İlahiyyatçı: “Süni qidalar uşaqları xəstə salır, o ki, qaldı oruc tutsunlar...”

Bu gün  bəzi valideynlər övladlarını məscidə getməyə, ibadət etməyə, hətta oruc tutmağa belə məcbur edir. Valideynlərin azyaşlı övladlarını bu addımları atmağa təhrik etmələri ictimaiyyətdə birmənalı qarşılanmır. Çünki dində uşaqlara müəyyən yaş məhdudiyyəti qoyulub. Hansı ki, bu yaşdan sonra uşaqlar şəxsi seçimləri ilə mərasimlərə qatılıb-qatılmamağa və yaxud İslamda buyurulan vacib əməlləri həyata keçirməyə qərar verə bilərlər.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan ilahiyyatçı Tural İrfan bildirib ki, uşaqların ən ümdə vəzifəsi təhsil almaqdır.

Əgər valideynləri uşaqları dini dəyərlərə meyilləndirmək istəyirlərsə əvvəlcə imkan verməlidirlər ki, onlar oxuyub təhsil alsınlar:

“İslam dininə görə ibadətlər mükəlləfiyyət yaşından sonra vacib olur. Bu da həddi - buluğa çatmaq və kamil ağıl sahibi olmaq həddi götürülür. Nəinki uşaqları, ümumiyyətlə böyükləri də məcbur etmək olmaz. Əgər Allah məcbur etmirsə, insanlar niyə kimisə məcbur etməlidir? Kamillik çağına çatanda uşaq öz yolunu özü seçəcək”- deyə illahiyyatçı bildirib.

Tural İrfan qeyd edib ki, şagird müəyyən yaşa çatdıqda Quranı oxumalıdır:

“Bəli, maariflənməli, dini öyrənməlidir. Öyrənib mahiyyətini bilmədiyi inancla insanı uşaq yaşından yükləmək olmaz. Quranın ilk nazil olan surəsi və ilk ayəsi “oxu” əmri ilə başlayır, “ibadət et” əmri ilə deyil. Demək Allah insanın əvvəlcə təhsil almasını, oxumasını istəyir. Oxumadan ibadətə yönələn şəxs cahil və xurafatçı, mövhumatçı olaraq yetişir və cəmiyyət üçün bəlaya çevrilir. Lakin oxuyub təhsil almışlar isə həm dinə, həm də cəmiyyətə yararlı insan olur”.

Uşaqların oruc tutmaq vaxtı çatanda oruc tuta bilərlər deyən ilahiyyatçı bildirib ki, məcbur edərək onları məscidə aparmaq, məktəbdən yayındırmaq cəhalətə və qaranlıq gələcəyə sürüməkdir:
 

“Təhsil vacibdir, ibadət də vacibdir. Amma ibadətə məcbur etmək, dərsdən ayırıb məscidə aparmaq vacib deyil, hələ bəlkə də günahdır. Uşaqları kiçik yaşda ibadətə məcbur edəndə böyüyüb azad olanda ikrah edirlər, uzaqlaşırlar. Çünki öz istəkləri ilə deyil, məcbur olaraq yönəldiliblər.


Gərək öz istəyi, arzusu, azad inancı ilə gəlsin ibadətə... Bəzilərinin də səhhətində problem yaranır. Onsuz da ölkədə təbii qidalar sarıdan problem yaşanır, süni və tərkibi dəyişdirilmiş qidalar insanları uşaq yaşdan xəstə salır. Hələ üstəlik normal qidalanma imkanı olmayan uşağı gün ərzində ac qalmağa məcbur edəsən. Bu, doğru olmaz”- deyə Tural İrfan diqqətə çatdırıb.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dənizdən hansı xəstəliklər keçə bilər? - Həkimdən açıqlama

Dənizdən hansı xəstəliklər keçə bilər? - Həkimdən açıqlama

"Xanımlar, kişilərin arxasınca qaçmayın" – VİDEO

"Xanımlar, kişilərin arxasınca qaçmayın" – VİDEO

65 yaşdan sonra hansı müəllimləri işdə saxlayırlar?

