Kürün yaratdığı möcüzə: Şəmkirin sirli kanyonlarına səyahət - VİDEO

Azərbaycan zəngin təbii landşaftı, rəngarəng relyefi və ecazkar təbiət məkanları ilə seçilir. Bu nadir ünvanlardan biri də Şəmkir rayonunun Ceyrançöl massivində yerləşən kanyonvari dərələrdir. Minilliklər ərzində Kür çayının yaratdığı bu möhtəşəm təbiət abidəsi öz qeyri-adi geoloji quruluşu, sıldırım qayaları və valehedici mənzərələri ilə ölkənin ən maraqlı geoturizm istiqamətlərindən biri hesab oluna bilər.

Bizim.Media xəbər verir ki, bu barədə AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikasında Şəmkir kanyonlarından bəhs edən materialında qeyd olunub.
 

İlk baxışdan ABŞ və Meksikadakı məşhur kanyonları xatırladan bu möhtəşəm landşaft, əslində, Azərbaycanın qərbində, Ceyrançölün geniş çöl düzənlikləri arasında yerləşir. Günəşin qızmar şüaları altında uzanan quru çöl mənzərəsi qəfil dərin dərələrə, labirintvari keçidlərə və yüzlərlə metr hündürlükdə sıldırım yamaclara çevrilir.


Mütəxəssislərin fikrincə, kanyonvari dərələrin formalaşması təxminən 4-5 min il əvvələ təsadüf edir. Həmin dövrdə Kür çayının daşaraq ətraf əraziləri su altında qoyması, sonrakı minilliklərdə isə su eroziyası, küləyin təsiri və iqlim amilləri bu mürəkkəb relyefin yaranmasına səbəb olub. Bu gün burada müşahidə olunan hər bir yarğan və hər bir sıldırım təbiətin minilliklər ərzində yaratdığı geoloji tarixdən xəbər verir.

Hazırda kanyonvari dərələrin ümumi uzunluğu təxminən 20 kilometr, dərinliyi isə 150–300 metr arasında dəyişir. Yamaclarda görünən pillələr və terraslar müxtəlif süxurların eroziyaya qarşı davamlılığı nəticəsində yaranıb. Məhz bu xüsusiyyətlər Ceyrançöl kanyonlarını yalnız möhtəşəm mənzərə deyil, həm də açıq səma altında yerləşən təbii geologiya muzeyinə çevirir.
 

Ceyrançöl yarımsəhra və quru çöl iqlim qurşağında yerləşdiyi üçün burada özünəməxsus flora və fauna formalaşıb. Ərazidə dəvətikanı, kəngizotu və digər səhra bitkiləri geniş yayılıb. Müxtəlif sürünənlər, dovşanlar və çöl faunasının digər nümayəndələri bu təbii ekosistemin ayrılmaz hissəsidir. Eyni zamanda, Ceyrançöl Azərbaycanın ən böyük qış otlaq sahələrindən biri kimi də xüsusi əhəmiyyət daşıyır.


Bu nadir məkan ekoturizm, geoturizm və fotoqrafiya həvəskarları üçün geniş imkanlar təqdim edir. Günəşin doğuşu və qürubu zamanı kanyonların rəngi dəyişərək qızılı, narıncı və tünd qəhvəyi çalarlarla bənzərsiz mənzərə yaradır.

Bununla belə, kanyonlara səyahət zamanı təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır. Mütəxəssislər bildirirlər ki, gil tərkibli torpaq qatının bəzi hissələrdə sürüşmə riski yaratması, eləcə də ilan, əqrəb və digər çöl canlılarının mövcudluğu səbəbindən əraziyə peşəkar bələdçilərlə səfər etmək və müəyyən olunmuş marşrutlardan kənara çıxmamaq tövsiyə olunur.






















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qaxda əməliyyat: Narkotacirlərin telefon danışıqları yayıldı – VİDEO

Qaxda əməliyyat: Narkotacirlərin telefon danışıqları yayıldı – VİDEO

Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz

Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz

"Poz-Qazan" oyunlarında sentyabrda 22 böyük uduş qazanılıb

"Poz-Qazan" oyunlarında sentyabrda 22 böyük uduş qazanılıb

Məktəbin qarşısında uşaqlara zəhərli konfet PAYLANILIR? – DİN-dən AÇIQLAMA

Məktəbin qarşısında uşaqlara zəhərli konfet PAYLANILIR? – DİN-dən AÇIQLAMA

Bu şəxslər işləmədən maaş alacaq

Bu şəxslər işləmədən maaş alacaq

Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi SAXLANILIB

Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi SAXLANILIB

Mərkəzi Bankın valyuta ehtiyatları ARTIB

Mərkəzi Bankın valyuta ehtiyatları ARTIB

Üç BÜRC üçün yeni güclü dövr başladı

Üç BÜRC üçün yeni güclü dövr başladı

Xaçmazda işıq KƏSİLDİ – SƏBƏB

Xaçmazda işıq KƏSİLDİ – SƏBƏB

DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub

DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub

Prezidentdən əməkhaqqı və pensiyalarla bağlı ŞAD XƏBƏR: “Göstəriş verildi” - VİDEO

Prezidentdən əməkhaqqı və pensiyalarla bağlı ŞAD XƏBƏR: “Göstəriş verildi” - VİDEO

Əli Əhmədov: “Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb”

Əli Əhmədov: “Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb”

Azad edilmiş ərazilərə köçürülən və işlə təmin olunanların SAYI AÇIQLANDI – RƏSMİ

Azad edilmiş ərazilərə köçürülən və işlə təmin olunanların SAYI AÇIQLANDI – RƏSMİ

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış – BİRGƏ ƏMƏLİYYAT

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış – BİRGƏ ƏMƏLİYYAT

Sabah leysan olacaq, güclü külək əsəcək – PROQNOZ

Sabah leysan olacaq, güclü külək əsəcək – PROQNOZ

Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər

Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər

Azər Ələsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU

Azər Ələsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU

Sabirabadda əsaslı təmir işləri aparılan yolda SON VƏZİYYƏT

Sabirabadda əsaslı təmir işləri aparılan yolda SON VƏZİYYƏT

Azərbaycanda pul bazası ARTIB

Azərbaycanda pul bazası ARTIB

Sumqayıt məktəbində zəhərlənən şagirdlərin sayı 21-ə ÇATDI - VİDEO

Sumqayıt məktəbində zəhərlənən şagirdlərin sayı 21-ə ÇATDI - VİDEO

Akademiyaya yeni prorektor TƏYİN OLUNDU - FOTO

Akademiyaya yeni prorektor TƏYİN OLUNDU - FOTO

Maşında həyat yoldaşını döyən rəqqasla bağlı DİN-dən AÇIQLAMA

Maşında həyat yoldaşını döyən rəqqasla bağlı DİN-dən AÇIQLAMA

“Şagirdlərdən biri evdən şokolad gətirib və sinif yoldaşlarına paylayıb” – Direktor müavini DANIŞDI - FOTO

“Şagirdlərdən biri evdən şokolad gətirib və sinif yoldaşlarına paylayıb” – Direktor müavini DANIŞDI - FOTO

Hikmət Hacıyev: “Sülh sazişini yalnız Ermənistan hökuməti ilə deyil, erməni xalqı ilə də bağlamaq istəyirik”

Hikmət Hacıyev: “Sülh sazişini yalnız Ermənistan hökuməti ilə deyil, erməni xalqı ilə də bağlamaq istəyirik”

End of content

No more pages to load

RADİO