Türkiyənin Hatay vilayətində küçədə təkbaşına gedən 7 yaşlı uşaq sahibsiz itlərin hücumuna məruz qalıb.
Bizim.Media GDH nəşrinə istinadla xəbər verir ki, hadisə təhlükəsizlik kameraları tərəfindən lentə alınıb.
Uşağın anası Fatma Kocagül bildirib ki, övladı hadisədən ciddi şəkildə təsirlənib və ağlayaraq evə qayıdıb.
“Əvvəlcə hadisənin bu qədər ciddi olduğunu anlamadıq. Amma təhlükəsizlik kamerasının görüntülərinə baxdıqdan sonra vəziyyətin ciddiliyini gördük. Allah qoruyub, qaça bilib və qonşumuz müdaxilə edib”, – deyə o bildirib.
Bizim.Media