Ucarda qəza olub, xəsarət alan var.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Ucar- Zərdab avtomobil yolunun rayonun Qarabörk kəndindən keçən hissəsində baş verib.
Qarabörk kənd sakini İsrayıl Mikayıl oğlu Hüseynovun idarə etdiyi “Mercedes" markalı minik avtomobili ilə həmkəndlisi, Mürşüd Mirzə oğlu Orucovun idarə etdiyi traktor toqquşub.
Nəticədə avtomobilin sürücüsü ağır xəsarətlərlə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Fakt araşdırılır.

Bizim.Media, Aran bürosu