Rusiya Daxili İşlər Nazirliyi “Nə? Harada? Nə vaxt?” intellektual yarışmasının oyunçusu Rövşən Əsgərovu yenidən axtarışa verib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya DİN-in saytında qeyd olunub.
"Xüsusi əlamətlər: yenidən axtarışa verilib. Daha əvvəl axtarışda idi…", - deyə məlumatda bildirilib.
Xatırladaq ki, Rövşən Əsgərov 2022-ci ilin mayında Rusiyada axtarışa verilib. Nasizmin təbliğinda ittiham olunan Əsgərov barəsində qiyabi həbs qərarı çıxarılıb.
Bizim.Media