Qubustanda xalça istehsalı emalatxanası və tədarük məntəqəsinin tikintisi sürətlə davam etdirilir

Bu il istifadəyə verilməsi nəzərdə tutulan xalça istehsalı emalatxanalarından biri də Qobustan şəhərində inşa olunur. Burada həmçinin Regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsi də yaradılır.

Hər iki obyekt "EL-SEYM İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tikilir.

Vahid layihə əsasında inşa olunan birmərtəbəli xalça emalatxanası binasında tikinti işləri əsasən başa çatdırılıb. Hazırda dam örtüyü vurulur, kommunikasiya xətləri çəkilir, həyətdə abadlıq işləri aparılır.

Burada 150 nəfər toxucunun, 13 nəfər inzibati-təsərrüfat işçisinin fəaliyyəti üçün lazımi şərait yaradılacaq. Binadakı toxuculuq emalatxanasında müxtəlif ölçülü 43 dəzgah quraşdırılacaq.

Burada inzibati otaqlar, toxucuların rahatlığı üçün yeməkxana, onların sağlamlığının qorunması məqsədilə tibb otağı istifadəyə veriləcək.

“Azərxalça”nın filialları həm də turizm obyekti kimi mühüm əhəmiyyət kəsb edir. Son vaxtlar respublikamızın bölgələrinə səfər edən turistlər xalça istehsalı emalatxanalarını da ziyarət edirlər. Toxunan xalçaların satışını həyata keçirmək üçün emalatxanalarda xalça satışı salonları yaradılır. Qobustanda inşa olunan emalatxanada da xalça satışı salonu istifadəyə veriləcək.

Xalça emalatxanasında il ərzində, təqribən, 1000 kvadratmetr xalça toxunacaq. Binanın tikintisinin və infrastrukturunun yaradılmasının bu ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulub.

Bu, Şirvan bölgəsində istifadəyə veriləcək sayca üçüncü xalça istehsalı emalatxanası olacaqdır.

Qobustandakı emalatxanada qədim şirvan çeşniləri ilə xalçalar toxunacaq. Şirvan qrupuna Azərbaycanın Şamaxı, Ağdaş, Ağsu, Kürdəmir, Hacıqabul, Göyçay, Zərdab, İsmayıllı, Qobustan, Ucar, Qəbələ, Salyan kimi rayonlarında "Gördəst" üsulu ilə toxunan xalça və xalça məmulatları daxildir.

Yerli flora və fauna ehtiyatları ilə zəngin olması tarixən Şirvan bölgəsində boyaqçılıq sənətinin geniş yayılmasına səbəb olub. Bu da xalçaçılığınxa0 inkişafına öz təsirini göstərib. Şirvanda orijinal bədii tərtibatı, rəng seçimi ilə fərqlənən xalçaların olması onların burada bəslənən qoyunların yüksək keyfiyyətli yunundan hazırlanan, bitkilərdən alınan təbii boyaqlarla boyanan iplərdən toxunması ilə əlaqədardır.

Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Göyçay, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən, Ağdaş, Zərdab rayonlarının və Şəki şəhərinin sakinləri istehsal etdikləri yunu və topladıqları boyaq bitkilərini Qobustanda fəaliyyət göstərəcək tədarük məntəqəsinə verəcəklər. Tədarük məntəqəsində qəbul olunacaq yun və boyaq bitkiləri Sumqayıtda istifadəyə veriləcək fabrikdə emal edilərək ip hazırlanacaq. Həmin məhsullar bu bölgədəki xalça istehsalı emalatxanalarına göndəriləcək, keyfiyyətli xalçalar toxunacaqdır.

