Qubanın Qəçrəş kəndində ölüm hadisəsi baş verib.
Qubanın Qəçrəş kəndində yerləşən istirahət mərkəzlərindən birində ölüm hadisəsi qeydə alınıb.
Bizim.Media-nın Şimal bürosunun məlumatına görə, istirahət məqsədilə Qubaya gələn Bakı sakini, 29 yaşlı Rəvan Zamanov “Alma bağı” restoranında olarkən qəfil səhhəti pisləşib və dünyasını dəyişib.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu