Elmar Vəliyevin adamı sahibkarın 1,5 milyonunu mənimsəyib - yeni faktlar

Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin bu günlərdə işdən çıxarılan rəisi, sabiq başçı Elmar Vəliyevin “sağ əli”, “torpaq alverçisi” kimi tanınan Məharət Mustafayevin qanunsuz əməlləri barədə “Yeni Müsavat”ın ötən saylarında yazılmışdı. Həmin məqalələrdə onun Gəncədə vətəndaşlara saxta sənədlə torpaq verməsi, müxtəlif adamlardan pul alıb, sonra aldatması ilə bağlı çoxsaylı faktların olduğunu bildirmişdik.

Məharət Mustafayev haqda musavat.com-a növbəti ilginc məlumatlar daxil olub. Xəbəri verən mənbə deyir ki, M.Mustafayevin Elmar Vəliyevə arxalanaraq törətdiyi qanunsuzluqların sayı-hesabı yoxdur. Mənbə iddia edir ki, M.Mustafayevin adı uzun illər törədilmiş qətl işində də keçir. Amma bu haqda dəqiqləşdirmələr apara bilmədiymizdən həmin məsələnin detallarını dərc etmirik.

Qaynaq qeyd edir ki, Məharət Mustafayev Gəncənin Nizami rayonunun icra başçısı olarkən, habelə o vəzifədən azad edilib Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi işlədiyi müddətdə bir neçə təmir-tikinti şirkətinin sahibinin başına müsibətlər gətirib: “Məharət Mustafayev kriminal davranışlı adamdır. O, hətta bir neçə il öncə Elmar Vəliyevə xoş gəlsin deyə, Gəncədə abadlıq işləri aparan, lakin müəyyən səbəbdən 1-2 gün işi gec yekunlaşdıran şirkətin rəhbər şəxslərini başının dəstəsi ilə şəhərin ortasında döymüşdü. Bir neçə şirkətə isə Gəncədə abadlıq işləri gördürərək, pullarını verməyib”.

MÃx89Âx99harÃx89Âx99t

Mənbə daha sonra bildirir ki, Məharət Mustafayevin problemlər yaratdığı şirkət rəhbərlərindən biri də Nizami Həsənovdur. Sitat: “Nizami Həsənovun ”Kolani MMC" adlı şirkəti var. O, çox yaxşı, bacarıqlı mühəndisdir və gördüyü işlər hamının xoşuna gəlib. Onun şirkəti Gəncənin abadlaşdırılması işinə cəlb edilmişdi. Nizami Həsənov 2011-2013-cü illər ərzində Gəncədə Dram Teatrını, Filarmoniya binasını tam, əsaslı təmir edib. Həmçinin şəhərin bir sıra ərazilərinin abadlaşdırılması işini görüb, Heydər Parkının təmirini edib. Həmin vaxt Məharət Mustafayev Nizami Rayon İcra Hakimiyyətinin başçısı idi və “Kolani MMC”nin sifarişçisi də onun rəhbərlik etdiyi icra hakimiyyəti idi. Faktiki olaraq, dövlət sifarişi ilə görülən işlər üzrə tərtib olunan “Forma-2" adlı sənəd məhz Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin o vaxtkı başçısı Məharət Mustafayevin imzası və möhürü ilə təsdiqlənib. Həmin vaxt Nizami Həsənov işləri görüb, başa çatdırandan sonra ona yaranmış 1 milyon 538 min manat borcu ödəmək istəmədilər. Baxmayaraq ki, Məharət Mustafayev imza ataraq, möhür vuraraq ”Forma-2"də yazıb ki, “Kolani MMC”yə 1 milyon 538 min manat borcu var, onu qısa müddətdə ödəyəcək. İş adamına, sadəcə, söz verdilər, 1 manat da olsun pul vermədilər".

elmar

Mənbə bildirir ki, bundan sonra Nizami Həsənov tam müflis olub, şirkəti iflic vəziyyətə düşüb. Abadlıq işləri üçün işlədilən tikinti materiallarını müxtəlif firmalardan nisyə götürdüyü üçün həmin firmalara küllü miqdarda borcu yaranıb. Mənbə həmçinin iddia edir ki, Nizami Həsənovu nisyə tikinti materialları aldığı adamlar sıxışdırırdı. İş adamı təzyiqlərə dözməyərək intihara cəhd etmişdi. Son anda onu xilas etmək mümkün olmuşdu. Sitat: “Bundan sonra Elmar Vəliyev səs-küy yaranacağından ehtiyatlanaraq, onu yanına çağırıb borcun əvəzində Gəncə ətrafında 150 hektar torpaq təklif etmişdi. Ora isə tam yararsız bir ərazi idi, nə satmağa yarayırdı, nə də əkin-biçinə. Nizami Həsənov oranı borc əvəzinə götürməyib ki, ona şirkətlərə ödəməyə nağd pul lazımdır. Bundan sonra Məharət Mustafayev demişdi ki, ”indi heç torpağı da vermirik, get nə bilirsən elə". Faktiki olaraq Məharət Mustafayev dövlətin təmir-tikinti üçün ayırdığı, “Kolani MMC”yə verilməli olan 1 milyon 538 min manatı mənimsəyib. Nizami Həsənov da bu gün çox ağır bir durumdadır, 5 ildir onun başına müsibətlər gətiriblər".

Ãx84°lgili

Mənbə bildirib ki, Məharət Mustafayevin əməlləri bununla bitmir: “Onun borclu olduğu, daha doğrusu, dövlət layihəsi üzrə iş gördürüb xeyli pulunu mənimsədiyi digər şirkətlər də var. Həmçinin Məharət Mustafayev işdən çıxarılandan sonra Gəncədə yüzlərlə vətəndaş müxtəlif aidiyyəti qurumlara şikayət edərək bildirib ki, Məharət Mustafayev onlara torpaq satıb, ancaq sənəd verməyib, yaxud pullarını alıb, torpaq sahəsi verməyib”.