Tədarük məntəqəsində tikinti-quruculuq işləri sürətlə davam etdirilir. Bu obyektin də ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulub.

qobustan-2-01-09-2018qobustan-3-01-09-2018

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ generalından Ukraynanın gələcəyi ilə bağlı maraqlı PROQNOZ

ABŞ generalından Ukraynanın gələcəyi ilə bağlı maraqlı PROQNOZ

Qubaya istirahətə gedən 29 yaşlı gənc qəfil həyatını itirib

Qubaya istirahətə gedən 29 yaşlı gənc qəfil həyatını itirib

Sabah Azərbaycanda 41 dərəcə isti olacaq

Sabah Azərbaycanda 41 dərəcə isti olacaq

I və IV qrupların imtahan nəticələri BU TARİXDƏ açıqlanacaq — RƏSMİ

I və IV qrupların imtahan nəticələri BU TARİXDƏ açıqlanacaq — RƏSMİ

TÜRKPA ABŞ Konqresindəki qanun layihəsini pislədi

TÜRKPA ABŞ Konqresindəki qanun layihəsini pislədi

Zelenski Trampla görüşəcək – Bu TARİXDƏ

Zelenski Trampla görüşəcək – Bu TARİXDƏ

Bakıda iki küçənin təmirinə 23 milyon pul ayrılacaq

Bakıda iki küçənin təmirinə 23 milyon pul ayrılacaq

Bakı-Lənkəran reysində ÇƏTİN ANLAR – AYNA araşdırmalara başladı

Bakı-Lənkəran reysində ÇƏTİN ANLAR – AYNA araşdırmalara başladı

6 ayda Azərbaycandan 4,5 min tondan çox nar ixrac edilib

6 ayda Azərbaycandan 4,5 min tondan çox nar ixrac edilib

Şəmkirdə bıçaqlanan 12 yaşlı qız həyatını itirib

Şəmkirdə bıçaqlanan 12 yaşlı qız həyatını itirib

Siyasi analitikdən XƏBƏRDARLIQ: Dünya "sonsuz müharibələr" dövrünə daxil olur - FOTO

Siyasi analitikdən XƏBƏRDARLIQ: Dünya "sonsuz müharibələr" dövrünə daxil olur - FOTO

Əməkdar artisti ilan sancdı - FOTO

Əməkdar artisti ilan sancdı - FOTO

Xaçmazda aptekin qarşısında meyit TAPILIB – ÖZƏL/FOTO

Xaçmazda aptekin qarşısında meyit TAPILIB – ÖZƏL/FOTO

Arıqlamağa kömək edə biləcək iki sadə VƏRDİŞ

Arıqlamağa kömək edə biləcək iki sadə VƏRDİŞ

“WhatsApp”a yeni funksiyalar ƏLAVƏ olundu

“WhatsApp”a yeni funksiyalar ƏLAVƏ olundu

Bakıda yeni parklar hansı ərazilərdə salınacaq? – ARAŞDIRMA

Bakıda yeni parklar hansı ərazilərdə salınacaq? – ARAŞDIRMA

Kürün yaratdığı möcüzə: Şəmkirin sirli kanyonlarına səyahət - VİDEO

Kürün yaratdığı möcüzə: Şəmkirin sirli kanyonlarına səyahət - VİDEO

65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir - VİDEO

65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir - VİDEO

Bioloji yaşı necə aşağı salmaq olar?

Bioloji yaşı necə aşağı salmaq olar?

Süni intellektə ən çox verilən 10 sual

Süni intellektə ən çox verilən 10 sual

Məşhur həbsxana rəisi vəfat etdi - Foto

Məşhur həbsxana rəisi vəfat etdi - Foto

Dövlət Yol Polisindən sürücülərə XƏBƏRDARLIQ

Dövlət Yol Polisindən sürücülərə XƏBƏRDARLIQ

Toy karvanında xuliqanlıq edən sürücülər saxlanıldı – VİDEO

Toy karvanında xuliqanlıq edən sürücülər saxlanıldı – VİDEO

Hacıqabulda DƏHŞƏT – 53 yaşlı kişini qatar vurub

Hacıqabulda DƏHŞƏT – 53 yaşlı kişini qatar vurub

End of content

No more pages to load

RADİO