlar var

Tacir Şahmalıoğlu Bakıdan köçür

Tacir Şahmalıoğlu Bakıdan köçür

Qarabağ atlarının sayı açıqlandı - RƏSMİ

Qarabağ atlarının sayı açıqlandı - RƏSMİ

"Brent" neftin qiyməti 100 dolları ÖTDÜ

"Brent" neftin qiyməti 100 dolları ÖTDÜ

ADY sərnişin qatarlarına daş atanlarla bağlı MƏLUMAT YAYDI - VİDEO

ADY sərnişin qatarlarına daş atanlarla bağlı MƏLUMAT YAYDI - VİDEO

Bakının iki rayonunda QAZ OLMAYACAQ

Bakının iki rayonunda QAZ OLMAYACAQ

Azərbaycandakı universitetlərin birinə magistr qəbulu LƏĞV EDİLDİ

Azərbaycandakı universitetlərin birinə magistr qəbulu LƏĞV EDİLDİ

İkili diplom almaq istəyənlər üçün ƏLA FÜRSƏT

İkili diplom almaq istəyənlər üçün ƏLA FÜRSƏT

Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU

Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU

Bu vaxtı doğulan uşaqlar daha ağıllı olur

Bu vaxtı doğulan uşaqlar daha ağıllı olur

Reklam çarxı rusiyalıların etirazına səbəb oldu - FOTO

Reklam çarxı rusiyalıların etirazına səbəb oldu - FOTO

"Ukrayna Azərbaycandan nümunə götürməlidir" – Qordon və Batsmanın ölkəmizlə bağlı TƏƏSSÜRATLARI – VİDEO

"Ukrayna Azərbaycandan nümunə götürməlidir" – Qordon və Batsmanın ölkəmizlə bağlı TƏƏSSÜRATLARI – VİDEO

Yaponiyalı futbolçu “Kəpəz”dən GETDİ

Yaponiyalı futbolçu “Kəpəz”dən GETDİ

Ukraynanın yeni Baş komandanı: “Ruslar mövcud olmağa haqqı olmayan millətdir” – VİDEO

Ukraynanın yeni Baş komandanı: “Ruslar mövcud olmağa haqqı olmayan millətdir” – VİDEO

Telefon oyuncaqdır, yoxsa təhlükə? - Baş Prokurorluq “Media Masası”nda eksklüziv rəqəmlər açıqlayacaq – VİDEO

Telefon oyuncaqdır, yoxsa təhlükə? - Baş Prokurorluq “Media Masası”nda eksklüziv rəqəmlər açıqlayacaq – VİDEO

Səbaildə illərdir yararsız olan yolun təmiri ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Səbaildə illərdir yararsız olan yolun təmiri ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Hər iki adamdan biri sosial şəbəkələrdə özünü varlı kimi göstərir - SORĞU

Hər iki adamdan biri sosial şəbəkələrdə özünü varlı kimi göstərir - SORĞU

Tramp İran və husiləri bir daha HƏDƏLƏDİ: “Əgər bunu etsələr…”

Tramp İran və husiləri bir daha HƏDƏLƏDİ: “Əgər bunu etsələr…”

Britaniyadan sonra Fransa da Tehrandakı səfirliyinin əməkdaşlarını təxliyə etdi

Britaniyadan sonra Fransa da Tehrandakı səfirliyinin əməkdaşlarını təxliyə etdi

Vyetnamdan qayıdan turistin başına gələnlər görənləri heyrətləndirdi - FOTO

Vyetnamdan qayıdan turistin başına gələnlər görənləri heyrətləndirdi - FOTO

Müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlar BU TARİXDƏ ödəniləcək

Müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlar BU TARİXDƏ ödəniləcək

Ağcaqanadlardan qorunmağın yeni ÜSULU tapılıb

Ağcaqanadlardan qorunmağın yeni ÜSULU tapılıb

End of content

No more pages to load

RADİO