Qaynaq qeyd edir ki, yeni icra başçısı Niyazi Bayramovun göstərişi ilə Məharət Mustafayevin əməllərinin araşdırılması üçün yaradılan komissiya işini davam etdirir: “Heç şübhəsiz ki, Məharət Mustafayev yol verdiyi ağlasığmaz qanunsuzluqlara, ağır cinayət xarakterli əməllərə görə cavab verəcək”.

Redaksiya yazıda adları keçən şəxslərin mövqeyini dinləməyə, qəzetdə çap etməyə hazırdır.(musavat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qəbələyə gedən qatarlar Kürdəmirdə də DAYANACAQ

Qəbələyə gedən qatarlar Kürdəmirdə də DAYANACAQ

Məşhur qlobal marka “McDonald’s” “Abşeron” Ticarət Mərkəzində fəaliyyətə başlayacaq

Məşhur qlobal marka “McDonald’s” “Abşeron” Ticarət Mərkəzində fəaliyyətə başlayacaq

Portuqaliyalı baş məşqçi Bakı metrosunda GÖRÜNTÜLƏNDİ – FOTO

Portuqaliyalı baş məşqçi Bakı metrosunda GÖRÜNTÜLƏNDİ – FOTO

Üç gün əvvəl pəncərədən yıxılan tələbə HƏYATINI İTİRDİ – FOTO

Üç gün əvvəl pəncərədən yıxılan tələbə HƏYATINI İTİRDİ – FOTO

Nazirlik "Dr.Gülü" ilə bağlı araşdırma apardı - Bir çox gizlinlərin üstü açıldı

Nazirlik "Dr.Gülü" ilə bağlı araşdırma apardı - Bir çox gizlinlərin üstü açıldı

Sülh prosesi fonunda “BİNOKL DİPLOMATİYASI” - Səlibçi təfəkkürü, yoxsa neokolonial siyasət?

Sülh prosesi fonunda “BİNOKL DİPLOMATİYASI” - Səlibçi təfəkkürü, yoxsa neokolonial siyasət?

Akif İslamzadənin SON DURUMU

Akif İslamzadənin SON DURUMU

“Yermak bir neçə saat sonra AZADLIQDA OLACAQ”

“Yermak bir neçə saat sonra AZADLIQDA OLACAQ

Pensiyaçılara ŞAD XƏBƏR

Pensiyaçılara ŞAD XƏBƏR

Sənədsiz idarə olunan mopedləri belə məhv etdilər – VİDEO

Sənədsiz idarə olunan mopedləri belə məhv etdilər – VİDEO

Aqil Şirinov: “Müasir dünyada ailə dəyərləri bir çox təhdidlərlə üz-üzədir”

Aqil Şirinov: “Müasir dünyada ailə dəyərləri bir çox təhdidlərlə üz-üzədir”

Rusiyadan Ermənistana səfər edən vətəndaşlarına XƏBƏRDARLIQ

Rusiyadan Ermənistana səfər edən vətəndaşlarına XƏBƏRDARLIQ

Dünyanın ən yüksək dağı Everest deyilmiş

Dünyanın ən yüksək dağı Everest deyilmiş

Azyaşlı sahibsiz itlərin hücumundan son anda xilas oldu – ANBAAN VİDEO

Azyaşlı sahibsiz itlərin hücumundan son anda xilas oldu – ANBAAN VİDEO

Prezident paraqvaylı həmkarını TƏBRİK ETDİ

Prezident paraqvaylı həmkarını TƏBRİK ETDİ

Nəriman oynadı, komandası məğlub oldu - VİDEO

Nəriman oynadı, komandası məğlub oldu - VİDEO

Bakıda yeni avtobuslar FƏALİYYƏTƏ BAŞLADI – Bu şəxslər üçün ödənişsizdir

Bakıda yeni avtobuslar FƏALİYYƏTƏ BAŞLADI – Bu şəxslər üçün ödənişsizdir

Hikmət Hacıyev: “BMT Təhlükəsizlik Şurasında Qlobal Cənubun ədalətli təmsilçiliyi təmin edilməlidir”

Hikmət Hacıyev: “BMT Təhlükəsizlik Şurasında Qlobal Cənubun ədalətli təmsilçiliyi təmin edilməlidir”

Aeroport yolunda yük maşını yanır – ANBAAN VİDEO

Aeroport yolunda yük maşını yanır – ANBAAN VİDEO

Çin İrana silahları bu ölkələr vasitəsilə göndərib – SENSASİON İDDİA

Çin İrana silahları bu ölkələr vasitəsilə göndərib – SENSASİON İDDİA

Hikmət Hacıyev: “Bəzi ölkələr dekolonizasiya məsələsinə müqavimət göstərirlər”

Hikmət Hacıyev: “Bəzi ölkələr dekolonizasiya məsələsinə müqavimət göstərirlər”

Trampdan Si Cinpinə: “Siz böyük lidersiniz” – VİDEO

Trampdan Si Cinpinə: “Siz böyük lidersiniz” – VİDEO

Bakıda Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyası keçirilir – FOTO

Bakıda Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyası keçirilir – FOTO

Xəlil Ələkbərovun 75 illik yubileyi: Zəhmət, peşəkarlıq və xidmət yolu

Xəlil Ələkbərovun 75 illik yubileyi: Zəhmət, peşəkarlıq və xidmət yolu

End of content

No more pages to load

RADİO