Ədalət Verdiyev hakim qarşısına çıxarıldı

Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi ekspert Ədalət Verdiyevin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.

Bizim.Media xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahovun sədrliyi ilə baş tutan ilk hazırlıq iclası qapalı keçirilib.

Buna səbəb kimi isə cinayət işinin əsasını hərbi sirlərin yayılması ilə bağlı epizodların təşkil etməsidir.
 

Məhkəmənin baxış iclası martın 19-nə təyin edib.


Qeyd edək ki, hərbi ekspert kimi fəaliyyət göstərən Ədalət Verdiyev Baş Prokurorluğun təqdimatı əsasında saxlanılaraq istintaqa cəlb edilib.

Bununla bağlı Baş Prokurorluğun məlumatında bildirilir ki, media subyektləri və internet resurslarında 2024-cü ilin noyabrın 22-də aparılan monitorinq zamanı Səhiyyə Nazirliyinin "İctimai Səhiyyə və İslahatlar Mərkəzi" Publik Hüquqi Şəxsin mülki müdafiə qərargahının rəisi vəzifəsində işləyən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində ixtisaslı zabit kimi hərbi xidmət keçmiş xüsusi səlahiyyət üzrə hərbi-ekspert Ədalət Verdiyev tərəfindən dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərə ağır nəticələrə səbəb olan mühüm zərər vurulması müəyyən olunub.

Fakta görə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Məlumatında o da bildirilib ki, istintaqla, işğaldan azad olunmuş ərazilərə noyabrın 22-də təşkil olunmuş mediaturda hərbi-ekspert qismində iştirak etmiş Ədalət Verdiyevin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin döyüş məntəqələrinin yerləşdiyi yüksəklikləri, sərhəd qoşunlarının dislokasiyası yerlərini, koordinatlarını və əməliyyat şəraitini nümayiş etdirib şərhlər verməklə videoçəkiliş apardıqdan sonra həmin videonu özünə məxsus sosial şəbəkə hesabı vasitəsilə qeyri-məhdud sayda izləyicilərin baxa biləcəyi səviyyədə yaymasına, yəni öz qulluq səlahiyyətlərindən istifadə etməklə Azərbaycan Respublikasının qanunla qorunan dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Ədalət Verdiyev Cinayət Məcəlləsinin 284.1 (dövlət sirrini yayma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Müharibə kölgəsində qalan DƏHLİZ – Təhlükəsiz alternativ kimi Azərbaycan YENİDƏN GÜNDƏMDƏ

Müharibə kölgəsində qalan DƏHLİZ – Təhlükəsiz alternativ kimi Azərbaycan YENİDƏN GÜNDƏMDƏ

Ukraynadan Sankt-Peterburqa PUA HÜCUMU - "Wildberries"in daha bir anbarı vuruldu – VİDEO

Ukraynadan Sankt-Peterburqa PUA HÜCUMU - "Wildberries"in daha bir anbarı vuruldu – VİDEO

İran ABŞ-ın İordaniya və Bəhreyndəki bazalarını hədəf aldı – VİDEO

İran ABŞ-ın İordaniya və Bəhreyndəki bazalarını hədəf aldı – VİDEO

Tarakanlar ABŞ hərbçilərini yeməksiz qoydu – FOTO

Tarakanlar ABŞ hərbçilərini yeməksiz qoydu – FOTO

Hamının lağ etdiyi saçlarını autizmli oğlu onu tanısın deyə uzadırmış... - Fotolar - Video

Hamının lağ etdiyi saçlarını autizmli oğlu onu tanısın deyə uzadırmış... - Fotolar - Video

İnsan ömrünün son həddi açıqlandı

İnsan ömrünün son həddi açıqlandı

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

ABŞ-da təyyarə qəzası – ANBAAN VİDEO

ABŞ-da təyyarə qəzası – ANBAAN VİDEO

İlon Mask: “Süni intellekt beş ilə bütün bəşəriyyətin zəkasını üstələyə bilər”

İlon Mask: “Süni intellekt beş ilə bütün bəşəriyyətin zəkasını üstələyə bilər”

Zərər İran pulları ilə ödəniləcək - Trampdan yeni ultimatum

Zərər İran pulları ilə ödəniləcək - Trampdan yeni ultimatum

Avtobusların intervalı yayda artırılır? – Rəsmi AÇIQLAMA

Avtobusların intervalı yayda artırılır? – Rəsmi AÇIQLAMA

Bakıda bu evlərin qiyməti kəskin qalxır

Bakıda bu evlərin qiyməti kəskin qalxır

Bakının bəzi əraziləri işıqsız qalacaq – ÜNVANLAR

Bakının bəzi əraziləri işıqsız qalacaq – ÜNVANLAR

Oksana və oğlu Batumidə xəstəxanaya düşdü

Oksana və oğlu Batumidə xəstəxanaya düşdü

Trampın dublyoru olduğu deyilən şəxs qayınatası çıxdı - Fotolar - Video

Trampın dublyoru olduğu deyilən şəxs qayınatası çıxdı - Fotolar - Video

Bakı ətrafında yeni dəmiryol xətti çəkiləcək - Hansı ərazilərdə söküntülər başlayacaq? - VİDEO

Bakı ətrafında yeni dəmiryol xətti çəkiləcək - Hansı ərazilərdə söküntülər başlayacaq? - VİDEO

Bu 3 bürc üçün yeni dövr başlayır

Bu 3 bürc üçün yeni dövr başlayır

SON DƏQİQƏ! Azərbaycanda zəlzələ baş verdi

SON DƏQİQƏ! Azərbaycanda zəlzələ baş verdi

ABŞ hücumlarının 13-cü DALĞASI – İran şəhərləri belə vuruldu – VİDEO

ABŞ hücumlarının 13-cü DALĞASI – İran şəhərləri belə vuruldu – VİDEO

BİZİM TƏQVİM:24 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:24 iyulda baş vermiş tarixi hadisələr

Azərbaycanda avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO

Azərbaycanda avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO

Rusiyada yuxu həblərinin satışı rekord həddə çatdı

Rusiyada yuxu həblərinin satışı rekord həddə çatdı

ABŞ-də nadir avtomatik “Lada” satışa çıxarıldı

ABŞ-də nadir avtomatik “Lada” satışa çıxarıldı

Dənizdən hansı xəstəliklər keçə bilər? - Həkimdən açıqlama

Dənizdən hansı xəstəliklər keçə bilər? - Həkimdən açıqlama

End of content

No more pages to load

RADİO