BİZİM TƏQVİM: Martın 8-də baş vermiş tarixi hadisələr

Bu gün 8 Mart Beynəlxalq Qadınlar Günüdür. Bu bayram başlanğıc tarixini 1857-ci ildən götürür. 8 mart 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan 40 min qadın aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda, pis iş şəraitinə etiraz olaraq tətilə başlayıb. Polis bu tətilə sərt cavab verib: fabrikdə kilidli qalan 129 fəhlə qadın çıxan yanğında həyatını itirib. 

Bu gün bütün dünyada Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 1977-ci ilin 16 dekabrında 8 martın Beynəlxalq Qadınlar Günü kimi keçirilməsinin qəbul və təsdiqindən sonra öz yerini qazandı.

Beləliklə, qadınların kütləvi şəkildə savadlanması, müəyyən hüquqlara malik olması bu tarixdən başlandı.

Bəs, 8 martda dünyada daha hansı hadisələr baş verib?

1. E.ə. 480-ci ildə Yəhudilərin Babil əsarətindən qurtulmasından sonra arzu edənlərin Qüdsə qayıtmasına icazə verilib.

2. 1906-cı ilin 8 martında ABŞ-da Moro Krateri qətliamı baş verdi. Bu qətliamda Amerikalı əsgərlər Moro kraterində gizlənmiş, aralarında qadın və uşaqların da olduğu 600 müsəlman filippinlini qətl edib.

3. 8 mart 1942-ci ildə İkinci Dünya Müharibəsində Hollandiya Yava adasında Yaponlara təslim olub.

4. 1952-ci ilin bu günündə dünyada ilk süni ürək əməliyyatı aparılıb.

5. 8 mart 1955-ci ildə Türkiyənin ilk xərçənglə mübarizə dispanseri açıldı.

6. 1957-ci ilin 8 martında Misir Süveyş kanalının yenidən açılışını edib.

8 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. 1403-cü ilin bu günü Osmanlı sultanı Yıldırım Bəyazid həyatdan köçüb. Bəyazidin başçılıq etdiyi Osmanlı qoşunları Balkan yarımadası və Anadolu ərazisinin xeyli hissəsini ələ keçirib, səlibçilərin ən güclü ordularını darmadağın edib. Lakin 1402-ci ildə Əmir Teymurla döyüşdə Yıldırım Bəyazid məğlub olub və əsir düşüb. Osmanlı sultanı 1403-cü ilin 8 martında əsirlikdə olarkən 43 yaşında vəfat edib (1360-1403).

2. 1944-cü ilin bu günü yumoristik əsərlərin müəllifi, tanınmış Türkiyə yazıçısı və jurnalisti Hüseyn Rahmi Gürpınar dünyasını dəyişib.

3. 8 mart Azərbaycan yazıçısı və kinossenaristi Həsən Seyidbəylinin xatirə günüdür. 20-dən çox kitabın, o cümlədən, İmran Qasımovla qəhrəman Mehdi Hüseynzadə haqqında yazdığı “Uzaq sahillərdə” romanının həmmüəllifi, “Telefonçu qız”, “Uzaq sahillərdə”, “Nəsimi” və digər məhşur Azərbaycan filmlərinin rejissorudur (1920-1980).

4. Azərbaycan teatr və kino aktyoru, Xalq artisti Ağadadaş Qurbanov 8 mart 1911-ci ildə anadan olub. 

5. 8 mart 1948-ci tapdığı bir dəri xəstəliyi ilə dünya tibb tarixinə "Behcət xəstəliyi”nin müəllifi kimi daxil olan türkiyəli, dəri və zöhrəvi xəstəliklər üzrə akademik və professor Hulusi Behcət İstanbulda həyatını itirib.

6. Tarzən, Azərbaycanın xalq artisti Ceyran Haşımova 8 mart 1934-cü ildə dünyaya göz açıb.

7. Azərbaycanın Xalq artisti, aktrisa Nübar Novruzova 1958-ci ilin məhz bu günündə doğulub.

8. Azərbaycanlı aktyor, Xalq artisti Əliabbas Qədirov 8 mart 2006-cı ildə dünyasını dəyişib.

9. 8 mart 2011-ci ildə Ermənistan Silahlı Qüvvələrinin  snayperi tərəfindən 8 yaşlı azərbaycanlı uşaq- Fariz Bədəlov qətlə yetirilib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dənizdən hansı xəstəliklər keçə bilər? - Həkimdən açıqlama

Dənizdən hansı xəstəliklər keçə bilər? - Həkimdən açıqlama

"Xanımlar, kişilərin arxasınca qaçmayın" – VİDEO

"Xanımlar, kişilərin arxasınca qaçmayın" – VİDEO

65 yaşdan sonra hansı müəllimləri işdə saxlayırlar?

