Məmurlara telefon çırpan Rəna Sultanovanın klinikasının lisenziyası LƏĞV OLUNDU – RƏSMİ

Səhiyyə Nazirliyinin lisenziya şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair göstərişlərini yerinə yetirmədiyi üçün "Laser Beauty Estetik" klinikasının İsmayılbəy Qutqaşınlı küçəsindəki filial üzrə lisenziya əlavəsi İqtisadiyyat Nazirliyinin inzibati aktı ilə dayandırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İqtisadiyyat Nazirliyi yayıb.
 

"Hazırda fəaliyyəti dayandırılmış filiala 2025-ci ilin 12 mart tarixinədək nöqsanların aradan qaldırılması üçün müddət qoyulub", - deyə bildirilib.


Qeyd edilib ki, Səhiyyə Nazirliyi tərəfindən aparılan yoxlamalar nəticəsində "Laser Beauty Estetik" klinikasının filiallarından birində (Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi) nöqsanlar aşkar edilib və klinikanın lisenziyasının dayandırılması və ya ləğvi ilə bağlı Səhiyyə Nazirliyindən İqtisadiyyat Nazirliyinə müraciət daxil olub:

"Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq nöqsanlar aradan qaldırıldıqdan sonra lisenziya əlavəsinin bərpası üçün yenidən müraciət oluna bilər. Göstərilən müddətdə nöqsanlar aradan qaldırılmadıqda isə lisenziya ləğv edilir".

Qeyd edilib ki, hazırda İqtisadiyyat Nazirliyi tərəfindən 23 növ fəaliyyət üzrə lisenziya verilir. Lisenziyalar verilərkən sahibkarlıq fəaliyyəti növünün xüsusiyyətlərindən asılı olaraq, aidiyyəti dövlət qurumlarının rəyi əsas götürülür.

"Sahibkarlar lisenziya almaq üçün fəaliyyət göstərəcəkləri ərazi üzrə müvafiq "ASAN xidmət" mərkəzi, KOB evi və ya lisenziya.gov.az portalı vasitəsilə İqtisadiyyat Nazirliyinə elektron formada müraciət edə bilərlər. Təqdim edilən sənədlər qaydasında olduqda lisenziya 10 iş günündən gec olmayaraq verilir. Lisenziya verilməsinə görə dövlət rüsumu ödənilir. Regionlarda sahibkarlığın təşviqi məqsədilə dövlət rüsumuna 50 faiz güzəşt edilir", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin yoxlayıcı-mütəxəssisləri tərəfindən yanvarın 22-də Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küç., məhəlllə 507-511 ünvanda yerləşən “Laser Beauty Estetik Klinikası” MMC-yə məxsus özəl tibb müəssisəsində planlı yoxlamaya başlanılıb və proses 23 yanvarda davam etdirilib. Sözügedən yoxlama zamanı baş həkim Rəna Soltanova və klinikanın rəhbəri Yeganə Cəfərova yoxlama aparan şəxslərə qarşı qeyri-etik hərəkətlər ediblər. R.Soltanova və Y.Cəfərova yoxlama aparan mütəxəsislərə qışqıraraq telefonu onların üzərinə çırpıb, onları işdən çıxarmaqla hədələyiblər.(Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Müharibə kölgəsində qalan DƏHLİZ – Təhlükəsiz alternativ kimi Azərbaycan YENİDƏN GÜNDƏMDƏ

Müharibə kölgəsində qalan DƏHLİZ – Təhlükəsiz alternativ kimi Azərbaycan YENİDƏN GÜNDƏMDƏ

Ukraynadan Sankt-Peterburqa PUA HÜCUMU - "Wildberries"in daha bir anbarı vuruldu – VİDEO

Ukraynadan Sankt-Peterburqa PUA HÜCUMU - "Wildberries"in daha bir anbarı vuruldu – VİDEO

İran ABŞ-ın İordaniya və Bəhreyndəki bazalarını hədəf aldı – VİDEO

İran ABŞ-ın İordaniya və Bəhreyndəki bazalarını hədəf aldı – VİDEO

Tarakanlar ABŞ hərbçilərini yeməksiz qoydu – FOTO

Tarakanlar ABŞ hərbçilərini yeməksiz qoydu – FOTO

Hamının lağ etdiyi saçlarını autizmli oğlu onu tanısın deyə uzadırmış... - Fotolar - Video

Hamının lağ etdiyi saçlarını autizmli oğlu onu tanısın deyə uzadırmış... - Fotolar - Video

İnsan ömrünün son həddi açıqlandı

İnsan ömrünün son həddi açıqlandı

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

ABŞ-da təyyarə qəzası – ANBAAN VİDEO

ABŞ-da təyyarə qəzası – ANBAAN VİDEO

İlon Mask: “Süni intellekt beş ilə bütün bəşəriyyətin zəkasını üstələyə bilər”

İlon Mask: “Süni intellekt beş ilə bütün bəşəriyyətin zəkasını üstələyə bilər”

Zərər İran pulları ilə ödəniləcək - Trampdan yeni ultimatum

Zərər İran pulları ilə ödəniləcək - Trampdan yeni ultimatum

Avtobusların intervalı yayda artırılır? – Rəsmi AÇIQLAMA

Avtobusların intervalı yayda artırılır? – Rəsmi AÇIQLAMA

Bakıda bu evlərin qiyməti kəskin qalxır

Bakıda bu evlərin qiyməti kəskin qalxır

Bakının bəzi əraziləri işıqsız qalacaq – ÜNVANLAR

Bakının bəzi əraziləri işıqsız qalacaq – ÜNVANLAR

Oksana və oğlu Batumidə xəstəxanaya düşdü

Oksana və oğlu Batumidə xəstəxanaya düşdü

Trampın dublyoru olduğu deyilən şəxs qayınatası çıxdı - Fotolar - Video

Trampın dublyoru olduğu deyilən şəxs qayınatası çıxdı - Fotolar - Video

Bakı ətrafında yeni dəmiryol xətti çəkiləcək - Hansı ərazilərdə söküntülər başlayacaq? - VİDEO

Bakı ətrafında yeni dəmiryol xətti çəkiləcək - Hansı ərazilərdə söküntülər başlayacaq? - VİDEO

Bu 3 bürc üçün yeni dövr başlayır

Bu 3 bürc üçün yeni dövr başlayır

SON DƏQİQƏ! Azərbaycanda zəlzələ baş verdi

SON DƏQİQƏ! Azərbaycanda zəlzələ baş verdi

ABŞ hücumlarının 13-cü DALĞASI – İran şəhərləri belə vuruldu – VİDEO

ABŞ hücumlarının 13-cü DALĞASI – İran şəhərləri belə vuruldu – VİDEO

BİZİM TƏQVİM:24 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:24 iyulda baş vermiş tarixi hadisələr

Azərbaycanda avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO

Azərbaycanda avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO

Rusiyada yuxu həblərinin satışı rekord həddə çatdı

Rusiyada yuxu həblərinin satışı rekord həddə çatdı

ABŞ-də nadir avtomatik “Lada” satışa çıxarıldı

ABŞ-də nadir avtomatik “Lada” satışa çıxarıldı

Dənizdən hansı xəstəliklər keçə bilər? - Həkimdən açıqlama

Dənizdən hansı xəstəliklər keçə bilər? - Həkimdən açıqlama

End of content

No more pages to load

RADİO