Bakıda 140-dan çox binada liftlər yenilənəcək

Prezident İlham Əliyev bu günlərdə çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, respublikanın yeddi şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə doqquz milyon 940 min manat vəsait ayrılıb. Ayrılan vəsait hesabına Bakıda 141, Sumqayıtda 30, Naxçıvanda 11, Gəncədə 10, Xırdalanda beş, Qazaxda iki, Bərdədə bir yeni liftin istifadəyə verilməsi nəzərdə tutulur.

Əvvəllər də Bakıda köhnə liftlərin dövlət vəsaiti hesabına yenilənməsi işi aparılıb. Maraqlıdır, görəsən yeni sərəncama əsasən, hansı binalardakı liftlər dəyişdiriləcək? Ən əsası, bu mərhələdən sonra Bakıda yenə də köhnə lifti olan bina qalacaqmı?

Bizim.Media "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Suraxanı, Sabunçu, Nizami, Xətai...

Daşınmaz əmlak eksperti Ramil Qasımzadə hesab edir ki, bu sərəncamın məqsədi köhnə liftlərin yeniləri ilə əvəz edilməsidir: "Dəyişdiriləcək liftlərin çox hissəsi Bakıda qərarlaşıb. Tək bu il deyil, əvvəlki illərdə də istifadəyə yararsız liftlərin dəyişdirilməsi prosesi həyata keçirilib.

Bakının mərkəzi hissələrindəki köhnə liftlərin əksəriyyəti dəyişdirilib. Məsələn Səbail, Nərimanov, Nəsimi kimi ərazilərdə bu proses həyata keçirilib. Köhnə liftlərin yerinə əsasən Almaniya istehsalı olan yeni liftlər quraşdırılıb. Amma Suraxanı, Sabunçu, Nizami, Xətai kimi rayonlarda hələ də keçmiş sovet istehsalı olan liftlər qalmaqdadır. Onların bir çoxu istismar müddətini də çoxdan başa vurub və təhlükə mənbəyidirlər. Söhbət yalnız Bakı Şəhər İcra Hakimiyyətinin balansında olan binalardan gedir. Buraya doqquz və yaxud on altı mərtəbəli binalar daxildir. Yəqin ki, sərəncamda da bu binalardakı liftlərin dəyişdirilməsi nəzərdə tutulub".

"Zamanla bütün köhnə liftlər dəyişdiriləcək"

R.Qasımzadənin fikrincə, vətəndaşlar dəfələrlə qeyd olunan ərazilərdəki liftlərlə bağlı şikayətlərini müvafiq qurumlara bildiriblər: "Xüsusən də doqquzmərtəbəli binalardan söhbət gedir. Bunlara "Kiyev" və "Leninqrad" layihəli binalar aiddir. Vətəndaşlar orada yerləşən köhnə liftlərdən əziyyət çəkirdi. Dəfələrlə müvafiq idarələrə, həmçinin dövlət səviyyəsində də müraciətlər ediblər. Bunlar nəzərə alınaraq, qeyd olunan liftlərin dəyişdirilməsinə vəsait ayrılıb. Düşünürəm ki, zamanla bütün köhnə liftlər dəyişdiriləcək".

"Müvafiq komissiya yaradılıb"

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc da düşünür ki, sovet dövründən qalan liftlərin əksəriyyəti istismar müddətini başa vurub. Həmin liftlərin dəyişdirilməsinə ehtiyac var: "Bununla bağlı müvafiq komissiya da yaradılıb. Onlar tərəfindən 141 bina seçilib. Komissiya vasitəsilə dəyişdirilməsi ən zəruri hesab olunan liftlər müəyyən olunub. Bu sərəncam həmin liftlərə şamil ediləcək. Ümumiyyətlə, istifadəsi mümkün olmayan, artıq qurğu kimi fəaliyyət göstərə bilməyən liftlər nəzərdə tutulur. Hansı ki, artıq təmiri, hissələrinin dəyişdirilməsi mümkün deyil".

V.Oruc bildirib ki, istismar müddəti başa çatmış liftlərin sayı xeyli çox olsa da, hazırda onlara texniki dəstək xidməti göstərilə bilir: "Əsasnaməyə uyğun olaraq, "Bakı Lift-Təmir" İstehsalat Birliyi liftlərin yoxlanışını təmin edir. İşlək vəziyyətdə olan liftlərə zəruri xidmətlər göstərilir. Təhlükəsizliyin təmin edilməsi üçün müvafiq addımlar atılır. Köhnə liftlər də daimi yoxlanışdan keçirilirlər ki, hər hansı bir təhlükə törətməsinlər".

"Proses davamlı olacaq"

Ekspertin sözlərinə görə, bu sərəncam hələ Bakını tam olaraq əhatə etmir. Gələcəkdə digər liftlərlə bağlı da qərar veriləcək: "Nəzərə almaq lazımdır ki, bu sərəncamdan sonra da köhnə liftli binalar mövcud olacaq. Düşünürəm ki, bu proses davamlı xarakter daşıyacaq. Çünki Bakı şəhərində təmir olunmalı, dəyişdirilməyə ehtiyac olan liftlərin sayı 141-dən çoxdur".