65 yaşdan sonra hansı müəllimləri işdə saxlayırlar?

Pul xərcləyəndə qazananlar: Maliyyə baxımından ən zəkalı 3 BÜRC

Pul xərcləyəndə qazananlar: Maliyyə baxımından ən zəkalı 3 BÜRC

Çin sədrinin ABŞ-yə səfər TARİXİ AÇIQLANDI

Çin sədrinin ABŞ-yə səfər TARİXİ AÇIQLANDI

Meqan Markl şouda təqdim edilərkən "təhqir edildi"

Meqan Markl şouda təqdim edilərkən "təhqir edildi"

Ən ağıllı BÜRCLƏR

Ən ağıllı BÜRCLƏR

ABŞ-nin zərbələri nəticəsində İranda ölənlərin SAYI

ABŞ-nin zərbələri nəticəsində İranda ölənlərin SAYI

Zaxarova Trampın vədini xatırlatdı: “24 saata bitirəcəyini 80 dəfə deyib"

Zaxarova Trampın vədini xatırlatdı: “24 saata bitirəcəyini 80 dəfə deyib"

Nazir Flora Kərimovanı evində ziyarət etdi – FOTO

Nazir Flora Kərimovanı evində ziyarət etdi – FOTO

Bəzi ərazilərdə qaz kəsiləcək

Bəzi ərazilərdə qaz kəsiləcək

Ermənistan ordusunda şok statistika: Yeddi ayda ölən hərbçilərin sayı açıqlandı

Ermənistan ordusunda şok statistika: Yeddi ayda ölən hərbçilərin sayı açıqlandı

İki gündür davam edən Ağdamdakı yanğın 4 kəndin ərazisinə YAYILDI

İki gündür davam edən Ağdamdakı yanğın 4 kəndin ərazisinə YAYILDI

Tramp və Netanyahu senatorun dəfnində GÖRÜŞƏCƏKLƏR

Tramp və Netanyahu senatorun dəfnində GÖRÜŞƏCƏKLƏR

Bakıda binanın elektrik şaxtası yandı: Sakinlər təxliyə edildi

Bakıda binanın elektrik şaxtası yandı: Sakinlər təxliyə edildi

Cəbrayılda traktorla minaya düşən şəxsin vəziyyəti AÇIQLANDI

Cəbrayılda traktorla minaya düşən şəxsin vəziyyəti AÇIQLANDI

İran tankeri ABŞ blokadasını yararaq Oman körfəzinə DAXİL OLDU

İran tankeri ABŞ blokadasını yararaq Oman körfəzinə DAXİL OLDU

Əminə Dilbazinin qızı ABŞ-də assosiasiya prezidenti seçildi

Əminə Dilbazinin qızı ABŞ-də assosiasiya prezidenti seçildi

ABŞ-dən Türkiyəyə şərt: "S-400"dən imtina etməsəniz, "F-35" ala bilməyəcəksiniz”

ABŞ-dən Türkiyəyə şərt: "S-400"dən imtina etməsəniz, "F-35" ala bilməyəcəksiniz”

BMT Baş katibi: "Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır"

BMT Baş katibi: "Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır"

Yevlaxda 63 yaşlı şəxs həmyerlisini güllələdi

Yevlaxda 63 yaşlı şəxs həmyerlisini güllələdi

Lavrov Rubioya xəbərdarlıq etdi: “Bu yolverilməzdir”

Lavrov Rubioya xəbərdarlıq etdi: “Bu yolverilməzdir”

Ukrayna ordusu Belqoroda raket zərbəsi endirdi - VİDEO

Ukrayna ordusu Belqoroda raket zərbəsi endirdi - VİDEO

85 yaşı oldu - 400-dən çox mahnı ifa edib

85 yaşı oldu - 400-dən çox mahnı ifa edib

End of content

No more pages to load

RADİO