Azərbaycan millisinin üzvü Nəriman Axundzadənin formasını geyindiyi "Kolambus Kryu” MLS-də növbəti görüşünü keçirib.
Bizim.Media xəbər verir ki, Axundzadənin komadası "Nyu York Red Bullz"la üz-üzə gəlib və 3:2 uduzub.
"Kolambus Kryu”da Arfsten və Rossi fərqlənib. Nəriman oyuna ehtiyatda başlayıb. O, 85-ci dəqiqədə meydana daxil olub.
Millimizin üzvünün komandası Şərq Konfransında 13 turdan sonra 12 xalla 13-cüdür.
Bizim.Media