Müvafiq qurum nə deyir?

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin "Bakı Lift-Təmir" İstehsalat Birliyinin baş mühəndisi Mehdi Hüseynovun sözlərinə görə, sərəncamda nəzərdə tutulan liftlərin taleyi Nazirlər Kabineti tərəfindən veriləcək qərardan asılıdır: "Sərəncam imzalanıb. Prezident Nazirlər Kabinetinə göstəriş verib. Lakin hələ Nazirlər Kabinetinin qərarı mövcud deyil. Qərar verildikdən sonra icrasına başlanacaq. Hələ ki, proses davam edir. Bakı şəhəri üçün 141 bina nəzərdə tutulub. Amma hansılar olacağı hələlik müəyyənləşdirilir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

65 yaşdan sonra hansı müəllimləri işdə saxlayırlar?

65 yaşdan sonra hansı müəllimləri işdə saxlayırlar?

Pul xərcləyəndə qazananlar: Maliyyə baxımından ən zəkalı 3 BÜRC

Pul xərcləyəndə qazananlar: Maliyyə baxımından ən zəkalı 3 BÜRC

Ən ağıllı BÜRCLƏR

Ən ağıllı BÜRCLƏR

Çin sədrinin ABŞ-yə səfər TARİXİ AÇIQLANDI

Çin sədrinin ABŞ-yə səfər TARİXİ AÇIQLANDI

Meqan Markl şouda təqdim edilərkən "təhqir edildi"

Meqan Markl şouda təqdim edilərkən "təhqir edildi"

ABŞ-nin zərbələri nəticəsində İranda ölənlərin SAYI

ABŞ-nin zərbələri nəticəsində İranda ölənlərin SAYI

Zaxarova Trampın vədini xatırlatdı: “24 saata bitirəcəyini 80 dəfə deyib"

Zaxarova Trampın vədini xatırlatdı: “24 saata bitirəcəyini 80 dəfə deyib"

Nazir Flora Kərimovanı evində ziyarət etdi – FOTO

Nazir Flora Kərimovanı evində ziyarət etdi – FOTO

Bəzi ərazilərdə qaz kəsiləcək

Bəzi ərazilərdə qaz kəsiləcək

Ermənistan ordusunda şok statistika: Yeddi ayda ölən hərbçilərin sayı açıqlandı

Ermənistan ordusunda şok statistika: Yeddi ayda ölən hərbçilərin sayı açıqlandı

İki gündür davam edən Ağdamdakı yanğın 4 kəndin ərazisinə YAYILDI

İki gündür davam edən Ağdamdakı yanğın 4 kəndin ərazisinə YAYILDI

Tramp və Netanyahu senatorun dəfnində GÖRÜŞƏCƏKLƏR

Tramp və Netanyahu senatorun dəfnində GÖRÜŞƏCƏKLƏR

Bakıda binanın elektrik şaxtası yandı: Sakinlər təxliyə edildi

Bakıda binanın elektrik şaxtası yandı: Sakinlər təxliyə edildi

Cəbrayılda traktorla minaya düşən şəxsin vəziyyəti AÇIQLANDI

Cəbrayılda traktorla minaya düşən şəxsin vəziyyəti AÇIQLANDI

İran tankeri ABŞ blokadasını yararaq Oman körfəzinə DAXİL OLDU

İran tankeri ABŞ blokadasını yararaq Oman körfəzinə DAXİL OLDU

Əminə Dilbazinin qızı ABŞ-də assosiasiya prezidenti seçildi

Əminə Dilbazinin qızı ABŞ-də assosiasiya prezidenti seçildi

ABŞ-dən Türkiyəyə şərt: "S-400"dən imtina etməsəniz, "F-35" ala bilməyəcəksiniz”

ABŞ-dən Türkiyəyə şərt: "S-400"dən imtina etməsəniz, "F-35" ala bilməyəcəksiniz”

BMT Baş katibi: "Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır"

BMT Baş katibi: "Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır"

Yevlaxda 63 yaşlı şəxs həmyerlisini güllələdi

Yevlaxda 63 yaşlı şəxs həmyerlisini güllələdi

Lavrov Rubioya xəbərdarlıq etdi: “Bu yolverilməzdir”

Lavrov Rubioya xəbərdarlıq etdi: “Bu yolverilməzdir”

Ukrayna ordusu Belqoroda raket zərbəsi endirdi - VİDEO

Ukrayna ordusu Belqoroda raket zərbəsi endirdi - VİDEO

85 yaşı oldu - 400-dən çox mahnı ifa edib

85 yaşı oldu - 400-dən çox mahnı ifa edib

Xırdalan dəmiryol stansiyasının ətrafında xaotik vəziyyət - VİDEO

Xırdalan dəmiryol stansiyasının ətrafında xaotik vəziyyət - VİDEO

Mahir Emreli "Rakuv"dakı ilk oyununda qol vurub - VİDEO

Mahir Emreli "Rakuv"dakı ilk oyununda qol vurub - VİDEO

End of content

No more pages to load

RADİO