Azərbaycanda güclü zəlzələ gözlənilir?

Azərbaycanda son 24 saatda bir neçə rayonda zəlzələ qeydə alınıb. Saat 04:01-də İsmayıllı rayonunda 3,7 maqnitudalı zəlzələ olub, ancaq yeraltı təkanlar hiss edilməyib.

Ardınca səhər saatlarında Lerik rayonunda 4 bal gücündə zəlzələ baş verib. Rəsmi açıqlamada bildirilir ki, zəlzələ episentrdə 4, Lerik, Yardımlı və digər rayonlarda 3-4 bala qədər hiss olunub.

Sosial şəbəkələrdə cənub bölgəsinin sakinləri zəlzələnin hiss edildiyi barədə paylaşımlar ediblər.

Bizim.Media xəbər verir ki, baş verən zəlzələlərlə əlaqədar Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, yeraltı təkanlar laylardakı parçalanmalar nəticəsində baş verir.

"Elə gün olur ki, respublika ərazisində bu cür 20,30,40 təkan olur. Bunların içərisində də bir-ikisi hiss olunmalıdır da. Mən deməzdim ki, burada qeyri-adi nəsə var. Məsələn Babadağda yaşayış məntəqəsi yoxdur, təkan olub, maqnitudası 3,7 olub, heç yerdə hiss olunmayıb, amma biz bunu verməliyik. Çünki yer elmləri üzrə qurumların hamısı ilə işbirliyi aparırıq. Belə qəbul olunub. Bu məlumatlar çatmalıdır".

Q.Yetirmişli ötən il 6000-ə yaxın yeraltı təkanın qeydə alındığını vurğulayıb:

"Ondan 15-i hiss olunub. Biz 2024-cü ili ən zəif il kimi götürmüşdük. Dağıdıcı zəlzələ olmamışdı.

3 dənə maqnitudası 5-dən yuxarı olan zəlzələ olmuşdu və bunlar da ciddi fəsadlar törətməmişdi. 5-dən yuxarı maqnitudalı zəlzələlər Lənkəran, Lerik, Sabirabadda olmuşdu. Allah uzaq eləsin, katastrofik dağıdıcı zəlzələlərdən. Gedən prosesləri izləyirik, güclü dağıdıcı zəlzələ ehtimalına əsas vermir. Bu cür təkanlar olub, olacaq".

Bəs bundan sonra dağıdıcı zəlzələ gözlənilirmi?

Q.Yetirmişli suala cavabında deyib:

"Hər günün öz hökmü var. Hərəkətlərin hamısı izlənilir. Mən deməzdim ki, dağıdıcı, katastrofik zəlzələ olacaq, söhbət bloklardan gedir, yəni lay dəstələri elə sürətli olmalıdır ki, hansısa katastrofik zəlzələ törətmə ehtimalı olsun. Hiss olunan zəlzələlər gücdən, dərinlikdən asılı olur, öncədən demək düzgün deyil, amma elə seysmogen bölgə yoxdur ki, orada güclü zəlzələ olsun". (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qubaya istirahətə gedən 29 yaşlı gənc qəfil həyatını itirib

Qubaya istirahətə gedən 29 yaşlı gənc qəfil həyatını itirib

Sabah Azərbaycanda 41 dərəcə isti olacaq

Sabah Azərbaycanda 41 dərəcə isti olacaq

I və IV qrupların imtahan nəticələri BU TARİXDƏ açıqlanacaq — RƏSMİ

I və IV qrupların imtahan nəticələri BU TARİXDƏ açıqlanacaq — RƏSMİ

TÜRKPA ABŞ Konqresindəki qanun layihəsini pislədi

TÜRKPA ABŞ Konqresindəki qanun layihəsini pislədi

Zelenski Trampla görüşəcək – Bu TARİXDƏ

Zelenski Trampla görüşəcək – Bu TARİXDƏ

Bakıda iki küçənin təmirinə 23 milyon pul ayrılacaq

Bakıda iki küçənin təmirinə 23 milyon pul ayrılacaq

Bakı-Lənkəran reysində ÇƏTİN ANLAR – AYNA araşdırmalara başladı

Bakı-Lənkəran reysində ÇƏTİN ANLAR – AYNA araşdırmalara başladı

6 ayda Azərbaycandan 4,5 min tondan çox nar ixrac edilib

6 ayda Azərbaycandan 4,5 min tondan çox nar ixrac edilib

Şəmkirdə bıçaqlanan 12 yaşlı qız həyatını itirib

Şəmkirdə bıçaqlanan 12 yaşlı qız həyatını itirib

Siyasi analitikdən XƏBƏRDARLIQ: Dünya "sonsuz müharibələr" dövrünə daxil olur - FOTO

Siyasi analitikdən XƏBƏRDARLIQ: Dünya "sonsuz müharibələr" dövrünə daxil olur - FOTO

Əməkdar artisti ilan sancdı - FOTO

Əməkdar artisti ilan sancdı - FOTO

Xaçmazda aptekin qarşısında meyit TAPILIB – ÖZƏL/FOTO

Xaçmazda aptekin qarşısında meyit TAPILIB – ÖZƏL/FOTO

Arıqlamağa kömək edə biləcək iki sadə VƏRDİŞ

Arıqlamağa kömək edə biləcək iki sadə VƏRDİŞ

“WhatsApp”a yeni funksiyalar ƏLAVƏ olundu

“WhatsApp”a yeni funksiyalar ƏLAVƏ olundu

Bakıda yeni parklar hansı ərazilərdə salınacaq? – ARAŞDIRMA

Bakıda yeni parklar hansı ərazilərdə salınacaq? – ARAŞDIRMA

Kürün yaratdığı möcüzə: Şəmkirin sirli kanyonlarına səyahət - VİDEO

Kürün yaratdığı möcüzə: Şəmkirin sirli kanyonlarına səyahət - VİDEO

65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir - VİDEO

65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir - VİDEO

Bioloji yaşı necə aşağı salmaq olar?

Bioloji yaşı necə aşağı salmaq olar?

Süni intellektə ən çox verilən 10 sual

Süni intellektə ən çox verilən 10 sual

Məşhur həbsxana rəisi vəfat etdi - Foto

Məşhur həbsxana rəisi vəfat etdi - Foto

Dövlət Yol Polisindən sürücülərə XƏBƏRDARLIQ

Dövlət Yol Polisindən sürücülərə XƏBƏRDARLIQ

Toy karvanında xuliqanlıq edən sürücülər saxlanıldı – VİDEO

Toy karvanında xuliqanlıq edən sürücülər saxlanıldı – VİDEO

Hacıqabulda DƏHŞƏT – 53 yaşlı kişini qatar vurub

Hacıqabulda DƏHŞƏT – 53 yaşlı kişini qatar vurub

Bu gün bürcləri nə GÖZLƏYİR?

Bu gün bürcləri nə GÖZLƏYİR?

End of content

No more pages to load

RADİO