65 yaşdan sonra hansı müəllimləri işdə saxlayırlar?

Pul xərcləyəndə qazananlar: Maliyyə baxımından ən zəkalı 3 BÜRC

Pul xərcləyəndə qazananlar: Maliyyə baxımından ən zəkalı 3 BÜRC

Çin sədrinin ABŞ-yə səfər TARİXİ AÇIQLANDI

Çin sədrinin ABŞ-yə səfər TARİXİ AÇIQLANDI

Meqan Markl şouda təqdim edilərkən "təhqir edildi"

Meqan Markl şouda təqdim edilərkən "təhqir edildi"

Ən ağıllı BÜRCLƏR

Ən ağıllı BÜRCLƏR

ABŞ-nin zərbələri nəticəsində İranda ölənlərin SAYI

ABŞ-nin zərbələri nəticəsində İranda ölənlərin SAYI

Zaxarova Trampın vədini xatırlatdı: “24 saata bitirəcəyini 80 dəfə deyib"

Zaxarova Trampın vədini xatırlatdı: “24 saata bitirəcəyini 80 dəfə deyib"

Nazir Flora Kərimovanı evində ziyarət etdi – FOTO

Nazir Flora Kərimovanı evində ziyarət etdi – FOTO

Bəzi ərazilərdə qaz kəsiləcək

Bəzi ərazilərdə qaz kəsiləcək

Ermənistan ordusunda şok statistika: Yeddi ayda ölən hərbçilərin sayı açıqlandı

Ermənistan ordusunda şok statistika: Yeddi ayda ölən hərbçilərin sayı açıqlandı

İki gündür davam edən Ağdamdakı yanğın 4 kəndin ərazisinə YAYILDI

İki gündür davam edən Ağdamdakı yanğın 4 kəndin ərazisinə YAYILDI

Tramp və Netanyahu senatorun dəfnində GÖRÜŞƏCƏKLƏR

Tramp və Netanyahu senatorun dəfnində GÖRÜŞƏCƏKLƏR

Bakıda binanın elektrik şaxtası yandı: Sakinlər təxliyə edildi

Bakıda binanın elektrik şaxtası yandı: Sakinlər təxliyə edildi

Cəbrayılda traktorla minaya düşən şəxsin vəziyyəti AÇIQLANDI

Cəbrayılda traktorla minaya düşən şəxsin vəziyyəti AÇIQLANDI

İran tankeri ABŞ blokadasını yararaq Oman körfəzinə DAXİL OLDU

İran tankeri ABŞ blokadasını yararaq Oman körfəzinə DAXİL OLDU

Əminə Dilbazinin qızı ABŞ-də assosiasiya prezidenti seçildi

Əminə Dilbazinin qızı ABŞ-də assosiasiya prezidenti seçildi

ABŞ-dən Türkiyəyə şərt: "S-400"dən imtina etməsəniz, "F-35" ala bilməyəcəksiniz”

ABŞ-dən Türkiyəyə şərt: "S-400"dən imtina etməsəniz, "F-35" ala bilməyəcəksiniz”

BMT Baş katibi: "Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır"

BMT Baş katibi: "Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır"

Yevlaxda 63 yaşlı şəxs həmyerlisini güllələdi

Yevlaxda 63 yaşlı şəxs həmyerlisini güllələdi

Lavrov Rubioya xəbərdarlıq etdi: “Bu yolverilməzdir”

Lavrov Rubioya xəbərdarlıq etdi: “Bu yolverilməzdir”

Ukrayna ordusu Belqoroda raket zərbəsi endirdi - VİDEO

Ukrayna ordusu Belqoroda raket zərbəsi endirdi - VİDEO

85 yaşı oldu - 400-dən çox mahnı ifa edib

85 yaşı oldu - 400-dən çox mahnı ifa edib

End of content

No more pages to load

RADİO