Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Gəndab-Yalama yolunun Xaçmaz rayonundan keçən hissəsində qeydə alınıb.
KAMAZ markalı yük avtomaşını ilə Qazel markalı yük avtomobili toqquşub. Sonuncu nəqliyyat vasitəsinin aşması nəticəsində bir nəfər xəsarət alıb.
Qəzanın səbəbləri araşdırılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu