Ağcabədidə baş verən zəncirvari qəzada 1 nəfər xəsarət alıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndində baş verib.
Hərəkətdə olan "VAZ"2106, "Mercedes" və "Hyundai" avtomobillər toqquşub. Nəticədə "VAZ"2106-nın sürücüsü 1993-cü il təvəllüdlü Nadirov Ehtiram Atamoğlan oğlu müxtəlif dərəcəli xəsarətlə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Ağcabədi rayon polis şöbəsində araşdırma aparılır.
Bizim.Media, Qarabağ bürosu